Siyasət

Vensin "Erməni soyqırımı" yazılan paylaşımı silməsi mübahisələrə səbəb olub

12 fevral, 2026
254

Foto: açıq mənbə

ABŞ vitse-prezidenti Ceyms Vens və xanımı Uşa Vens fevralın 9-da Ermənistanda səfərdə olarkən 1915-1917-ci illərdə Osmanlı ərazisində qətlə yetirilən ernənilərin xatirəsinə həsr olunmuş “Tsitsernakaberd” abidəsini ziyarət ediblər.

Vens “X” hesabında mərasimdən əvvəlcə həmin hadisələri açıq şəkildə “soyqırımı” adlandıran paylaşım edib, lakin qısa müddət sonra həmin postu silib.

ABŞ-nin 1915-ci il qətliamını "soyqırımı" kimi tanıması məsələsi Donald Trampın ikinci prezidentlik müddətinin əvvəlindən yenidən gündəmə gəlib. Hadisələrin 110-cu ildönümündə ABŞ-nin rəsmi qurumları bəyanatlarında “soyqırımı” sözünü işlətməyiblər ki, bu da erməni mediası və lobbi qrupları tərəfindən tənqid olunub.

Vens paylaşımı sildikdən sonra mətbuat katibi Teylor Van Kirk tərəfindən yayımlanmış, ziyarətlə bağlı konteksti və “soyqırımı” ifadəsini ehtiva etməyən başqa bir paylaşımı yenidən paylaşıb. Səfərin sonunda Azərbaycana yola düşməzdən əvvəl mediaya danışan Vens abidəni “mühüm məkan” adlandırsa da, yenə də “soyqırımı” sözünü işlətməyib. Daha sonra onun mətbuat xidmətindən “Azadlıq Radiosu”-nun erməni xidmətinə bildirilib ki, silinən paylaşım nümayəndə heyətinə daxil olmayan əməkdaş tərəfindən “səhvən” yayımlanıb.

Amerikanın Milli Erməni Komitəsi Vensin paylaşımını silməsini "Türkiyənin təzyiqləri qarşısında rüsvayçı təslimçilik" adlandırıb və bunun bu il Konqres seçkiləri və 2028-ci ildə prezident seçkiləri ərəfəsində erməni əsilli amerikalı seçicilər arasında ciddi narahatlıqlar yaratdığını bəyan edib. 

2022-ci ildə Ermənistana Konqresin spikeri kimi səfər edən, Demokratlar Partiyasından Konqres üzvü Nensi Pelosi həmin vaxt abidəyə baş çəkdiyini və "erməni soyqırımı" ifadəsini işlətdiyini xatırladıb.

"Həqiqəti etiraf edən paylaşımın vitse-prezident tərəfindən silinməsi dərin məyusluq doğurur, baxmayaraq ki, bu, təəccüblü deyil. Tarixi silmək qurbanların xatirəsinə hörmətsizlikdir və hər yerdə insan hüquqlarına olan sadiqliyimizi zəiflədir", - o, sosial media hesabında yazıb. 

2021-ci ildə Co Bayden Osmanlı imperiyasında ermənilərin ölümü ilə nəticələnən hadisələri “soyqırımı” adlandıran ilk ABŞ prezidenti olub. Ondan əvvəl Barak Obama prezident seçilməzdən əvvəl bu termini işlətsə də, vəzifəyə gəldikdən sonra “Meds Yeqhern” (“Böyük Cinayət”) ifadəsinə üstünlük vermişdi.

Tramp da hadisələri anan bəyanatlarında həmişə "Meds Yeqhern" ifadəsini işlədib. 

1915-ci il hadisələri Fransa, Almaniya və İtaliya da daxil olmaqla Avropa İttifaqına üzv dövlətlərin əksəriyyətinin parlamentləri və hökumətləri tərəfindən “soyqırımı” kimi rəsmən tanınıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Cəmil Həsənli: “Ramiz Mehdiyevin məhkəməsi bitsə də, ölkədən çıxışıma qoyulan qadağa götürülməyib”

5 noyabr 2026

sosial media

Tarixçi, Milli Şuranın sədri Cəmil Həsənli ölkədən çıxışına qoyulan qadağa səbəbindən 2027-ci ilin yanvarında ABŞ-də keçiriləcək Amerika Tarix Cəmiyyətinin illik toplantısında iştirak edə bilməyəcəyini bildirib. Həsənli bu barədə noyabrın 5-də sosial şəbəkə hesabında məlumat yayıb. Onun sözlərinə görə, sözügedən tədbir yanvarın 7-dən 10-dək ABŞ-nin Luiziana ştatının Nyu-Orlean şəhərində keçiriləcək. Cəmiyyətin üzvü olan Həsənli tədbirə dəvət olunduğunu bildirib. C. Həsənli əlavə edib ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin işi ilə əlaqədar 2025-ci il noyabrın 30-da istintaq orqanı - Dövlət Təhlükəsizliyi Xidməti onun ölkədən çıxışına məhdudiyyət qoyub və şahid qismində ifadəsini alıb. “"Ramiz Mehdiyevin məhkəmə prosesi oldu və bizi şahid kimi...
Siyasət

Ərdoğan: “Noyabrın 8-də Azərbaycana səfər etməyi düşünürəm”

5 noyabr 2026

sosial media

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycanın Zəfər Günü ilə əlaqədar Bakıya səfər etməyi planlaşdırır. Ərdoğan bunu noyabrın 5-də Cənubi Koreya səfərindən qayıdarkən jurnalistlərin suallarını cavablandırarkən deyib. “8 Noyabr Azərbaycanın Zəfər Günüdür. Fövqəladə bir vəziyyət yaranmasa, həmin gün Azərbaycana səfər etməyi düşünürəm. Ümid edirəm ki, bu səfər çərçivəsində lazımi addımları atmaq imkanımız olacaq”, - Ərdoğan deyib. O, Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığı apardığını, həmçinin Türkiyənin kəşfiyyat rəhbərini və xarici işlər nazirini Azərbaycana göndərdiyini bildirib: “Azərbaycanla münasibətlərimiz adi diplomatik təmaslardan qat-qat artıqdır. Türkiyə və Azərbaycan qardaşlığının aşa bilməyəcəyi heç bir maneə yoxdur”. Ərdoğanın açıqlaması Bakı ilə Ankara arasında gərginliyin...

Seçilmiş Videolar

Toplum TV loqo