Siyasət

Şəhla Hümbətova: "Hansı vəkil siyasi motivli işlərlə məşğul olursa, sonu belə olur"

5 Mart, 2021
4269

Sosial Media

Vəkil Şəhla Hümbətova Vəkilər Kollegiyasından (VK) uzaqlaşdırılıb.

Bu haqda onun vəkili Elçin Sadıqov “Toplum TV”-yə məlumat verib. 

Bakı İnzibati Məhkəməsi martın 5-də Vəkillər Kollegiyasının Şəhla Hümbətovanın vəkilliyinə xitam verilməsi ilə bağlı iddiasını təmin edib və qərar hakim Aytən Oruczadənin sədrliyi ilə keçirilən iclasda qəbul olunub.

Kollegiya məhkəməyə müraciətində bildirib ki, Şəhla Hümbətova 6 aydan çoxdur üzvlük haqqını ödəməyib, buna görə də VK-dakı fəaliyyətinin dayandırılmasını istəyir.

Şəhla Hümbətova isə qərarın ədalətsiz verildiyini bildirir: “2019-cu ilin noyabrında Vəkillər Kollegiyası Rəyasət Heyəti mənim kollegiyadan çıxarılmağımla bağlı qərar çıxardı. Buna əsas kimi mənim 8 ay üzvlük haqqı ödəməməyimi və məhkəməyə saxta sənəd təqdim etməyimi göstərdilər. Sənədin saxta olmaması ilə bağlı məndə prokurorluğun qərarı var. Kollegiya Prokurorluğa məsələ ilə bağlı araşdırma apararaq cinayət işi açmaq üçün müraciət etmişdi. Prokurorluq isə cinayət tərkibi olmadığı üçün müraciəti rədd etdi. Buna baxmayaraq, məhkəmədə saxta sənəd təqdim etdiyimlə bağlı qərar qəbul olunub”. 

Vəkil üzvlük haqqını 8 ay gecikdirməsi haqda deyilənin doğru olduğunu, amma bununla bağlı Kollegiyanın ona xəbərdarlıq etmədiyini, məsələnin araşdırılmadığını deyir. 

“Yəni heç vaxt intizam icraatı qaydasında araşdırılmayan bir məsələni məhkəməyə çıxararaq qərar veriblər. Mən isə qərar çıxdıqdan sonra xəbər tutmuşam və bunu öyrəndiyim zaman ödənişi etmişəm”. 

Vəkilin fikrincə, o, siyasi motivli məhkəmə işlərində fəal iştirak etdiyinə görə, fəaliyyətinə son verilib. 

“Birinci dəfə Mehman Hüseynovun məhkəmə prosesində iştirak etdiyim zaman barəmdə intizam icraatı açdılar. Amma Mehmanın həbsi çox səs-küyə səbəb olduğu və az sonra azadlığa çıxdığı üçün bu məsələnin üstünə getmədilər. Ardından “Gəncə işi”ndə iştirak etdim və həmin proses zamanı anladım ki, bu dəfə məni Kollegiyadan uzaqlaşdıracaqlar. Həmin məhkəmə prosesi zamanı məni vəkillikdən çıxardılar və işi davam etdirə bilmədim. Məhkəmənin qərarı mənim üçün təəccüblü deyildi, bu səbəbdən heç məhkəməyə də getmədim. Siyasi bir qərardır və məhkəmə bunu sadəcə təsdiqlədi”. 

Şəhla Hümbətova deyir ki, əmək fəaliyyətini davam etdirmək üçün Vəkillər Kollegiyasının üzvü olması vacibdir. O, qurumdan uzaqlaşdırılmaqla ömürlük peşə fəaliyyətindən və qazanc əldə etmək imkanından məhrum edildiyini bildirir. 

Vəkilin qənaətincə, bir neçə ay üzvlük haqqını ödəmədiyi üçün ömürlük peşə fəaliyyətindən uzaqlaşdırılmaq qeyri-mütənasib qərardır və bunun üzvlük haqqını ödəməməklə bağlı olmadığı açıq-aşkar ortadadır. 

“Vəkillər Kollegiyasında yüzlərlə vəkil var ki, illərdir üzvlük haqqı ödəmirlər və onlar haqqında heç bir tədbir görülməyib. Bu, insan hüquqları ilə bağlı işlərdə iştirak edən vəkilləri cəzalandırma siyasətinin bir hissədir, yəni mən nə birinci, nə də sonuncuyam. Hansı vəkil siyasi motivli işlərlə məşğul olursa, sonu belə olur” - Ş.Hümbətova qeyd edir.

Azərbaycanda son illər bir neçə vəkil Kollegiyadan uzaqlaşdırılıb. Onlar da Şəhla Hümbətova kimi hüquq müdafiəçilərinin siyasi məhbus saydığı şəxslərin hüquqlarını və ya “siyasi iş” kimi tanınan məhkəmə proseslərinə çıxırdılar. Həmin vəkillər də qərarın siyasi olduğunu söyləyərək fəaliyyətləri ilə əlaqələndiriblər.


 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Amnesty International” Bəhruz Səmədovun azadlığa buraxılmasına çağırıb

30 Oktyabr 2026

sosial media

“Amnesty International” insan haqları təşkilatı Azərbaycanda həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işgəncə və digər pis rəftar riski ilə üzləşdiyini bildirərək onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb. Təşkilat oktyabrın 26-da yaydığı bəyanatda Səmədovun iki aydır Umbakı həbsxanasında təkadamlıq kamerada saxlanıldığını və zəruri tibbi yardımdan məhrum edildiyini qeyd edib. “Bəhruz Səmədovun həbsdə gördüyü rəftar mümkün işgəncə və digər pis rəftar halları ilə bağlı ciddi narahatlıq doğurur”, - bəyanatda deyilir. Təşkilatın məlumatına görə, Səmədovun görmə qabiliyyəti zəifləsə də, ona bir aydan artıq müddətdə təyin olunmuş dərmanlar verilməyib və oftalmoloji yardım göstərilməyib. Bəyanatda onun qaranlıq, dar kamerada, həbsxana həyətinə...
Siyasət

Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”

30 Oktyabr 2026

sosial media

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağaəli Yahyayevin ailəsi 8 gündür onunla telefon əlaqəsi saxlaya bilmədiyini bildirir. Bu barədə oktyabrın 30-da onun yaxınları sosial mediada məlumat yayıblar. Onların sözlərinə görə, Ağaəli Yəhyayev oktyabrın 22-də zəng edərək hicablı şagird və müəllimələrin məktəblərə buraxılmamasına etirazını ifadə edən müraciətini göndərib. Yaxınları həmin vaxtdan sonra onun telefonla əlaqə saxlamasına imkan verilmədiyini bildirirlər. Yəhyayev müraciətində hicabı “qırmızı xətt” adlandırıb: “Hicab bizim evimizin içinə girmək deməkdir. Bu gün bizim evimizin içinə girənlər sabah nələr etməzlər. Bu, artıq durulmalı və dayanılmalı olan bir nöqtədir. Öz haqqımızdan keçərik, amma hicabdan keçmərik”. O, həmçinin yaxın günlərdə “ciddi addım atılmasa”,...

Seçilmiş Videolar

Toplum TV loqo