Siyasət

''Müdafiə Xətti'' Şəhla Hümbətovanın Vəkillər Kollegiyasından çıxarılması ilə bağlı bəyanat yaydı

5 Mart, 2021
3082

Sosial Media

''Müdafiə Xətti'' müstəqil hüquqşünaslara, sərbəst vəkillərə qarşı həyata keçirlən repressiv tədbirləri, vəkillik institutunu icra hakimiyyətinin əlavəsinə çevirmək üçün atılan addımları qətiyyətlə pisləyir. 

Bu barədə qurumun martın 5-də yaydığı bəyanatda bildirilib. 

"Şəhla Hümbətova peşəkar vəkil, prinsipial hüquqçu kimi cəmiyyətdə, xüsusilə, hüquq ictimaiyyətində tanınmış hüquqşünasdır. O, hakimiyyətin sifarişi ilə həbs edilən siyasi və vicdan məhbuslarının müdafiəsini cəsarətlə, yüksək peşəkarlıqla və etibarlı şəkildə təşkil edib", - bəyanatda qeyd olunub.  

Təşkilat sözügedən qərarın Azərbaycan hakimiyyətinin ölkədə sərt üsul-idarəni möhkəmləndirmək istiqamətində atdığı növbəti addım olduğunu irəli sürüb:

"Hakimiyyətlər bölgüsü pozulur, hakimlərin müstəqilliyi təmin olunmur, məhkəmələrin cinayət, mülki, inzibati və s.  işlərə baxarkən faktlara əsaslanmaması, qərəzsiz, ədalətli, obyektiv araşdırma aparmaması adi xarakter daşıyır. Xüsusilə, məhkəmələrdə çəkişmə prinsipi pozulur, siyasi yüklü cinayət işlərinin istintaqı  zamanı ittiham və müdafiə tərəfinin hüquqları bərabər şəkildə təmin edilmir, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ gözlənilmir".


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Amnesty International” Bəhruz Səmədovun azadlığa buraxılmasına çağırıb

30 Oktyabr 2026

sosial media

“Amnesty International” insan haqları təşkilatı Azərbaycanda həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işgəncə və digər pis rəftar riski ilə üzləşdiyini bildirərək onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb. Təşkilat oktyabrın 26-da yaydığı bəyanatda Səmədovun iki aydır Umbakı həbsxanasında təkadamlıq kamerada saxlanıldığını və zəruri tibbi yardımdan məhrum edildiyini qeyd edib. “Bəhruz Səmədovun həbsdə gördüyü rəftar mümkün işgəncə və digər pis rəftar halları ilə bağlı ciddi narahatlıq doğurur”, - bəyanatda deyilir. Təşkilatın məlumatına görə, Səmədovun görmə qabiliyyəti zəifləsə də, ona bir aydan artıq müddətdə təyin olunmuş dərmanlar verilməyib və oftalmoloji yardım göstərilməyib. Bəyanatda onun qaranlıq, dar kamerada, həbsxana həyətinə...
Siyasət

Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”

30 Oktyabr 2026

sosial media

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağaəli Yahyayevin ailəsi 8 gündür onunla telefon əlaqəsi saxlaya bilmədiyini bildirir. Bu barədə oktyabrın 30-da onun yaxınları sosial mediada məlumat yayıblar. Onların sözlərinə görə, Ağaəli Yəhyayev oktyabrın 22-də zəng edərək hicablı şagird və müəllimələrin məktəblərə buraxılmamasına etirazını ifadə edən müraciətini göndərib. Yaxınları həmin vaxtdan sonra onun telefonla əlaqə saxlamasına imkan verilmədiyini bildirirlər. Yəhyayev müraciətində hicabı “qırmızı xətt” adlandırıb: “Hicab bizim evimizin içinə girmək deməkdir. Bu gün bizim evimizin içinə girənlər sabah nələr etməzlər. Bu, artıq durulmalı və dayanılmalı olan bir nöqtədir. Öz haqqımızdan keçərik, amma hicabdan keçmərik”. O, həmçinin yaxın günlərdə “ciddi addım atılmasa”,...

Seçilmiş Videolar

Toplum TV loqo