Siyasət

YAP-ın "beyni" ləğv olundu 

5 Mart, 2021
3388

YAP

Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyasının (YAP) martın 5-də keçirilən VII qurultayında partiyanın Siyasi Şurasının ləğv olunması barədə qərar çıxarılıb. 

Siyasi Şura ləğv edilib və Veteranlar Şurası adlı yeni qurum yaradılıb. Veteranlar Şurasının sədri Arif Rəhimzadə, müavini isə Sədaqət Qəhrəmanova təyin edilib. 

Məlumata görə, bu gün keçirilən qurultayda həmçinin partiyanın İdarə Heyəti yenilənib. YAP İdarə Heyətinin sədri Prezident İlham Əliyevdir, Baş nazirin müavini Əli Əhmədov isə sədr müavini olaraq qalıb. Yeni İdarə Heyətinin tərkibi 40 nəfərdən ibarətdir. Bildirilib ki, İdarə Heyətinin keçmiş üzvləri Ramiz Mehdiyev və Siyavuş Novruzov yeni təsdiqlənən İdarə Heyətində yer almayıblar. Ramiz Mehdiyev Veteranlar Şurasının üzvü olmaqla kifayətlənib. Partiyanın keçmiş simaları Əli Həsənov, Hadi Rəcəbli və Abel Məhərrəmov ümumiyyətlə, qurultayda iştirak etməyiblər. 

Yeni Azərbaycan Partiyasının Nizamnaməsinin 1-ci maddəsinə əsasən partiyanın rəhbər orqanları belədir:

- Qurultay
- Siyasi şura
- İdarə Heyət
i

Siyasi Şurasının bir çox mühüm səlahiyyətləri vardı və partiyanın Nizamnaməsinin 4-cü maddəsinə əsasən o, bu funksiyaları icra edirdi:

"Siyasi Şura qurultaylararası dövrdə partiyanın fəaliyyətinə rəhbərlik edir. Siyasi şuranın iclasları zəruri hallarda, lakin altı ayda bir dəfədən az olmamaqla, çağırılır.

Siyasi Şura:

- partiyanın siyasi fəaliyyət taktikasını hazırlayır;
- partiyanın qurultayını çağırmaq haqqında qərar qəbul edir;
- sədrin təklifi ilə onun I müavinini, müavinlərini və icra katibini seçir;
- İdarə heyətini seçir, onun fəaliyyətinə dair məruzəyə baxır və təsdiq edir;
- daimi və müvəqqəti komissiyalar yaradır, onların əsasnamələrini təsdiq edir, fəaliyyətlərini əlaqələndirir;
- Gənclər Birliyi və Qadınlar Şurasını, digər partiyadaxili strukturları yaradır və onların əsasnamələrini təsdiq edir;
- partiyanın rayon (şəhər) və ilk partiya təşkilatları haqqında əsasnamələri təsdiq edir; - partiyanın beynəlxalq əməkdaşlıq sahəsində əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirir; - zəruri hallarda idarə heyətinin təqdimatı ilə yerli orqanların fəaliyyətini dayandırır, onları buraxır, yenidən təşkil edir;
-Nizamnamədən irəli gələn digər məsələləri həll edir".

Siyasi Şuranın ləğv olunmasından sonra bu səlahiyyətləri YAP-ın hansı qurumunun icra edəcəyi barədə hələlik açıqlama verilməyib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

İran XİN: “Azərbaycan xalqının hicab məsələsində məsləhətə ehtiyacı yoxdur”

21 Oktyabr 2026

sosial media

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Azərbaycanda hicab məsələsinin qarşılıqlı anlayış və dini hüquqlara hörmət əsasında həllinə çağırıb. Bəqai bu mövqeyi Azərbaycanda hakimiyyətə yaxın medianın Türkiyənin məsələyə münasibətini tənqid etdiyi bir vaxtda səsləndirib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mövzu ilə bağlı açıq açıqlama verməsə də, onun baş müşaviri Oktay Saral Azərbaycanda hicablı məktəbli qızlara və müəllimlərə tətbiq olunan məhdudiyyətləri tənqid edib. Son həftələr Azərbaycanda məktəblərdə hicab qadağasına etirazlar keçirilir. Etirazlar xaricdə, xüsusilə Türkiyədə, eləcə də Azərbaycanın səfirlik və konsulluqları qarşısında da təşkil edilib. Oktyabrən 20-də mətbuat konfransında çıxış edən Bəqai Tehranla Bakı arasındakı uzunmüddətli dostluq və qardaşlıq münasibətləri olduğunu...
Siyasət

Vəkil: “Həbsdə saxlanılan bir sıra şəxsin təcili tibbi yardıma ehtiyacı var”

21 Oktyabr 2026

Toplum TV

Vəkil Zibeydə Sadıqova həbsdə saxlanılan bir sıra şəxsin səhhətində ciddi problemlərin olduğunu və onların təcridxana, yaxud cəzaçəkmə müəssisələrində zəruri tibbi yardım ala bilmədiyini deyir. Vəkil bu barədə sosial media hesabında məlumat yayıb. Sadıqova bildirir ki, təcili tibbi yardıma ehtiyacı olan şəxslər arasında “Toplum TV işi” üzrə həbsdə olan media eksperti Ələsgər Məmmədli, “Toplum TV”nin jurnalisti Fərid İsmayılov və ResPlatformanın qurucu heyət üzvü Ruslan İzzətli var. Vəkil siyahıda həmçinin “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş, “Arqument.az” saytının rəhbəri Şəmşad Ağa, “Abzas Media”nın direktoru Ülvi Həsənli, eləcə də sülh fəalı və tədqiqatçı Bəhruz Səmədovun adını çəkir. Sadıqova xatırladır ki, Aynur Elgünəş şiş...

Seçilmiş Videolar

Toplum TV loqo