Siyasət

"Zaqatala havalimanı ölkə büdcəsinə heç bir mənfəət gətirmir"

15 Dekabr, 2017
1178
"Zaqatalada işləməyən hava limanının yenidən qurulması təəccüblüdür. Çünki, hələ bu hava limanından heç bir aviareys həyata keçirilməyib”.

Bunu, iqtisadçı Natiq Cəfərli "Azadlıq Radiosu"na Zaqatalada hava limanının yenidən qurulub istifadəyə verilməsini dəyərləndirərkən deyib.

N.Cəfərli qeyd edib ki, ümumiyyətlə, bir bölgədə iki hava limanının olması məqsədəuyğun deyil.

"Bu bölgədə Qəbələdə hava limanı var. Oradan bir saat yarıma avtomobillə Zaqatalaya gedə bilərsiniz. Məhz buna görə Zaqatala hava limanı iqtisadi cəhətdən əlverişli deyil. Əgər Qəbələ bu bölgədə turizm mərkəzi kimi seçilibsə, işə yaramayan hava limanına maliyyə qoymaq deyil, onun inkişafı daha səmərəli olardı”, - iqtisadçı bildirib.



N.Cəfərli indiyə qədər ümumiyyətlə Zaqatala hava limanından hansısa aviareysin həyata keçirilməsi barədə məlumat olmadığını da vurğulayıb. Onun fikrincə, yenidənqurmadan ötrü çoxlu pul ayrılması uçuş infrastrukturunun inkişafı arzusundan çox şübhəli məqamlara oxşayır.

"Gürcüstanda da regional hava limanları inkişaf edir. Amma bir ardıcıllıq var. Məsələn, Kutaisi şəhərindəki hava limanının yenidən qurulmasından sonra loukosterlərin çoxu buraya köçürüldü. Bundan əlavə, orda tez-tez endirim aksiyaları təşkil edilir və ucuz qiymətlərlə dünyanın bir çox ölkələrinə uçmaq olur. Bizdə belə şeylər yoxdur və regional hava limanları fəaliyyətsizdir”, - o, bildirib.

İqtisadçı hesab edir ki, Zaqatala hava limanı ölkə büdcəsinə heç bir mənfəət gətirmir və dövlətin pulları boş yerə aeroportun saxlanmasına, işçilərin əmək haqqına xərclənir.

Bu açıqlamaya, hələlik, "Azərbaycan Hava Yolları" - AZAL Açıq Səhmdar Cəmiyyətindən münasibət almaq mümkün olmayıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Simonyan: "Azərbaycanda mağazalarda erməni malları olacaq" 

11 Sentyabr 2025

Foto: parliament.am

Ermənistan parlamentinin sədri Alen Simonyan ölkəsi ilə Azərbaycan arasında sülhün yaranma perspektivlərindən danışıb.  Jurnalistlərə danışan parlament sədri iki ölkə xalqları arasında münasibətlərin düzələcəyinə ümid etdiyini, lakin bunun üçün vaxt lazım olduğunu deyib.  "Əksər ermənilərin Azərbaycan sərhədçisinin üzünü görmək istəməməsi yaxşı hal deyil, çünki biz qonşuyuq və zaman keçdikcə bu məsələ də aktual olacaq. Həmin o ermənilər və azərbaycanlılar Moskvada birgə biznes qurur, dostluq edir və bir-birinin ad gününə gedirlər, başqa ölkələrdə də eynilə belədir", - o qeyd edib.  “Bəli, gərginlik var, həm bizdə, həm də onlarda yaralar təzədir. Biz adam öldürməmişikmi, azərbaycanlı tərəfdən ölən olmayıbmı?”, - Simonyan bildirib.  O əlavə...
Siyasət

Türkiyədə "Habertürk" və "Show TV" daxil olmaqla 121 şirkətə həbs qoyulub 

11 Sentyabr 2025

Foto: Habertürk

Türkiyədə "Can Holding" şirkətlər qrupuna qarşı cinayət işi açılıb.  Şirkət idarəçiləri cinayətkar təşkilat yaratmaq, qaçaqmalçılıq, dələduzluq və qanunsuz valyutanın leqallaşdırılması ittihamları ilə üzləşib.  10 nəfər barəsində şübhəli şəxs qismində saxlanma qərarı verilib.  Holdinqə daxil olan 121 şirkətin əmlak və aktivlərinə isə həbs qoyulub. Şirkətlər arasında "Show TV", "Habertürk", İstanbul Bilgi Universiteti, "Ciner Media", Doğa Məktəbləri İdarəçiliyi, "Turkish Tobacco" Tütün Məhsulları Satışı Anonim Şirkəti var. Saxlanılan şəxslərin "Can Holding"ə bağlı şirkətlər vasitəsilə mənbəyi bəlli olmayan külli miqdarda valyutanı leqallaşdırmağa çalışdığı vurğulanır. İttihama əsasən, holdinq altında yaradılan "məqsədyönlü cinayət təşkilatı" Kemal Can, Mehmet Şakir Can və Kenan Tekdağın rəhbərliyi ilə fəaliyyət göstərib. ...

Seçilmiş Videolar

Toplum TV loqo