Sosial

DİN-dən minaya düşən uşaqlarla bağlı açıqlama 

28 sentyabr, 2021
1844

APA

Daxili İşlər Nazirliyi (DİN) Göygöl rayonu ərazisində minaya düşərək həlak olduqları məlum olan 11 və 21 yaşlı Daşkəsən sakinlərinin meyitlərinin minalanmış ərazidən götürülməsinin yubanması ilə bağlı məsələyə aydınlıq gətirilib.

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru Eşqin Qasımov APA-nın sorğusuna cavab olaraq bildirib ki, sözügedən şəxslərə aid sübutlar aşkar edilən gündən polis əməkdaşları əraziyə ezam olunublar. Bir neçə gündür ərazidə hava şəraitinin əlverişsiz olması işlərin aparılmasına problem yaradıb: "Artıq günlərdir ki, ərazini qatı qar örtüb. Buna görə də Azərbaycan Minatəmizləmə Agentliyinin əməkdaşları ərazidə təmizləmə işləri apara bilməyib"

DİN rəsmisi qeyd edib ki, qarla örtülmüş ərazini təmizləməklə bağlı istehkam qrupunun göndərilməsi üçün Müdafiə Nazirliyinə müraciət edilib:

"Təmizləmə işləri aparıldıqdan dərhal sonra polis və prokurorluq əməkdaşları həmin yerə daxil olaraq cəsədləri götürüb aidiyyəti üzrə təhvil verəcəklər".

Daşkəsən rayonunun Alaxançallı kənd sakinləri İsmət Bayramov və Ülfət Rüstəmov iyulun 30-da at gətirmək adı ilə kənd ərazisindəki otlaq sahəsinə gedib, bir daha geri qayıtmayıblar. Rayon Polis Şöbəsi və Müdafiə Nazirliyi əməkdaşlarının axtarışları nəticəsində sentyabrın 24-də Göygöl rayonunda minalanmış ərazidə itkin düşən şəxslərə aid gödəkcə, ayaqqabı və atın sümükləri aşkar edilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Bu il Azərbaycanda azı 44 hərbçi qeyri-döyüş şəraitində vəfat edib

5 oktyabr 2026

Şəmkir İH

2026-cı ilin əvvəlindən oktyabrın 4-dək Azərbaycanda azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) son hesabatında deyilir. Məlumata görə, hərbi qulluqçulardan 13-ü müxtəlif xəstəliklərdən, 9-u avtomobil qəzasından, 7-si bədbəxt hadisədən, 5-i intihardan, 1-i isə ehtiyatsızlıqdan ölüb. Hesabatda 9 nəfərin ölüm səbəbinin açıqlanmadığı bildirilir. Bədbəxt hadisələr suda və dəm qazından boğulma, dağda sürüşmə, hündürlükdən yıxılma və paraşütün açılmaması ilə əlaqələndirilir. Monitorinqə əsasən, ölüm hallarının ən çox qeydə alındığı ay iyul olub. Həmin ay 11 hərbçi ölüb. Ölənlərin 30-u Müdafiə Nazirliyinin, 10-u Dövlət Sərhəd Xidmətinin, digər 4-ü isə Daxili Qoşunlar, Prezident Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar...
Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...

Seçilmiş Videolar

Toplum TV loqo