Sosial

Hüquqşünas: "Nazirliyin COVİD-19 pasportu ilə bağlı tələbinin hüquqi əsası yoxdur"

11 Avqust, 2021
2921

Rəsmi səhifə

“Nazirliyin və ya qurumların binasına daxil olarkən COVİD-19 pasportu istəmək mümkündür, ancaq onlayn müraciətdə pasport tələb edə bilməzlər”.
 
Hüquqşunas Fərhad Mehdiyev Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin (ƏƏSMN) 7 avqust tarixli qərarını “Toplum TV”-yə belə şərh edib.
 
ƏƏSMN-in qərarına əsasən, 16 avqustdan etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və onun mərkəzi qurumlarında, habelə DOST mərkəzlərində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün COVİD-19 pasportu tələb ediləcək.
 
Eyni zamanda, qərarda qeyd olunub ki, vətəndaşların nazirliyin elektron xidmətlərinə müraciəti zamanı COVİD-19 pasportu tələb olunacaq.

Fərhad Mehdiyev - Sosial Media

F.Mehdiyev deyir ki, sosial xidmətlərə müraciəti məhdudlaşdırmaq üçün qanuni əsaslar olmalıdır: “Onlayn müraciət zamanı pasport tələbinin olmasının isə heç bir qanuni əsası yoxdur”.
 
İqtisadçı Rəşad Həsənov isə hesab edir ki, bu qərar vətəndaşlar üçün problemlər yaradacaq: “Sosial xidmət müəssələrində COVİD-19 pasportu tələb etmək vətəndaşların işinə müəyyən qədər çətinliklər yaradacaq. Səhiyyə sisteminin imkanlarını nəzərə alaraq, zamanı optimallaşdırmaq lazımdır. Ən azından yaş səviyyəsinə görə mərhələlər tətbiq edilə bilərdi”.
 
“Bir çox insan peyvəndlə bağlı hələ qərar qəbul edə bilmir, çünki onun təsirləri ilə bağlı müəyyən şübhələri var. Ona görə də vətəndaşların peyvəndlənməsi müəyyən zaman alacaq”, - R.Həsənov qeyd edib.

Rəşad Həsənov - Açıq mənbələrdən götürülüb

İqtisadçı deyir ki, Azərbaycandakı səhiyyə sistemi ən yaxşı halda gündə 50-60 min adamı vaksinasiya etmək imkanına malikdir: “Nazirliyin məcburi COVİD-19 pasportu tələbindən sonra vətandaşlar peyvənd olunmaq üçün səhiyyə müəssələrinə getsələr, səhiyyə sisteminin bu yükü götürməyə imkanı yoxdur. Bu o deməkdir ki, vətəndaşlar vaksinasiya oluna və onlara lazım olan sosial xidmətlərdən istifadə edə bilməyəcəklər. Ona görə də bir qərar qəbul edərkən ciddi şəkildə təhlil edilməli, onun yaradacağı fəsadlar göz önünə gətirilməlidir”.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Toplum TV”-nin “Təşkilatlarda vaksinasiya məntəqələri təşkil olunubmu?” sualına belə cavab verib: "Bu gün ölkəmizdə əhalinin rahat şəkildə COVID-19 infeksiyasına qarşı peyvənd olunmaq və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənəd (COVİD-19 pasportu) əldə etmək imkanı var”.
 
Nazirlik qeyd edib ki, COVİD-19 pasport tələbi bütün e-xidmətlərə aid deyil: “Pasport əyani qəbul, əyani ünsiyyət və müayinə üçün tələb ediləcək. Nazirliyin e-xidmətlərinin bir qismi var ki, onlarda müraciətə baxılaraq cavablandırılması üçün vətəndaşla əyani ünsiyyət nəzərdə tutulur. Belə hallarda e-xidmətlər üçün vətəndaşın COVİD-19 pasportunun olması tələb edilir”.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahın 10 avqust tarixli məlumatına əsasən gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39 352, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 19 936 nəfər təşkil edib.
 
Azərbaycanda ümumilikdə 2 277 935 nəfərə hər iki vaksin vurulub.
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Bu il Azərbaycanda azı 44 hərbçi qeyri-döyüş şəraitində vəfat edib

5 Oktyabr 2026

Şəmkir İH

2026-cı ilin əvvəlindən oktyabrın 4-dək Azərbaycanda azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) son hesabatında deyilir. Məlumata görə, hərbi qulluqçulardan 13-ü müxtəlif xəstəliklərdən, 9-u avtomobil qəzasından, 7-si bədbəxt hadisədən, 5-i intihardan, 1-i isə ehtiyatsızlıqdan ölüb. Hesabatda 9 nəfərin ölüm səbəbinin açıqlanmadığı bildirilir. Bədbəxt hadisələr suda və dəm qazından boğulma, dağda sürüşmə, hündürlükdən yıxılma və paraşütün açılmaması ilə əlaqələndirilir. Monitorinqə əsasən, ölüm hallarının ən çox qeydə alındığı ay iyul olub. Həmin ay 11 hərbçi ölüb. Ölənlərin 30-u Müdafiə Nazirliyinin, 10-u Dövlət Sərhəd Xidmətinin, digər 4-ü isə Daxili Qoşunlar, Prezident Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar...
Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...

Seçilmiş Videolar

Toplum TV loqo