Sosial

Jurnalist: "16 saylı poliklinikada onlayn növbə nəzərə alınmır"

25 Mart, 2021
3097

science.gov.az

Jurnalist Nailə Babayeva Bakıdakı 16 saylı poliklinikada aparılan vaksinasiya prosesindən narazıdır. 

Bu barədə "Turan"a Nailə Balayeva danışıb.
O bildirib ki, martın 24-də həyat yoldaşı Aydın Balayevlə birlikdə Çində istehsal edilən Sinovak (Koronavak) vaksininin birinci dozasını vurdurmaq üçün Bakıdakı 16 saylı poliklinikaya gediblər. 

Onlar Operativ Qərargahın koronavirus infeksiyasına qarşı mübarizə ilə bağlı təlimatına əsasən, əvvəlcədən "randevu.its.gov.az" saytında elektron növbədə qeydiyyatdan keçiblər və mesaj alıblar ki, saat 10.00-11.00 radələrində poliklinikada olmalıdırlar.  

Jurnalist deyir ki, tibb müəssisəsində izdihamla qarşılaşıblar: "Qapının ağzında dayanan əməkdaş bizə üzərində 48 və 49 rəqəmləri yazılmış əzilmiş, dəfələrlə istifadə edilmiş kartonlar verdi. Elektron növbə haqqında suala isə cavabda dedi ki, o boş şeydir, real növbə buradadır, elektron sənəd isə nəzərə alınmır. Heç vaksinasiyaya gələnlərin yaşı da yerində yoxlanılmırdı". 

Balayevalar elektron növbə götürsələr də, onları bir saat gözlədiblər: "Kişi üçün vaksini digər otaqda şprisə dolduran tibb bacısı Lyudmila Qaralovanın iş metodunu gördükdə qəzəbləndik. İzah etməyə çalışdıq ki, sudan deyil, vaksindən istifadə edirsiniz. Məhlulun əvvəlki xəstələr üçün açılmış ampuladan yığılmadığından əmin ola bilmədik".

Jurnalist yaşananlarla bağlı 16 saylı poliklinikanın baş həkimi Sara Cabbarlıya şikayət edib, lakin müsbət cavab almayıb: "Baş həkim dedi ki, siz peyvənd olundunuz, gedə bilərsiniz. Tabeliyimdəki insanla necə rəftar edəcəyimə özüm qərar verəcəyəm".

Balayeva poliklinikadakı izdihamın səbəbini belə izah edib: "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin(TƏBİB) elektron sistemində vaksinin 18.00-a qədər vurulması mümkünlüyü bildirilsə də, 16 saylı poliklinikada vaksinasiya saat 10.00-dan 14.00-a qədər həyata keçirilir. Saat 17.00-da gələn vətəndaşlar növbəti gün vaksinasiya üçün qayıtmaq məcburiyyətində qalırlar".

"Turan" xəbər verir ki, vaksinasiya ilə bağlı analoji hadisə martın 5-də Xırdalanda 5 saylı məktəb binasında da qeydə alınıb. Belə ki, elektron qeydiyyatdan keçən iqtisadçı Samir Əliyev həyat yoldaşı ilə birlikdə qapalı məktəb binasında izdihamın yaşadığın deyib.

O bildirib ki, növbə gözləyənlərin heç də hamısı maska taxmayıb. Elektron növbə nəzərə alınmadığına görə iqtisadçı canlı növbə tutmaq məcburiyyətində qalıb: "Bu şəraitdə vətəndaşlar koronavirusa yoluxa bilərlər, çünki növbədə dayananlara peyvənd vurulmayıb və onlar riskli yaş qrupuna daxildirlər".

TƏBİB-dən isə bildiriblər ki, vaksinasiya yerlərində izdihamı onlayn növbə götürməyən, həmçinin müəyyən edilmiş vaxtdan tez və ya gec gələn vətəndaşlar yaradır: "Əməkdaşlarımız müəyyən edilmiş vaxta riayət etmədən gələn yaşlı şəxslərə peyvənd vurmaqdan imtina etmirlər". 

TƏBİB vətəndaşların elektron növbədən istifadə etməsində israrlı olduğunu açıqlayıb, həmçinin qeyd edib ki, onlayn qeydiyyatdan keçə bilməyənlər kömək üçün yaşadıqları ərazi üzrə poliklinikaya müraciət edə bilərlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Bu il Azərbaycanda azı 44 hərbçi qeyri-döyüş şəraitində vəfat edib

5 Oktyabr 2026

Şəmkir İH

2026-cı ilin əvvəlindən oktyabrın 4-dək Azərbaycanda azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) son hesabatında deyilir. Məlumata görə, hərbi qulluqçulardan 13-ü müxtəlif xəstəliklərdən, 9-u avtomobil qəzasından, 7-si bədbəxt hadisədən, 5-i intihardan, 1-i isə ehtiyatsızlıqdan ölüb. Hesabatda 9 nəfərin ölüm səbəbinin açıqlanmadığı bildirilir. Bədbəxt hadisələr suda və dəm qazından boğulma, dağda sürüşmə, hündürlükdən yıxılma və paraşütün açılmaması ilə əlaqələndirilir. Monitorinqə əsasən, ölüm hallarının ən çox qeydə alındığı ay iyul olub. Həmin ay 11 hərbçi ölüb. Ölənlərin 30-u Müdafiə Nazirliyinin, 10-u Dövlət Sərhəd Xidmətinin, digər 4-ü isə Daxili Qoşunlar, Prezident Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar...
Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...

Seçilmiş Videolar

Toplum TV loqo