Toplum TV
İyulun 22-də Sabirabad İcra Hakimiyyəti rayondakı ağacların quruması ilə bağlı “Toplum TV”nin sorğusuna cavab verib.
Bildirilib ki, respublikanın bütün rayonlarında olduğu kimi Sabirabad rayonu ərazisində də son 3 ildə çoxsaylı şam ağacları quruyub. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aqronom-entimoloqları tərəfindən həmin ağaclara baxış keçirilsə də, sirayət etmiş xəstəliyin qarşısını almaq mümkün olmayıb.
“Baxış aktında Sabirabad şəhərinin ərazisində, o cümlədən H.Əliyev prospekti, 20 Yanvar və İ.İsgəndərov küçələrində bəzi ağaclar, o cümlədən şam ağacları vegetasiya dövrünü başa vurduğundan, həmçinin mənşəyi bilinməyən infeksiya nəticəsində köküstə tam qurumuş vəziyyətdə olduğu qeyd edilib və həmin ağacların təhlükəsizlik qaydalarına riayət edilərək kəsilməsinə qərar verilib”, - deyə açıqlamda qeyd olunub.
https://toplum.tv/musahibe/ih-sobe-mudiri-problem-muharibe-istirakcilarinin-issizliyidir
Məlumatda icra hakimiyyətinin daxili imkanlar hesabına Tərtər, Astara, Şəmkir, Türkəyə (1 tir), İran (4 tir) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tinglik təsərrüfatlarından ağac və digər bitkilər gətirildiyi bildirilib:
“Son 2 ildə heç bir dövlət vəsaiti xərclənmədən rayon ərazisində qurumuş və kəsilmiş ağacların əvəzinə 150 mindən çox yeni müxtəlif növ, o cümlədən meyvə və dekorativ ağaclar, gül kolları əkilib və bu işlər hazırda da davam etdirilir. Sabirabad rayon Yaşıllaşdırma sahəsi tərəfindən xidmət sahəsinə aid olan ərazilərdə, eləcə də zərurət tələb olunan yerlərdə ağaclara və gül kollarına mütəmadi olaraq qulluq göstərilir və daima nəzarətdə saxlanılır”.
Bir gün əvvəl “Toplum TV” Sabirabadda park və yollardakı ağacların quruması ilə bağlı reportaj hazırlamışdı.
https://toplum.tv/multimedia/sabirabadda-agaclar-quruyur-resmi-qurumlar-sessizdir
Rayon rəhbərliyi problemi ağaclara xəstəlik düşməsi ilə izah etsə də, sabirabadlılar bu fikirlə razı deyil. Rayon sakinləri arasında ağacların baxımsızlıq səbəbindən quruduğunu deyənlər var.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Xankəndidə yaşayan iş adamı: "Evimi boşaltdılar, dedilər bir də bura ayaq basma"
Meydan TV
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Toplum TV
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”