Qaynar xətt

Lerikli evini təbii fəlakətin yararsız hala saldığını deyir, rəsmilərsə əksini

28 İyul, 2022
2925

Toplum TV

Lerikin Züvüç kənd sakini Tural Həsənli iddia edir ki, sürüşmə zamanı evində çatlar yaranıb və yaşamaq təhlükəlidir. Problemləri ilə bağlı aidiyyəti qurumlara müraciət etsə də, müsbət cavab ala bilməyib.

“Evimiz dərə deyilən əraziyə yaxın yerləşir. İllər öncə sürüşmə zamanı kəndimizdəki evlər yararsız hala düşdü. Bizim evdən başqa zərər görmüş bütün evlər təmir edildi, Fövqəladə Hallar Nazirliyi yeni evlər tikdi. O vaxt anam müraciət etmədiyi üçün bizim evimizə baxış keçirilmədi”.

Tural Həsənlinin söylədiyinə görə, 2017-ci ildən FHN-ə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edərək evlərinin təmir edilməsini istəyir. 2019-cu ildə ETSN-nin əməkdaşları evə baxış keçiriblər. Şikayətçinin sözlərinə görə, bu dəfə də illərdir aldığı cavab verilib: “Eviniz təbii fəlakət nəticəsində yararsız hala düşməyib”.

https://toplum.tv/qaynar-xett/sekide-letife-kimi-hadise-isiq-idaresi-sakinin-heyetine-icazesiz-transfarmator-qoyub-indi-de

O, Lerik Rayon İcra Hakimiyyətinə də dəfələrlə müraciət etdiyini bildirir. T.Həsənlinin dediyinə görə, 2019-cu ildı icra başçısının birinci müavini Cəlil Baxşıyev onlara söz verib ki, evə baxış keçiriləcək və yardım göstəriləcək. Ancaq üzərindən 3 il keçməsinə baxmayaraq, heç bir köməklik göstərilməyib.

“10 gün əvvəl anam Əzəbəyim Əliyeva Lerik İH başçısının müavin Habil Məlikovun qəbulunda olub. O da Züvüç kənd icra nümayəndəsinə zəng edib ki, evə baxılsın. Züvüç kənd nümayəndəsi Qabil Hüseynov evimizə baxış keçirib dedi ki, ev doğrudan da yararsız haldadır və bununla bağlı Lerik İH-nə müraciət edəcək. Ancaq hələ də bir xəbər yoxdur”.

Lerik İH başçısının müavini Habil Məlikov Toplum TV-yə həmin evdə təbii fəlakət nəticəsində yaranmış heç bi fəsadın olmadığını deyir.

https://toplum.tv/qaynar-xett/lenkeran-sakini-qohumum-deleduzluq-edir-polis-ise-baxmir

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyi o evə baxış keçirib. Bizə məktub yazıblar ki, həmin ərazidə təbii fəlakətin təzahürlərinə rast gəlinmir. Ev köhnədi, özünə ev tiksin. İcra Hakimiyyəti ev tikən qurum deyil. Hətta təbii fəlakət nəticəsində belə baş verən qüsurlar müvafiq orqanlar tərəfindən araşdırılır, FHN tərəfindən təmir edilir. Biz sadəcə İH olaraq vətəndaşla həmin qurumlar arasında vasitəçiyik”, - icra başçısının müavini söyləyib.

Tural Həsənli evin təhlükəli vəziyyətdə olması ilə bağlı prezidentə belə bir neçə dəfə müraciət etsə də, müraciətlərinin cavabsız qaldığını bildirir.

Şikayətçi deyir ki, daha hara müraciət edəcəyini bilmir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Qaynar xətt

“Mənə dedi ki, qardaşım polisdir, heç kim mənə toxuna bilməz"

16 Yanvar 2025

açıq mənbədən götürülüb

Bir qrup vətəndaş "DREAM CONSTRUCTİON Azerbaijan" şirkəti tərəfindən aldadılmaları ilə bağlı polisə şikayət edib. Zərərçəkənlərin 11 nəfər olduğu bildirilib (Turan). Adının açıqlanmasını istəməyən zərərçəkən bildirib ki, 2024-cü ilin iyulunda öz evinin rekonstruksiyası üçün "DREAM CONSTRUCTİON Azerbaijan" şirkəti ilə rəsmi müqavilə bağlayıb  və onlara 44 min manat ödəyib. Onun szölərinə görə müqaviləyə əsasən, işlər sentyabrın 15-dək başa çatmalı olsa da, evdə heç bir iş görülməyib.  “Polisə şikayət etməkdən başqa çarəm yox idi. O, mənə dedi ki, qardaşım polisdir, heç kim mənə toxuna bilməz", şikayətçi deyib. Şikayətçinin sözlərinə görə, Samir Umudovun barəsində cinayət işi açılsa da, hələlik heç bir irəliləyiş yoxdur.  Samir...
Qaynar xətt

Keçmiş XTQ-çilər Prezident Administrasiyası önündə aksiya keçiriblər: “Haqqımız yeyilir”

26 Noyabr 2024

Toplum TV

Noyabrın 26-da Xüsusi Təyinatlı Qüvvələrin bir qrup keçmiş hərbçisi Naxçıvandan gələrək Prezident Administrasiyası önündə etiraz aksiyası keçirib. Onlar İkinci Qarabağ müharibəsi zamanı xəsarət aldıqlarını, amma hələ də kompensasiyalarını ala bilmədiklərini deyirlər. Keçmiş hərbçilər problemlərini demək üçün rəsmi şəxslərdən görüşmək istəsələr də, buna imkan yaradılmayıb.  “Şəxsən mənə ayrılmış pul 36 aylıq əmək haqqıdır. Bu onu göstərir ki,  pulu yeyib talayıblar ki, pulu gecikdirirlər”, - etirazçılardan Kamran İbrahimov deyir.  Digər etirazçı Seymur Məmmədov isə artıq üçüncü dəfədir gəldiyini və probleminin hələ də həll edilmədiyini söyləyir: “Hər dəfə gələndə yola 300 manat pul  gedir. Niyə mənim haqqımı vermirlər? Bizi aciz edirlər?” Polis keçmiş...

Seçilmiş Videolar

Toplum TV loqo