Taleh Hüseynov Əmircan qəsəbəsində tikilən dönərxanadan şikayətçidir. O deyir, obyekt sakinlərin hərəkətinə mane olur.
Hüseynov dönərxananın onun zirzəmisinin qarşısını kəsməsindən də gileylənir.
Şikayətçi iddia edir ki, həmin dönərxana qanunsuz tikilib. Taleh Hüseynov deyir, obyektin sahibi icra hakimiyyətindən icazə aldığını bildirsə də, bu əsassızdır.
Şəhərsalma və Arxitektura Komitəsinin Nəzarət şöbəsinin böyük məsləhətçisi Kənan Əlizadə “Toplum TV”yə açıqlamasında bildirib ki, 2018-ci ildən obyektlərin tikintisinə icra hakimiyyətləri nəzarət etmir.
Taleh Hüseynov sual edir, bu cür tikililərin aparılmasına ARXKOM nəzarət edirsə, icra hakimiyyəti buna necə icazə verir?
Obyektin sahibi Rizvan Bağırov Taleh Hüseynovun dediklərini yalanlayır. O, tikintini qanuni yolla apardığını deyir.
Şikayətçi deyir, icra hakimiyyəti onun şikayətinə cavabında tikilinin qanunsuz olduğunu və söküləcəyini bildirib.
Şəhərsalma və Arxitektura Komitəsi sorğumuza cavab vermədiyi üçün “Adana dönər”in qanuni, yoxsa qununsuz olduğunu aydınlaşdıra bilmədik. İddialarla bağlı Suraxanı İcra Hakimiyyətin də mövqe almaq mümkün olmadı.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
açıq mənbədən götürülüb
Keçmiş XTQ-çilər Prezident Administrasiyası önündə aksiya keçiriblər: “Haqqımız yeyilir”
Toplum TV