Sosial

“Sovetski” sakinləri etiraz aksiyası keçirdi

4 Mart, 2021
2700

Sosial Media

Martın 4-də paytaxtın “Sovetski” deyilən ərazisinin keçmiş sakinləri Nazirlər Kabinetinin qarşısında etiraz aksiyası keçiriblər. 2014-cü ildən bəri evlərindən köçürülən sakinlər illərdir şikayət və tələblərinə baxılmadığını və aldadıqlarını deyiblər.

Onların sözlərinə görə, yaşadıqları evlərin sahəsi düzgün hesablanmayıb, kompensasiyalar tam məbləğdə ödənilməyib. Həyət sahələri üçün vəsait ayrılmayıb. Bu ərazidə qeydiyyatda olanlara kiçik məbləğdə belə kompensasiya ödənilməyib. Ailə üzvlərinin sayı nəzərə alınmayıb.

“Hüquqlarımızın bərpasını istəyirik. Haqqımızı yeyən məmurlardan halal pulumuzu tələb edirik. Şəhərin mərkəzindən ata-baba yurdundan uzaqlaşdırılmışıq, barı mülkiyyətimizin dəyərini tam ödəsinlər ki, özümüzə münasib ev ala bilək. Kirayədə yaşamaqdan bezdik”, - şikayətçilər deyiblər.

Onlar kömək üçün prezidentə müraciət ediblər.

Nazirlər Kabinetinin məsləhətçisi olduğunu deyən şəxs pandemiya dövründə karantin qaydalarına görə dövlət qurumlarında vətəndaşların qəbulunun qadağan edildiyini xatırladıb  və etirazçıların yanına gələrək onların ərizə və şikayətlərini qəbul edib.

Polis aksiyaya müdaxilə etməsə də, vətəndaşları ərazidən uzaqlaşdırıblar.

Bakının "Sovetski" deyilən ərazisinin sökülməsinə 2014-cü ildən başlanıb. 26 hektardan çox sahəni əhatə edən ərazidə 4 min 500-ə yaxın yaşayış və qeyri-yaşayış obyektləri bir çox hallarda sakinlərlə əldə edilmiş razılığa əsasən satın alınıb, sökülüb.

İkinci mərhələdə isə 1 920 evin söküldüyü bildirilir. Bu zaman söküntü işlərinin təqribən 13 hektar ərazini əhatə edib.

Amma hər iki mərhələdə kompensasiyanın məbləği ilə (hər kvadrata 1500 manat ödənilirdi) razılaşmayan, söküntüyə dirəniş göstərən ailələr  olub. Onlar müxtəlif dövrlərdə aksiyalar keçiriblər. Bununla bağlı bir sıra şikayətlər hətta Avropa İnsan Hüquqları Məhkəməsinə də göndərilib.

"Sovetski" ərazisində söküntülər son illərdə də davam edib ("Turan").


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Bu il Azərbaycanda azı 44 hərbçi qeyri-döyüş şəraitində vəfat edib

5 Oktyabr 2026

Şəmkir İH

2026-cı ilin əvvəlindən oktyabrın 4-dək Azərbaycanda azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) son hesabatında deyilir. Məlumata görə, hərbi qulluqçulardan 13-ü müxtəlif xəstəliklərdən, 9-u avtomobil qəzasından, 7-si bədbəxt hadisədən, 5-i intihardan, 1-i isə ehtiyatsızlıqdan ölüb. Hesabatda 9 nəfərin ölüm səbəbinin açıqlanmadığı bildirilir. Bədbəxt hadisələr suda və dəm qazından boğulma, dağda sürüşmə, hündürlükdən yıxılma və paraşütün açılmaması ilə əlaqələndirilir. Monitorinqə əsasən, ölüm hallarının ən çox qeydə alındığı ay iyul olub. Həmin ay 11 hərbçi ölüb. Ölənlərin 30-u Müdafiə Nazirliyinin, 10-u Dövlət Sərhəd Xidmətinin, digər 4-ü isə Daxili Qoşunlar, Prezident Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar...
Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...

Seçilmiş Videolar

Toplum TV loqo