Sosial

TƏBİB Oktay Gülalıyevlə bağlı açıqlama yaydı

27 Aprel, 2021
1333

Sosial Media

"Hüquq müdafiəçisi Oktay Gülalıyevin ev şəraitində müalicəsinin təşkili üçün 3 tibb bacısı və 3 kiçik tibb bacısı təhkim olunub". 

Bu barədə aprelin 28-də Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyevin şərhinə cavabında bildirib. 

T.Gülalıyev bu gün "Turan"a açıqlamasında deyib ki, atasının səhhətində ciddi irəliləyiş müşahidə olunur:

“Atam artıq suallarımızı diqqətlə dinləyir, onlara jestlərlə reaksiya verir. O dinlədiyi xəbərlərə də şüurlu şəkildə reaksiya verir. Əlləri ilə bizə işarələr verir, nəsə deməyə çalışır"

Onun sözlərinə görə, atasının vəziyyətinin yaxşılaşmasında Heydər Əliyev Fondunun maliyyə yardımı ilə Türkiyədə həyata keçirilən 4 cərrahiyyə əməliyyatı böyük rol oynayıb.

"Qəzadan sonra atamın sağ qalma şansı ancaq 20 faiz idi. Türkiyədə əvvəlcə bizə deyirdilər ki, komadan ayılma şansı azdır. Lakin bu gün tam əminliklə deyə bilərəm ki, müalicə nəticəsində atam artıq komadan çıxıb", - T. Gülalıyev davam edib.

Onun sözlərinə görə, Oqtay Gülalıyevin normal həyata tam qayıtması və ayağa qalxması üçün uzunmüddətli fiziki-terapevtik müalicəyə və dərman qəbuluna ehtiyac var.

Lakin hüquq müdafiəçisinin müalicəsinə yardım edən tibb bacılarına TƏBİB-də artıq 3 aydır əmək haqqı verilmədiyindən onlar mayın 1-dən  onlar öz funksiyalarını yerinə yetirə bilməyəcəklər.

Bundan əlavə, onun sözlərinə görə, artıq beş aydır ki, heç bir dövlət qurumu dərmanların alınmasına kömək etmir.

"Ona görə də bizim lazımi dərmanların alınması ilə bağlı narahatlığımız var. Təəsüf ki, tibb bacılarının gedişi bizim vəziyyətimizi çətinləşdirəcək", - deyə T. Gülalıyev deyib.

TƏBİB isə öz növbəsində açıqlamasında bildirib ki, tibb bacılarına dövlət tərəfindən tənzimlənmiş əmək haqları hər ay ödənilir.

"Həmin tibb bacılarına 3 aydır ki, maaş verilməməsi barədə məlumat həqiqəti əks etdirmir", - qurumun açıqlamasında bildirilib. 
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Bu il Azərbaycanda azı 44 hərbçi qeyri-döyüş şəraitində vəfat edib

5 Oktyabr 2026

Şəmkir İH

2026-cı ilin əvvəlindən oktyabrın 4-dək Azərbaycanda azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) son hesabatında deyilir. Məlumata görə, hərbi qulluqçulardan 13-ü müxtəlif xəstəliklərdən, 9-u avtomobil qəzasından, 7-si bədbəxt hadisədən, 5-i intihardan, 1-i isə ehtiyatsızlıqdan ölüb. Hesabatda 9 nəfərin ölüm səbəbinin açıqlanmadığı bildirilir. Bədbəxt hadisələr suda və dəm qazından boğulma, dağda sürüşmə, hündürlükdən yıxılma və paraşütün açılmaması ilə əlaqələndirilir. Monitorinqə əsasən, ölüm hallarının ən çox qeydə alındığı ay iyul olub. Həmin ay 11 hərbçi ölüb. Ölənlərin 30-u Müdafiə Nazirliyinin, 10-u Dövlət Sərhəd Xidmətinin, digər 4-ü isə Daxili Qoşunlar, Prezident Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar...
Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...

Seçilmiş Videolar

Toplum TV loqo