Dünya

ABŞ gürcü hökumətinə çağırış etdi, Saakaşvili aclığa başladı

5 Oktyabr, 2021
2592

Açıq mənbələrdən götürülüb

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays mətbuat birifinqdə bildirib ki, Gürcüstan hökuməti ölkənin keçmiş prezidenti Mixail Saakaşviliyə ədalətlə yanaşmalıdır.
 
Bu barədə qurumun oktyabrın 5-də verdiyi məlumatda bildirilir.
 
Departament rəsmisi Saakaşvilinin hüquqlarının qorunmasının zəruriliyini diqqətə çatdırıb. “Biz Gürcüstan hökumətini Saakaşvili ilə ölkə qanunlarına və insan hüquqları sahəsindəki beynəlxalq öhdəliklərə uyğun şəkildə davranmağa çağırırıq”, - Ned Prays deyib.
 
ABŞ daha əvvəl bildirmişdi ki, Gürcüstanın eks-prezidenti M. Saakaşvilinin həbsi ilə bağlı vəziyyəti izləməkdə davam edirlər. Jurnalistlərdən birinin Saakaşvilinin həbsi fonunda Gürcüstan səfirinin Departamentdə çağırılıb-çağrılmayacağı barədə sualına aydınlıq gətirilməmişdi.
 
Hazırda Rustavi şəhərindəki 12 saylı penitensiar müəssisədə saxlanılan sabiq prezident isə aclıq aksiyasına başladığını elan edib. O, gürcü xalqına ünvanladığı məktubda bildirib: "Aclıq elan etmişəm. İstəyirəm biləsiniz ki, mən və mənə görə həbs olunan şəxslər azad olunmayana qədər qəti şəkildə aclığı dayandırmayacam. Yaşamağı sevirəm, amma bu aclıq ömrümün sonuna qədər davam edəcək".
 
O, həmçinin hər hansı tibbi yardım və müdaxilədən imtina etdiyini dəbildirib.
 
Saakaşvili həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskiyə müraciət ünvanlayıb: “Mən Gürcüstanımı həyatımdan daha çox sevirəm. İkinci vətənim Ukraynanı da çox sevirəm. Bütün həyatım boyu həyata keçirdiyiniz tarixi dəyişikliklər və islahatlara kiçik töhfə vermək imkanına malik olduğuma görə qürur duyacam”.
 
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili sabiq prezidentin həbs olunması barədə xəbəri oktyabrın 1-də elan edib. Saakaşvilinin Gürcüstan sərhədini iri yük maşınının ventilyasiya kabinəsində keçdiyi güman edilir.
 
M. Saakaşvili Gürcüstanı 2013-cü ildə prezident səlahiyyətlərini təhvil verəndən dərhal sonra tərk etmişdi. Ona qarşı bir neçə maddə üzrə cinayət işi qaldırılmış və haqqında qiyabı həbs cəzası kəsilmişdi. Keçmiş prezident son dövrlərdə Ukraynada yaşayır və İslahatlar Şuranın sədri vəzifəsini daşıyırdı.
 
İ. Qaribaşvili sabiq prezidentin üçüncü ölkəyə ekstradisiya olunmayacağını və həbsini tam şəkildə Gürcüstanda çəkəcəyini bəyan edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

2 Oktyabr 2026

sosial media

Yaponiya hakimiyyəti Rusiyaya qarşı növbəti sanksiyalar paketini tətbiq edib. Tokionun sanksiya siyahısına Rusiyadan 33 şirkət və 9 fiziki şəxs, həmçinin Türkiyə və BƏƏ-dən 4 şirkət daxil edilib. Yaponiya eyni zamanda Rusiya ilə əlaqəli olduğunu bildirdiyi 35 gəmiyə qarşı da məhdudlaşdırıcı tədbirlər tətbiq edib. Sanksiyalara VNIIR-Progress şirkətinin baş direktoru Vladislav Kostin və “Rostex” şirkəti rəhbərinin müavini Dmitri Lelikov da daxil edilib. Yaponiya Rusiyaya qarşı sonuncu sanksiyaları 12 sentyabr 2025-ci ildə, keçmiş baş nazir Şiqeru İşibanın hökuməti dövründə tətbiq etmişdi. Hazırkı baş nazir Sanae Takaçinin rəhbərlik etdiyi hökumət dövründə isə Rusiyaya qarşı yeni sanksiyalar qəbul edilməmişdi. Bundan bir müddət əvvəl Böyük Britaniya...
Dünya

“Reuters”: İran ABŞ-nin mümkün hücumuna daha genişmiqyaslı cavab hazırlayır

1 Oktyabr 2026

sosial media

İran ABŞ genişmiqyaslı hərbi hücumları bərpa edərsə, daha sərt və geniş cavab verməyə hazırlaşır. Bu barədə üç yüksəkvəzifəli İran rəsmisi və müzakirələrdən məlumatlı mənbə “Reuters”ə danışıb. Mənbələrin sözlərinə görə, İranın hərbi rəhbərliyi mümkün hədəflərin ABŞ-la əlaqəli obyektlərlə məhdudlaşmamasını, ABŞ-nin hərbi əməliyyatlarını dəstəkləyən ölkələri və Yaxın Şərqdən kənardakı məkanları da əhatə etməsini nəzərdən keçirir. Rəsmilər bildiriblər ki, prezident Məsud Pezeşkianın ötən həftə Nyu-Yorkdan qayıtmasından sonra Tehranda mümkün cavabın miqyası və vaxtı müzakirə olunur. Hələlik yekun qərar qəbul edilməsə də, planlaşdırmanın intensivləşdiyi bildirilir. Beynəlxalq Böhran Qrupunun İran üzrə baş analitiki Həmidrza Əzizi deyib ki, Tehran ABŞ prezidenti Donald Trampın yeni genişmiqyaslı hərbi...

Seçilmiş Videolar

Toplum TV loqo