Dünya

Bayden qadınlara qarşı qısnamada ittiham olunan qubernatoru istefaya çağırdı

4 Avqust, 2021
2882

NBC News

ABŞ Prezidenti Cozef Bayden Nyu-York ştatının qubernatoru, seksual qısnamalarda ittiham olunan Endrü Kuomonu istefaya getməyə çağırıb. 

Bu məlumatı CNN-in yaydığı məlumatda bildirilir.

“Düşünürəm ki, o, istefaya getməlidir”, - deyə Bayden bildirib. 

Bununla belə, prezident Kuomonun öz xoşu ilə vəzifəsindən getmədiyi halda impiçmentə məruz qalması məsələsinə münasibət bildirməyib: “Gəlin, addım-addım irəliləyək”, - deyə o qeyd edib. 

Nyu-York ştatının baş prokurorluğu müəyyən edib ki, Endrü Kuomo ştat hökumətinin keçmiş və indiki qadın əməkdaşlarını qısnamaya məruz qoyub. İstintaq qubernatorun qadınları qucaqlamaq və öpmək istəməsi, onlara sataşması və intim xarakterli təkliflər etməsi barədə müxtəlif epizodlar aşkar edib.

2020-ci ildən başlayaraq yeddi qadın qubernator tərəfindən qısnamaya məruz qaldığı barədə şikayət verib. Kuomonun istefasını Nyu-York meri, eləcə də ABŞ-ın və Nyu-York ştatının bir sıra respublikaçı və demokrat konqresmenləri və senatorları tələb ediblər. Nyu-York parlamentinə qubernatorun impiçmenti barədə layihənin təqdim olunması planlaşdırılır. 

Endrü Kuomonun 63 yaşı var və o, Nyu-York ştatının 56-cı qubernatorudur. Demokratlar partiyasının üzvü olan siyasətçi Bill Klinton administrasiyası zamanı mənzil tikintisi və şəhərsalma naziri, daha sonra Nyu-Yorkun baş prokuroru vəzifəsini tutub. Onun atası Mario Kuomo da Nyu-Yorkun 52-ci qubernatoru (1983-1994) olub. Endrü Kuomo bir müddət ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşı qızı Kerri Kennedi ilə evli olub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

2 Oktyabr 2026

sosial media

Yaponiya hakimiyyəti Rusiyaya qarşı növbəti sanksiyalar paketini tətbiq edib. Tokionun sanksiya siyahısına Rusiyadan 33 şirkət və 9 fiziki şəxs, həmçinin Türkiyə və BƏƏ-dən 4 şirkət daxil edilib. Yaponiya eyni zamanda Rusiya ilə əlaqəli olduğunu bildirdiyi 35 gəmiyə qarşı da məhdudlaşdırıcı tədbirlər tətbiq edib. Sanksiyalara VNIIR-Progress şirkətinin baş direktoru Vladislav Kostin və “Rostex” şirkəti rəhbərinin müavini Dmitri Lelikov da daxil edilib. Yaponiya Rusiyaya qarşı sonuncu sanksiyaları 12 sentyabr 2025-ci ildə, keçmiş baş nazir Şiqeru İşibanın hökuməti dövründə tətbiq etmişdi. Hazırkı baş nazir Sanae Takaçinin rəhbərlik etdiyi hökumət dövründə isə Rusiyaya qarşı yeni sanksiyalar qəbul edilməmişdi. Bundan bir müddət əvvəl Böyük Britaniya...
Dünya

“Reuters”: İran ABŞ-nin mümkün hücumuna daha genişmiqyaslı cavab hazırlayır

1 Oktyabr 2026

sosial media

İran ABŞ genişmiqyaslı hərbi hücumları bərpa edərsə, daha sərt və geniş cavab verməyə hazırlaşır. Bu barədə üç yüksəkvəzifəli İran rəsmisi və müzakirələrdən məlumatlı mənbə “Reuters”ə danışıb. Mənbələrin sözlərinə görə, İranın hərbi rəhbərliyi mümkün hədəflərin ABŞ-la əlaqəli obyektlərlə məhdudlaşmamasını, ABŞ-nin hərbi əməliyyatlarını dəstəkləyən ölkələri və Yaxın Şərqdən kənardakı məkanları da əhatə etməsini nəzərdən keçirir. Rəsmilər bildiriblər ki, prezident Məsud Pezeşkianın ötən həftə Nyu-Yorkdan qayıtmasından sonra Tehranda mümkün cavabın miqyası və vaxtı müzakirə olunur. Hələlik yekun qərar qəbul edilməsə də, planlaşdırmanın intensivləşdiyi bildirilir. Beynəlxalq Böhran Qrupunun İran üzrə baş analitiki Həmidrza Əzizi deyib ki, Tehran ABŞ prezidenti Donald Trampın yeni genişmiqyaslı hərbi...

Seçilmiş Videolar

Toplum TV loqo