Hindistanda son sutka ərzində 379 257 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 3 600-dən çox xəstə ölüb. Bu, pandemiyanın başlanğıcından bəri ən yüksək göstəricilərdir.
Məlumatı aprelin 29-da ölkənin Səhiyyə Nazirliyi paylaşıb.
Bildirilir ki, hazırda Hindistan koronavirusa yoluxmaların sayına görə dünyada ikinci yerdədir.
Ölkədə ümumilikdə 18,3 milyondan çox insan COVID-19-a yoluxub, 15 milyondan çox xəstə sağalıb və 204 min insan virusla əlaqədar ağırlaşmalardan ölüb.
Hazırda ölkə boyunca sutka ərzində kütləvi meyityandırma mərasimlərinin keçirildiyi bildirilir. Krematoriyalar yüklənmənin öhdəsindən gələ bilmədiklərinə görə bağlarda, avtomobil parklarında və küçələrdə müvəqqəti "küçə krematoriyaları" təşkil edilir.
Ümumən ölkədə hər 30 saniyədə bir nəfərin koronavirusdan öldüyü bildirilir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
açıq mənbə
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”