Dünya

İspaniyada reperin həbsi kütləvi iğtişaşlara səbəb olub

18 fevral, 2021
1422

NTV

İspaniyada monarxiyaya həqarət etməkdə və radikal solçu terrorizmini təbliğ etməkdə günahlandırılan repçi Pablo Aselin həbsinə etiraz olaraq dünən gecə Madriddə və digər şəhərlərdə etiraz aksiyaları keçirilib.

"RİA Novosti"nin xəbərinə görə, fevralın 17-də İspaniya paytaxtının mərkəzi meydanında yüzlərlə adam toplaşıb. Qustavo adlı aksiya iştirakçısı bunları söyləyib:

“Mən onun tvitlərini oxumuşam və mahnılarını dinləmişəm. Onunla razı deyiləm, amma insanı buna görə tutmaq olmaz. Sabah istənilən adamın ardınca gələrlər”.

Ölkənin bir çox şəhərlərində etirazlar iğtişaş və polislə toqquşmalara çevrilib. Polis dəyənək və rezin güllələrdən istifadə edib, 18 nəfər saxlanılıb.

Aselə qarşı terrorizm ittihamları təkcə İspaniyada deyil, AB və ABŞ-da da terrorçu təşkilatlar siyahısına salınan GRAPO-nu öz mətnlərində tərifləməsi ilə bağlıdır.

1975-ci ildə yaranan radikal-solçu təşkilat onlarla adamı qətlə yetirib.

Hökm 2018-ci ildə çıxarılıb, amma məhkəmə çəkişmələri bir neçə il davam edib. Fevralın 12-də reper öz ayağı ilə həbsxanaya getməli idi, amma əlliyə qədər tərəfdarı ilə birlikdə o, Lyeda Universitetində barrikada qurub. Buna baxmayaraq, yenə də həbs edilib.

Kinorejissor Pedro Almodovar və aktyor Xavyer Bardem də daxil olmaqla, yüzlərlə incəsənət xadimi Pablo Aseli müdafiə edən manifest imzalayıblar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Almaniya ordusu kiberhücuma görə dronların istifadəsini dayandırıb

13 noyabr 2026

sosial media

Almaniya ordusu “Quantum Systems” şirkətinin istehsal etdiyi pilotsuz uçuş aparatlarının istifadəsini şirkətə qarşı kiberhücum aşkarlandıqdan sonra ehtiyat tədbiri kimi müvəqqəti dayandırıb. “Financial Times”ın məlumatına görə, naməlum şəxslər şirkətin dronların yerdən idarə edilməsi və uçuş missiyalarının planlaşdırılması üçün istifadə olunan QBase proqramının yenilənmə sistemi vasitəsilə zərərli yeniləmə faylı yayıblar. Hadisənin oktyabrın sonunda aşkarlandığı bildirilir.  “Quantum Systems” noyabrın 12-də sistemlərinə qarşı “düşmən aktorlar” tərəfindən kiberhücum edildiyini təsdiqləyib. Şirkətin açıqlamasına görə, təhlükə kibertəhlükəsizlik komandaları və dövlət qurumları ilə əməkdaşlıq nəticəsində nəzarətə götürülüb, operatorlar və son istifadəçilər üçün risk yoxdur. “Der Spiegel”in məlumatına əsasən, araşdırmaya Almaniyanın Hərbi Əks-kəşfiyyat Xidməti (MAD), Konstitusiyanın Mühafizəsi üzrə Federal...
Dünya

“Nvidia”nın rəhbəri Çinlə əlaqəli casusluq iddiaları fonunda istefa verib

13 noyabr 2026

sosial media

Süni intellekt texnologiyaları sahəsində aparıcı korporasiyalardan olan “Nvidia”nın rəhbəri Censen Huanq vəzifəsindən istefa verib. Şirkət bu barədə noyabrın 12-də məlumat yayıb. Açıqlamada bildirilib ki, Huanq prezident, baş direktor və Direktorlar Şurasının üzvü vəzifələrindən dərhal qüvvəyə minən qərarla ayrılıb. İstefanın səbəbi açıqlanmayıb. “Nvidia”nın icraçı vitse-prezidenti və maliyyə direktoru Kolet Kress müvəqqəti baş direktor təyin olunub. Şura şirkətə daimi rəhbər seçmək üçün daxili və xarici namizədlərin iştirak edəcəyi axtarışa başladığını bildirib. “The New York Times” daha əvvəl Huanqın çinli sahibkar Alice Huanqla yaxın münasibətdə olduğunu yazmışdı. Nəşrin məlumatına görə, ABŞ kəşfiyyatı Alise Huanqın Çin Dövlət Təhlükəsizliyi Nazirliyi ilə əlaqəli ola biləcəyindən şübhələnib....

Seçilmiş Videolar

Toplum TV loqo