sosial media
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampı Kiyevi Rusiya qarşısında kapitulyasiyaya məcbur etməyə çalışmaqda ittiham edib. Bununla belə, o, Vaşinqtonun məqsədinin məhz bu olduğuna inanmaq istəmədiyini bildirib.
Bu barədə “Bloomberg” məlumat yayıb.
Zelenskinin sözlərinə görə, ABŞ administrasiyası Ukraynadan Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağı tələb edir, lakin bunun müqabilində Ukraynanın hava hücumundan müdafiə imkanlarını gücləndirmək üçün əlavə dəstək təklif etmir.
“Son təklifim belə idi: Biz Rusiyanın dizel yanacağı istehsalına zərbələr endirmirik, siz isə bunun müqabilində obyektlərimizi qorumaq üçün bizə ‘Patriot’ sistemlərinin raketlərini verirsiniz. Lakin onlar sadəcə hücumları dayandırmağımızı istəyirlər, əks halda bizə nəyisə verməyi dayandıracaqlarını deyirlər”, - Zelenski bildirib.
Zelenski Vaşinqtonun bəzi addımlarının Kiyevi kapitulyasiyaya məcbur etmək təsiri bağışladığını deyib. O, ABŞ ilə münasibətlərin aralıq seçkilərindən sonra yaxşılaşacağına ümid etdiyini də bildirib. Onun sözlərinə görə, hazırda siyasi mübarizə münasibətlərə mənfi təsir göstərir.
Məqalədə qeyd olunur ki, Zelenski ABŞ-nin Ukraynaya hərbi dəstəyinin azalmasından, o cümlədən “Patriot” raketlərinin tədarükünün gecikməsindən narahatdır. O, həmçinin Rusiyanın enerji infrastrukturuna hücumlarının davam etdiyini bildirib.
Zelenskinin açıqlamasına görə, Rusiya ötən həftə ərzində Ukraynaya təxminən 2700 dronu, 1700 aviasiya bombası və 66 raket buraxıb. Raketlərin əksəriyyətinin ballistik olduğu bildirilib.
ABŞ Ukraynaya Rusiyanın ballistik raket hücumları barədə kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib. Zelenski NBC telekanalının “Meet the Press” proqramına müsahibəsində ABŞ-nin Rusiyanın ballistik raket buraxılışlarını aşkar etmək və izləmək üçün Ukraynaya unikal əhəmiyyət daşıyan kəşfiyyat məlumatları təqdim etdiyini deyib. Onun sözlərinə görə, Ukrayna üç gün ərzində bəzi ballistik raket hücumları barədə əvvəlcədən məlumat almayıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
euronews
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Abgül Süleymanov 30 sutka həbs edilib
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”