euronews
Ukrayna PUA-ları Sankt-Peterburq və Leninqrad vilayətində neft obyektlərinə və data-mərkəzlərinə zərbə endirib, ölən və yaralananlar var.
“Reuters”in məlumatına görə, Rusiyanın Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti oktyabrın 18-də Ukraynanın genişmiqyaslı pilotsuz uçuş aparatı (PUA) hücumuna məruz qalıb.
Hücumla bağlı ilkin açıqlamalarda bir nəfərin öldüyü və 15 nəfərin yaralandığı deyilir.
“Reuters” yerli hakimiyyət orqanlarına istinadən yazır ki, Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov şəhərdəki neft terminalında, neft anbarında və sənaye anbarlarında yanğınların baş verdiyini bildirib.
Hücumdan sonra Leninqrad vilayətinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.
“Al Jazeera”nın məlumatına görə, vilayətin qubernatoru Aleksandr Drozdenko təxminən 20 min nəfərin elektrik enerjisiz qaldığını bildirib.
Sankt-Peterburqun Pulkovo hava limanında da uçuşlarla bağlı məhdudiyyətlər tətbiq edilib.
Hücumun miqyası və təhlükəsizlik tədbirləri səbəbindən hava nəqliyyatının işində fasilələr yaranıb.
Rusiya rəsmilərinin açıqlamalarına görə, pilotsuz aparatların qalıqları yaşayış binalarına və avtomobillərə də ziyan vurub. Hadisə nəticəsində 12 çoxmənzilli bina zərər görüb.
Rusiya Müdafiə Nazirliyi oktyabrın 18-nə keçən gecə ölkənin müxtəlif regionları üzərində 1015 Ukrayna dronunun vurulduğunu açıqlayıb. Leninqrad vilayətinin qubernatoru Drozdenko isə region üzərində 145 PUA-nın məhv edildiyini bildirib.
Bu rəqəmlər Rusiya rəsmilərinin açıqlamalarına əsaslanır və müstəqil mənbələr tərəfindən tam təsdiqlənməyib.
Ukrayna hərbi komandanlığı hücumla bağlı rəsmi açıqlama verməyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Abgül Süleymanov 30 sutka həbs edilib
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”