Dünya

Rusiyada Putinin nüfuzu niyə aşağı düşüb? 

22 İyun, 2021
3819

Açıq mənbələrdən götürülüb

"Levada Center"-in Rusiyanın tarixi şəxsiyyətlərinin reytinqi ilə bağlı keçirdiyi anketin nəticələrinə görə, Prezident Vladimir Putinin reytinqi 34 faizdən 15 faizə düşüb və o, 5-ci yerdə qərarlaşıb. 

Bu barədə “Azadlıq Radiosu”nun rus xidməti iyunun 21-də məlumat yayıb. Məlumata görə, ilk pillədə İosif Stalin yer alıb. 

Başqa sorğuda 40 faizlə birinci pillədədir

Müsavat Partiyasının üzvü Elman Fəttahın fikrincə, sorğunun nəticələrinə birmənalı yanaşmaq doğru deyil.

Elman Fəttah

“Bu sorğu mərkəzi Rusiyanın ən ciddi və etimad olunan mərkəzlərindən biridir. Müxtəlif mövzularda sorğular keçirir, elə bu ilin aprelində keçirilən güncəl Rusiya siyasəti ilə bağlı sorğunun nəticələri də “Levada Center”-in rəsmi saytında yayımlanıb. Orada Putin 40 faizlə hazırkı Rusiya siyasətçiləri arasında birinci pillədədir. Bu sorğu isə Rusiya tarixindəki məşhur şəxslər arasındakı reytinqi müəyyən etmək üçün keçirilib və Putin Stalin, Lenin, Puşkin kimi şəxslərlə müqayisə edilib. Yeri gəlmişkən illərdir keçirilən bu sorğuda liderlik Stalindədir. Bu kateqoriya üzrə Putinin 34 faizdən 15 faizə enməsinin güncəl siyasətə təsir edib-etmədiyi sualına isə birmənalı şəkildə cavab vermək yanlış olar. Çünki qeyd etdiyim digər sorğuda Putin birinci sıradadır”. 

“Ölkənin iqtisadi durumu ağırlaşdıqca Putinin nüfuzunun aşağı düşməsi də normaldır”

Zaur Əkbər - Sosial Media

Siyasi şərhçi Zaur Əkbər isə Rusiya liderinin nüfuzunun 34 faizdən 15 faizə düşməsinin bir neçə səbəbi olduğunu düşünür. O, birinci səbəb kimi Rusiyanın regional və qlobal müstəvidə aqressiv siyasət aparmasını göstərir.

“Daxildə cəmiyyət kasıbladıqca insanlar anlayır ki, onların dövlətə ödədiyi vergilər silaha, hansısa ölkələrin zəbt olunmasına xərclənir. 

Eyni zamanda Avropa İttifaqı, İngiltərə və ABŞ-ın durmadan ağırlaşan sanksiyalarının da Putinin reytinqinin günü-gündən aşağı düşməsinə rəvac verir. Rusiya rəsmiləri belə etiraf edilər ki, ölkədə demokratik vəziyyət getdikcə daha da pisləşir, əhalinin artımı sıfırın altındadır. Düşünürəm ki, bu proses zamanla dərinləşəcək və ölkənin iqtisadi durumu ağırlaşdıqca Putinin nüfuzunun aşağı düşməsi də normaldır”. 

Bu proses 2021-ci ilin sentyabrında keçiriləcək Dövlət Duması seçkilərinə təsir göstərəcəkmi? 

E.Fəttah düşünür ki, Putinin nüfuzunun aşağı düşməsi sentyabrda keçiriləcək parlament seçkilərinə təsir etsə belə, rəsmi nəticələrə təsiri olmayacaq. 

“Rusiyada da seçkilərin nəticələrini səsvermənin həqiqi mənzərəsi yox, administrativ resursların müəyyən etdiyi qiymətlər müəyyənləşdirir, yəni nəticələr saxtalaşdırılır. Bu baxımdan hazırkı iqtidarın nüfuzunun azalması sorğulara yansıya bilər, amma rəsmi nəticələrə yansıması gözlənirmir”.  

Z.Əkbər də eyni fikirdədir, o da Rusiyada keçirilən seçkilərin Azərbaycandakı seçkilərdən heç nə ilə fərqlənmədiyini söyləyir. 

“Sadəcə ərazi baxımından böyük olduğu üçün Rusiyada bu proses daha sistemli şəkildə həyata keçirilir. Putinin rəhbərlik etdiyi dönəmdən bugünədək beynəlxalq təşkilatların, xüsusilə ATƏT-in Demokratik Təsisatlar Bürosunun Rusiyadakı seçkilərlə bağlı verdiyi hesabatlar heç də ürəkaçan olmayıb, yəni demokratiyadan əsər-əlamət yoxdur. Bu baxımdan Dövlət Dumasına keçirilən seçkilərdə Putinin göstəricilərinin aşağı olacağına inanmıram. Burada əsas məsələ seçkilərin azad və demokratik keçirilməsidir ki, bu da avtoritar Putin rejimi dövründə mümkün deyil. Digər tərəfdən ölkədəki əsas müxalif qüvvə Navalnıdır və o da həbsdədir. Digərləri bizdə olduğu kimi məmur müxalifəti olduğundan seçkilərdə müxalifət üçün hansısa şansın yaranacağını düşünmürəm”. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Tramp xaricdən gətirilən dronlara 100 faizə qədər rüsum tətbiq edib

14 Avqust 2026

sosial media

ABŞ prezident Donald Tramp pilotsuz uçuş aparatları (PUA) və onların komponentlərinin idxalına yeni gömrük rüsumları tətbiq ediləcəyini açıqlayıb. Administrasiya bu addımı ABŞ-nin dron təchizatında xarici istehsalçılardan həddindən artıq asılı olması ilə əsaslandırır. Ağ Evin yaydığı məlumata görə, Tramp bununla bağlı fərman imzalayıb.  Fərmana əsasən, milli təhlükəsizlik baxımından həssas hesab olunan, müəyyən texniki göstəricilərə malik dronlara 100 faizlik advalor (gömrük dəyərinə mütənasib) rüsum, daha kiçik dronlara isə 25 faizlik gömrük rüsumu tətbiq ediləcək. Bundan əlavə, Avropa İttifaqı, Yaponiya, Lixtenşteyn, Cənubi Koreya, İsveçrə və Tayvandan idxal olunan dronlar və onların komponentləri üçün 15 faiz, Böyük Britaniyadan gətirilən pilotsuz uçuş aparatları üçün isə...
Dünya

Vensin istəyindən sonra Zelenski bəzi neft tankerlərinə PUA zərbələrini dayandırıb

12 Avqust 2026

president.gov.ua

ABŞ-nin vitse-prezidenti Ceyms Vens Ukraynadan Qara dənizdə Xəzər Boru Kəməri Konsorsiumu (CPC) ilə əlaqəli obyektlərə PUA zərbələrini dayandırmağı istəyib. Bu məsələni o, Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığında qaldırıb. Bu barədə “Financial Times” məlumat yayıb. Qəzetin məlumatına görə, Vensin bu tələbi iyulun 31-də səsləndirilib və bundan sonra Kiyev Rusiya limanından istifadə edən, lakin Rusiya şirkətlərinə məxsus olmayan gəmilərə zərbələri dayandırmağa razılaşıb. ABŞ administrasiyası hesab edir ki, bu hücumlar qlobal neft bazarında sabitliyi poza və ABŞ şirkətlərinin maraqlarına zərər vura bilər. CPC vasitəsilə əsasən Qazaxıstan nefti daşınır və konsorsiumda “Chevron” və “ExxonMobil” kimi ABŞ şirkətlərinin də böyük payları var. “Financial...

Seçilmiş Videolar

Toplum TV loqo