Dünya

Serj Sarkisyan: "Hər üç xalq üçün məqbul həll barədə cəfəngiyyat müharibəyə gətirib çıxardı"

16 Fevral, 2021
1394

Sputnik Ermənistan

Serj Sarkisyan Dağlıq Qarabağ ətrafındakı rayonların qaytarılmasına görə Azərbaycanın ona 5 milyard dollar təklif etməsiylə bağlı iddialara cavab verib. 

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan fevralın 15-də “Armnews” saytına müsahibəsində II Qarabağ müharibəsiylə bağlı sualları cavablandırıb. 

Jurnalistin Nikol Paşinyanın "Dağlıq Qarabağ Respublikası"nı danışıqlar prosesinə müstəqil tərəf kimi qaytarmağa çalışması barədə sualına Sarkisyan belə cavab verib: 

“Bunun iki məqsədi vardı. Birinci məqsəd vaxtı uzatmaq idi. İkinci məqsəd... bu barədə danışmayacağam. Amma deməliyəm ki, biz bu tezisin təhlükəli olması barədə daha əvvəl xəbərdarlıq etmişdik. Armen Aşotyanın, Şarmazanovun, müxtəlif siyasətçilərin dili ilə xəbərdarlıq edirdik ki, bunun ardınca sərt münasibət gələcək, bundan sonra Dağlıq Qarabağın azərbaycanlı icması adlanan məfhumun bərpası prosesi başlanacaq. Yəni belə yanaşma yolverilməz idi”. 

ATƏT-in Minsk Qrupu həmsədrlərinin illərlə Qarabağ probleminin hərbi həlli yoxdur dedikdən sonra müharibənin getdiyi 44 gün ərzində niyə susmaları barədə suala Ermənistanın üçüncü prezidenti belə cavab verib: 

"Sən həmsədrlərdən gizlin Əliyevlə danışıqlara gedəndən, “Cənab həmsədrlər, öz təkliflərinizi kənara qoyun, mən belə istəyirəm” deyəndən sonra... Tərəflərdən biri onların dediklərini dəfələrlə nəzərə almayandan sonra həmsədrlər nəyə görə danışmalıydılar ki? Düşünürəm ki, biz sırf hadisələr barədə danışıb prosesin təkamülünü göstərməyəndə taktiki səhvə yol vermişik. Yəni bu təslimiyyətçinin danışıqları öz nöqtəyi-nəzərindən aparacağı, hər şeyin pis olması, Qarabağın danışıqlarda iştırakı və s. barədə dediklərindən sonra baş verənləri nəzərdə tuturam.

Bunlar adi sözlər idi, amma ATƏT-in nazirlər konfransının onillik formulasından çıxan üç prinsip 2018-ci ilin sonlarında “ədalətli həll” yanaşması ilə dəyişdirildi və beləliklə, sənədə çevrildi. Əgər prosesi dərk etmirsənsə, istənilən proses sənə nailiyyət kimi görünə bilər. Sən üç prinsipi qeyri-müəyyən “ədalətli həll” ilə dəyişirsən. Bəs o kimin üçün ədalətlidir?

Mənim üçün ədalətli olan sizə münasibətdə ədalətsiz ola bilər və ya əksinə. Üç xalq üçün məqbul həll barədə cəfəngiyyat isə müharibəyə gətirib çıxardı, belə anladıq ki, bu, sən demə, Azərbaycan xalqı üçün məqbul imiş.

Bir də ki, “üç xalq üçün” nə deməkdir? Yəni, biz və Qarabağ – iki xalqıq? Biz ayrı-ayrı xalqlarıq? Onların fikrincə, müasir formullara əsasən düzgün olan hər belə ifadəni... istənilən cəfəngiyyatı qəşəngcə qablaşdırmaq olar. Bundan sonra nə baş verdiyini isə hamımız gördük".

Sarkisyan müsahibəsi zamanı Azərbaycanın beş rayonun qaytarılması üçün Belarus prezidenti vasitəsilə 5 milyard dollar təklif etməsinin doğru olub-olmaması barədə suala cavabında bunun "doğru" olduğunu deyib. 

O, İlham Əliyevin Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun qaytarılması üçün iki dəfə pul təklif etdiyini bildirib. 

"Deməliyəm ki, bu, ilk söhbət deyildi. Mənim əvvəllər də Əliyevlə belə söhbətim olub", - Sarkisyan deyib.

“Əliyev bu pulları şəxsən özü təklif edib?” jurnalistin dəqiqləşdirici sualına cavabında Sarqsyan qeyd edib: "Yox, belə olmayıb, sadəcə, belə deyilib". 

Keçmiş prezident Nikol Paşinyanın bu təklifi qəbul etməsi fikrini də istisna etməyib. 

"Ən azı məlum oldu ki, Əliyev və Paşinyan gizli danışıqlar aparıblar. Bu danışıqları kimin apardığı, erməni tərəfini operativ əlaqə ilə kimin təmin etdiyi, Paşinyana məktubu kimin verdiyi məlumdur", - deyə o vurğulayıb. 

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan uzun müddət davam edən susqunluqdan sonra mətbuata açıqlama verib. O, Ermənistanın baş naziri Nikol Paşinyanı təslimiyyətçi adlandırıb, ölkəsinin müharibədəki məğlubiyyətini onun "səriştəsiz siyasəti" ilə əlaqələndirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Gürcüstanda beş müxalifət partiyasının qadağan edilməsi üzrə məhkəmə başlayıb

23 Oktyabr 2026

Toplum TV

Gürcüstanın Konstitusiya Məhkəməsi ölkənin beş əsas müxalifət partiyasının qadağan olunması tələbi ilə verilən iddiaya baxmağa başlayıb. “OC Media”nın oktyabrın 22-də yaydığı məlumata görə, məhkəmə hakim “Gürcü Arzusu” partiyasının iddiasını təmin etsə, bu, müstəqil Gürcüstan tarixində görünməmiş siyasi vəziyyət yarada bilər. İddia Vahid Milli Hərəkat, “Dəyişiklik naminə koalisiya”, “Lelo”, “Gürcüstan naminə” və “Federalistlər” partiyalarını əhatə edir. Bu partiyalardan dördü 2024-cü il parlament seçkilərində baryeri keçib. “Federalistlər” isə seçkilərdə iştirak etməyib. “Gürcü Arzusu” bu siyasi qüvvələrin Vahid Milli Hərəkatla əlaqəli olduğunu və ölkədə sabitliyi pozmağa çalışdığını iddia edir. Hakim partiya öz mövqeyini parlament istintaq komissiyasının hesabatına əsaslandırır. Müxalifət və vətəndaş cəmiyyəti nümayəndələri...
Dünya

ABŞ məhkəməsi Trampın BBC-yə qarşı qaldırdığı iş üzrə dindirilməsinə qərar verib

23 Oktyabr 2026

sosial media

ABŞ federal məhkəməsi prezident Donald Trampın Britaniyanın BBC yayım şirkətinə qarşı qaldırdığı 10 milyard dollarlıq böhtan iddiası üzrə dekabrın 11-dək ifadə verməsi barədə qərar çıxarıb. Bu barədə “Associated Press” (AP) agentliyi məlumat yayıb. Magistrat hakim Enjolike Lett qərarı BBC-nin vəkillərinin Trampı məhkəmə prosesində ifadə verməyi gecikdirməkdə ittiham etməsindən sonra qəbul edib. BBC-nin vəkili Çarlz Tobin bildirib ki, sübutların toplanması üçün ayrılan müddətin başa çatmasına iki ay qalsa da, yayım şirkəti hələ Trampın ifadəsini ala bilməyib. Tərəflər Trampın oktyabrın 16-da ifadə verməsi barədə razılaşsalar da, prezident həmin tarixi “milli əhəmiyyətli məsələlər”lə əlaqədar ləğv edib. Tobinin sözlərinə görə, Tramp həmin gün Corciya...

Seçilmiş Videolar

Toplum TV loqo