Reuters
Ukrayna yığması futbol üzrə Avropa Çempionatının matçlarında futbolçuların geyəcəyi formaları dəyişdirməyi planlaşdırmır.
"Radio Svoboda"-nın iyunun 11-də verdiyi xəbərə görə, bu barədə komandanın mətbuat katibi Aleksandr Qlıvinski məlumat verib.
Onun sözlərinə görə, formadakı bütün detallar artıq UEFA ilə razılaşdırılıb. Bildirilib ki, Ukrayna Futbol Assosiasiyasının rəhbəri hazırda UEFA ilə danışıqlar aparmaq üçün Romadadır.
Təzəlikcə UEFA Avropa Çempionatında Ukrayna yığmasının formalarından "Yaşasın qəhrəmanlar!" şüarının çıxarılmasını tələb edib. Şüarın UEFA-nın qanunlarında qadağan olunun siyasi motivlərə uyğun gəldiyi qeyd edilib. Qərar Rusiya tərəfinin etirazından sonra verilib. Buna üç gün qalmışa qədər isə UEFA Ukrayna formasının reqlamenti pozmadığını bildirmişdi.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
sosial media
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”