Avropa Birliyi Azərbaycanda pandemiya ilə bağlı layihələr həyata keçirəcək
EU
Avropa Birliyinin (AB) Azərbaycandakı Nümayəndəliyi regionların və kənd yerlərinin inkişafı ilə bağlı 8 layihə həyata keçirir.
Bu barədə AB-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankasukas yanvarın 29-da keçirilən onlayn brifinqdə bildirib.
Onun sözlərinə görə, bu layihələr regionların inkişafına, eyni zamanda, kənd təsərrüfatına dəstək məqsədi daşıyır: “Biz inanırıq ki, vətəndaş cəmiyyətinin inkişafı ilə həqiqi inkişafa nail olmaq mümkündür. Layihələrimizin məqsədi regionların inkişafına dəstək vermək, gənc nəslin təhsilinə şərait yaratmaqdır”.
AB-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri qeyd edib ki, Azərbaycan hökuməti ilə cari iki illik proqram razılaşdırılıb və bu proqramda əsas diqqət pandemiyanın sosial-iqtisadi sahələrə mənfi təsirlərinin aradan qaldırılmasına yönəlib: “Azərbaycanla bağlı AB-nin maliyyə alətlərinin mövcudluğunu nəzərə alaraq növbəti 5-7 il üçün prioritetlər müəyyən ediləcək. Görülən işlərin sahəsi genişdir. Biz vətəndaş cəmiyyəti layihələri üzərində işləyəcəyik, regionların inkişafı ilə bağlı işlərimizi davam etdirib uğur qazanacağıq” (APA).
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Azərbaycana gələn xaricilərin sayı azalmaqda davam edir: 9 ayda 6 faiz geriləmə
sosial media
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Ramil Babayev sivil itaətsizliyə başlayıb