İqtisadiyyat

Son 6 ayda Türkiyədə ev alan azərbaycanlıların sayı açıqlanıb 

10 Avqust, 2022
2374

Açıq mənbələrdən götürülüb

Azərbaycanlılar 2022-ci ilin ilk altı ayı ərzində Türkiyədə ümumilikdə 702 ev satın alıblar. 

Bu barədə Türkiyənin milli statistika komitəsi məlumat verib.

Aylar üzrə statistika isə belədir:  

Yanvar - 89, 
Fevral - 93
Mart - 115
Aprel - 156
May - 118 
İyun – 131 

Bildirilir ki, iyunda Türkiyədə mənzil alanların sayında Rusiya vətəndaşları ilk pillədə qərar tutub. Belə ki, Rusiya vətəndaşları bu ay ərzində 1887 mənzil satın alıblar. İkinci yerdə İran (987), üçüncü yerdə isə İraq vətəndaşları (807) yer alıb.

https://toplum.tv/siyaset/azerbaycanli-turistler-ermenistanda-hansi-hallarda-sefer-etmek-mumkundur

2021-ci ildə İran vətəndaşları Türkiyədən 10 min 56 mənzil almaqla birinci yeri tutmuşdular. İkinci yerdə 8 min 661 mənzil sayı ilə İraq vətəndaşları, 5 min 379 mənzil sayı ilə Rusiya vətəndaşları üçüncü pillədə qərarlaşmışdılar.

Azərbaycan vətəndaşları ötən il Türkiyədə ümumilikdə 1517 mənzil alıblar.  Beləliklə, ilk 20 ölkə arasında Azərbaycan vətəndaşları 8-ci yer qərarlaşıb. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Azərbaycan bu il Gürcüstana azı 45,3 milyon dollar sərmayə qoyub

8 Sentyabr 2026

sosial media

2026-cı ilin ilk yarısında Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 45,3 milyon ABŞ dolları dəyərində sərmayə qoyulub.  Bu barədə məlumat Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında yer alıb.  Azərbaycan bununla ilin ikinci rübündə Gürcüstana sərmayə qoymuş ölkələr sırasında 7-ci yeri tutub.  Hesabatda Azərbaycanın qoyduğu sərmayələrin təyinatına dair məlumata rast gəlinməyib. Lakin ümumilikdə sərmayələrin əksəriyyəti maliyyə, sığorta və daşınmaz əmlak sahələrinə qoyulub.  Azərbaycan son illərdə müxtəlif ölkələrə sərmayə qoyub. Dövlət Neft Şirkəti (SOCAR) Avropa ölkələri də daxil olmaqla bir çox ölkələrdə dəyəri milyard dollarlarla ölçülən şirkətlər alır və ya yeni müəssisələr tikir. Azərbaycan prezidenti İlham Əliyev bu il keçirilən 31-ci Bakı Enerji Forumunda demişdi...
İqtisadiyyat

Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”

7 Sentyabr 2026

sosial media

"Sovetlər dağıldı, sovxoz və kolxozlar ləğv edildi, torpaq islahatı həyata keçirildi. Amma müstəqil Azərbaycanın kənd-inkişaf konsepsiyası işlənib hazırlanmadı."  Bu sözləri kənd təsərrüfatı eksperti Şahin Nəcəfov sosial media hesabında kənd təsərrüfatı təyinatlı torpaqların birləşdirilməsi haqda yeni qanun layihəsini şərh edərkən yazıb.  Ekspert xatırladıb ki, 1996-cı ildə aparılan torpaq islahatı çərçivəsində kənd əhalisinə xüsusi mülkiyyət kimi paylanan torpaqların ümumi sahəsi təxminən 1,3-1,4 milyon hektar təşkil edib.  "Özəl mülkiyyətdə olan bu pay torpaqları ölkənin ümumi aktiv əkinəyararlı torpaq fondunun təxminən 70–75%-ni təşkil edirdi. Amma bu torpaqların çox böyük əksəriyyətini kasıblaşdırılan kənd adamları çoxdan qəpik-quruşa satıblar. Bu gün ən yaxşı halda kəndlilərin əlində qalan...

Seçilmiş Videolar

Toplum TV loqo