Foto: açıq mənbə
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Orxan Baxış inzibati qaydada həbs olunub.
Partiyanın yaydığı xəbərə görə, fevralın 3-də fəala Xətai rayon Məhkəməsinin qərarı ilə 30 sutka həbs cəzası verilib.
Ona qarşı İnzibati Xətalar Məcəlləsinin 510 (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə ittiham irəli sürülüb.
O.Baxış 2018-ci ildə narkotik ittihamı ilə 6 il azadlıqdan məhrum edilmişdi. Sonradan Ali Məhkəmə onun cəzasını 3 ilə qədər azaltmışdı və fəal 2021-ci ilin martında prezidentin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılmışdı.
Son günlərdə bir çox AXCP üzvü inzibati qaydada həbs olunub.
Ümumilikdə isə AXCP-nin sədr Əli Kərimli də daxil olmaqla 20-yə yaxın üzvü uzunmüddətli həbsdədir.
Onlar ittihamları rədd edir və siyasi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını deyirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”