Foto: açıq mənbə
Həbsdə olan sülh fəalı və akademik tədqiqatçı Bəhruz Səmədovun nənəsi Zibeydə Osmanova nəvəsi ilə əlaqə saxlaya bilmədiyini deyir.
Fəalın saxlanıldığı qapalı rejimli Umbakı Penitensiar Kompleksindən Z.Osmanovaya nəvəsinin iki həftəlik karantinə alındığı deyilib. Bu müddət ərzində o, nəvəsi ilə telefon əlaqəsi saxlaya və görüşə bilməyəcək.
B.Səmədov fevralın 5-dən aclıq aksiyası keçirir. Onun tələbi Umbakı həbsxanasından Bakı şəhərindəki cəzaçəkmə müəssisələrindən birinə köçürülməsidir.
Ötən il dekabrın 1-də 11 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinin vəsatəti əsasında B.Səmədovun 1 illik Umbakı Penitensiar Kompleksinə köçürülməsinə qərar verilib.
Fevralın 5-də Bakı Apellyasiya Məhkəməsi fəalın bu qərardan verdiyi şikayəti təmin etməyib.
B.Səmədovun yeganə ailə üzvü, 82 yaşlı nənəsi Zibeydə Osmanova daha öncə bildirib ki, Umbakıya gedib-gəlmək onun yaşı və səhhəti üçün əlverişli deyil. O, həmçinin, nəvəsinin günahsız olduğunu və azadlığa çıxmalı olduğunu deyir.
Çexiyanın Karlov Universitetinin doktorantı olan Bəhruz Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2024-cü il avqustun 21-də həbs olunub.
O, 2025-ci il iyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Sülh fəalı dövlətə xəyanətdə ittiham olunur.
Cinayət işində iddia edilir ki, o, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib.
Bəhruz Səmədov məhkəmələrin birində bildirib ki, heç vaxt Dağlıq Qarabağın Ermənistan ərazisi olduğunu deməyib və daim sülhü müdafiə edib. O, dövlətlər arasında müharibəyə və bunun nəticəsində insanların həlak olmasına qarşı olduğunu vurğulayıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”