İyunun 29-u səhər baş verən güclü külək və leysan Zaqatalada ciddi fəsadlar törədib.
Belə ki, rayonun Yuxarı Çardaxlar və Muxax kəndləri ərazisində dağlardan axıb gələn sular nəticəsində vətəndaşların əkin yerlərinə, fındıq bağlarına və həyətyanı sahələrinə ziyan dəyib.
Güclü külək Muxax kəndində bir vətəndaşın yaşayış evinin dam örtüyünü, Yuxarı Çardaxlar kənd tam orta məktəbinin dam örtüyünün bir hissəsini aparıb. Rayonun Aşağı Tala, Dağlı, Muğanlı, Muxax, Əliabad qəsəbəsi və digər yaşayış məntəqələrində 300-dən çox ağac aşıb, içməli su təsərrüfatında problemlər yaranıb.
Zaqatala Rayon Fövqəladə Hallar Komissiyasından “AZƏRTAC”-ın bölgə müxbirinə bildirilib ki, baş vermiş təbii fəlakət nəticəsində elektrik təsərrüfatına və rabitə sisteminə də ziyan dəyib, 6 yaşayış məntəqəsində elektrik verilişində fasilə yaranıb.
Təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən zəruri işlərin davam etdirildiyi bildirilir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Metronun "28 May"-"Nizami" xətti bağlanır, sərnişinlər 3 dəfə xərcə düşəcək
Toplum TV
Toplum TV
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib