Multimedia

Zibillikdən pul qazanıb balalarımı saxlayıram, nazirlik hara baxır? - ETİRAZ 

20 İyul, 2022
2197

Ramazan Paşayev həyat yoldaşı və dörd uşağı ilə birlikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi önündə iyulun 19-u etiraz edib. 

Vətəndaş vəziyyətinin acınacaqlı olduğunu deyib, sosial yardım tələb edir. Dəfələrlə nazirliyin qəbulunda olduğunu söyləyən şikayətçi qurumun fəalliyyətindən narazıdır:  

“Balalarıma çörək istəyirəm. Dörd uşağımla qalmışam küçələrdə. Kirayə qaldığım evin yiyəsi pulu verə bilmədiyimə görə, məni ailəmlə qovub.  Sağlamlığımla əlaqədar heç yerdə işləyə bilmirəm. Özüm açıq ürək əməliyyatı keçirmişəm. Danışanda belə təngnəfəs oluram. Acından ölürük bu doğma vətənimizdə. İndi də gəlmişəm nazirliyə. Məni salıblar qəbula. Yenə mənə yalandan vəd verirlər, get, sabah sənin işini araşdıracağıq və işə düzəldəcəyik”,- deyə Ramazan Paşayev bildirib. 

Şikayətçinin həyat yoldaşı Röyalə Paşayevanın sözlərinə görə, zibil yeşiklərindən tapdığı qutuları satmaqla övladlarını dolandırır: 

“Dörd yaşında uşağımla evimizdən uzaq məsafələrə gedib, dəmir yığıram. Enerji qablarını, kalçuk qablarını satıb çörəkpulu edirəm. Ancaq övladlarımı yedizdirə bilirəm. Özüm də xəstə adamam. Təzəlikcə öd kisəmdən əməliyyat olunmuşam”,- deyə şikayətçi əlavə edib. 

Şikayətinə cavab verilməsini gözləyən Ramazan Paşayev hər gün nazirliyə gəlib haqqını tələb edəcəyini bildirib. 

Məsələ ilə bağlı “Toplum tv”  Əmək və əhalinin sosial müdafiəsi nazirliyinə müraciət edib. Nazirlikdən verilən məlumata görə, vətəndaş DOST Agentliyinə yönləndirilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Multimedia

 

Metronun "28 May"-"Nizami" xətti bağlanır, sərnişinlər 3 dəfə xərcə düşəcək

6 Avqust 2026

Toplum TV

Avqustun 15-dən Bakı Metropolitenində qatarların “28 May-Nizami” xətti üzrə fəaliyyəti dayanacaq. Rəsmi məlumata görə, buna səbəb metronun qırmızı və yaşıl xətlərinin ayrılması üçün tikintinin başlamasıdır. Tikintinin 11 ay davam edəcəyi gözlənilir.  Bu səbəblə "28 May" və "Nizami" də daxil olmaqla müxtəlif stansiyalar arasında 6 xətt üzrə ekspres avtobuslar fəaliyyətə başlayacaq. Lakin bu avtobuslarda gedişin pullu olacağı xəbəri ictimaiyyət tərəfindən tənqid olunub. Belə ki, bir xətt üzrə gediş haqqı 60 qəpik təşkil edəcək. Bu isə şəhərin bir tərəfindən digərinə getmək istəyənlərin 3 dəfə xərcə düşəcəyi deməkdir.
Multimedia

 

Kartdan-karta köçürmələrə limit: Xeyriyyə ianələri risk altındadır?

6 Avqust 2026

Toplum TV

Azərbaycanda xeyriyyə sahəsinə dövlət nəzarəti vaxtaşırı ictimai müzakirələrin predmetinə çevrilir. Bu yaxınlarda kartdan karta köçürmələrə limit tətbiq olunması da məsələni yenidən aktuallaşdırıb.

Seçilmiş Videolar

Toplum TV loqo