Region

Avropa İttifaqı Ermənistana ikinci mülki missiya göndərməyə razılaşıb

15 Aprel, 2026
258

Shutterstock

Avropa İttifaqı (Aİ) səfirləri aprelin 15-də Brüsseldə Ermənistana ikinci mülki missiya göndərmək barədə qərar verib. 

"Azadlıq Radiosu”-nun erməni xidmətinin məlumatına görə, qərarın gələn həftə Aİ ölkələri xarici işlər nazirlərinin iclasında təsdiqlənməsi gözlənilir. 

Xidmət Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallasın imzası olan təklif sənədinə istinad edərək bildirir ki, missiyanın Ermənistanın hibrid təhdidlərə qarşı dayanıqlığını gücləndirməsi, bunun üçün yerli nazirliklərə və təhlükəsizlik qurumlarına strateji və praktiki məsləhətlər təqdim etməsi nəzərdə tutulub. 

Bundan əvvəl isə missiyanın zəruriliyini əsaslandıran bir sənəddə Aİ-nin Xarici İşlər Nazirliyi bildirmişdi ki, iyun ayında Ermənistanda keçiriləcək parlament seçkiləri, eləcə də mümkün konstitusiya referendumu təkcə ölkə üçün deyil, həm də "daxili sabitlik və regional sülh üçün mühüm sınaq olacaq."

Yeni Aİ missiyasının Ermənistanda iki il müddətinə yerləşdirilməsi, 20-30 nəfərdən ibarət olması və “Avropa İttifaqı Tərəfdaşlıq Missiyası” adı altında fəaliyyət göstərməsi gözlənilir. Qeyd olunur ki, Brüssel bu istiqamətdə razılıq əldə etdiyi təqdirdə, missiya üçüncü ölkələr üçün də açıq olacaq.

Sənəddə bildirilir ki, Aİ-nin "qərarvermə müstəqilliyinə və onun vahid şəkildə icrasına xələl gətirmədən, üçüncü ölkələr göndərdikləri personalın xərclərini özləri qarşılamaları şərti ilə missiyada iştirak edə bilərlər."

2023-cü ilin dekabrında Aİ Ermənistan-Azərbaycan sərhədinə 209 nəfərlik müşahidə missiyası göndərmək barədə qərar verib. 

Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında Aİ missiyasını tənqid edib, onu iki ölkə arasında yenidən münaqişə yaratmağa cəhddə ittiham edib. 

Ötən ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistanın parafladığı sülh sazişinin mətnində iki ölkə sərhədinə üçüncü tərəflərin qüvvəsinin yerləşdirilməməsi nəzərdə tutulur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Region

Paşinyan Putindən Ermənistandan idxal qadağalarını götürməyi xahiş edib

28 İyul 2026

Russian Foreign Ministry

Ermənistan baş naziri Nikol Paşinyan iyulun 27-də Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. "Armenpress" agentliyinin baş nazir aparatına istinadən verdiyi məlumata görə, tərəflər Ermənistan-Rusiya münasibətlərinin gündəliyini, xüsusilə də ikitərəfli iqtisadi əlaqələrlə bağlı məsələləri müzakirə ediblər. Paşinyan Ermənistan mənşəli məhsulların Rusiya bazarına ixracına tətbiq olunan məhdudiyyətlərin Avrasiya İqtisadi İttifaqının (Aİİ) qaydalarına zidd olduğunu bildirib. O, rusiyalı həmkarından bu problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər görməsini xahiş edib. Kremlin rəsmi pres-relizində bu mövzuya yer verilməyib. Əvəzində telefon söhbətində Ermənistanın geosiyasi mövqeyi və Aİİ çərçivəsindəki öhdəliklərinin müzakirə olunduğu qeyd olunub.  Pres-relizə əsasən, Putin vurğulayıb ki, Ermənistan Avropa İttifaqına inteqrasiya yolunu seçmək, yoxsa...
Region

Ermənistan 40 min qarabağlıya vətəndaşlıq verib 

22 İyul 2026

Açıq mənbə

Ermənistan Qarabağdan köçən təxminən 40 min nəfərə vətəndaşlıq verib.  Bu barədə Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan “CivilNet”-ə müsahibəsində deyib. Onun sözlərinə görə, qarabağlı qaçqınların ümumi sayı 115 mindən çoxdur və onların təxminən yarısı vətəndaşlıq üçün müraciət edib. Müraciətlərə baxılmağa davam edilir.  “İki il yarımlıq müddəti nəzərə alsaq, hesab edirəm ki, bu, qaçqın əhalinin Ermənistan vətəndaşlığını almaqda və Ermənistanda tamhüquqlu, perspektivli gələcək qurmaqda maraqlı olduğunu göstərən mühüm göstəricidir”, - A.Sarkisyan deyib. Nazir xatırladıb ki, qaçqınların Ermənistana sosial-iqtisadi inteqrasiyası Ermənistan və Avropa İttifaqı arasında viza rejiminin liberallaşdırılması ilə bağlı görülən işlərin istiqamətlərindən biridir. “Düşünürəm ki, artıq görülmüş işlər avropalı tərəfdaşlar tərəfindən...

Seçilmiş Videolar

Toplum TV loqo