Region

Ermənistan və ABŞ "Tramp marşrutu" üzrə çərçivə sənədini paraflayıb 

27 May, 2026
80

Toplum TV

Ermənistan və ABŞ Azərbaycanı Naxçıvanla birləşdirəcək "Tramp marşrutu" (TRIPP) üzrə strateji əməkdaşlıq haqqında çərçivə sənədini paraflayıb. 

Sənədin mətnini Ermənistanda rəsmi səfərdə olan ABŞ dövlət katibi Marko Rubio və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan paraflayıb. 

Onlar, həmçinin, ölkələr arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Xartiyası, eləcə də əsas mineralların və nadir torpaq elementlərinin çıxarılması və emalı sahəsində təchizatın təmin olunmasına dair çərçivə memorandumu da imzalayıb. 

“Əməkdaşlığımız yalnız TRIPP ilə məhdudlaşmır. Biz müxtəlif istiqamətlərdə əməkdaşlığımızı inkişaf etdirməyə davam edirik. Həmçinin, Hərtərəfli Tərəfdaşlıq Xartiyası ikitərəfli münasibətlərimizin çərçivəsini müəyyən edən, həm ermənilərin, həm də amerikalıların faydalanacağı yeni bir yolu təsvir edir", - Rubio birgə brifinqdə deyib. 

Dövlət katibi Ermənistan baş naziri Nikol Paşinyana gələn ay baş tutacaq parlament seçkilərində dəstəyini də ifadə edib. 

“Baş nazir və komandası Ermənistan üçün daha parlaq və daha müstəqil gələcəyə yol açır. Biz bu vizyona dəstəyimizi ifadə etmək üçün burada olmaqdan məmnunuq. Bunun bir hissəsi olmaqdan qürur duyuruq və birlikdə daha çox iş görməyə hazırıq", - o bildirib. 

Ötən il avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin verdiyi birgə bəyannamədə qeyd olunan məsələlərdən biri də Azərbaycanı Naxçıvanla birləşdirəcək, “Tramp marşrutu” adlanan yoldur. 

Bəyannamənin 4-cü maddəsində deyilir ki, Ermənistan öz ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə ABŞ və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcək.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Region

Paşinyan Putindən Ermənistandan idxal qadağalarını götürməyi xahiş edib

28 İyul 2026

Russian Foreign Ministry

Ermənistan baş naziri Nikol Paşinyan iyulun 27-də Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. "Armenpress" agentliyinin baş nazir aparatına istinadən verdiyi məlumata görə, tərəflər Ermənistan-Rusiya münasibətlərinin gündəliyini, xüsusilə də ikitərəfli iqtisadi əlaqələrlə bağlı məsələləri müzakirə ediblər. Paşinyan Ermənistan mənşəli məhsulların Rusiya bazarına ixracına tətbiq olunan məhdudiyyətlərin Avrasiya İqtisadi İttifaqının (Aİİ) qaydalarına zidd olduğunu bildirib. O, rusiyalı həmkarından bu problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər görməsini xahiş edib. Kremlin rəsmi pres-relizində bu mövzuya yer verilməyib. Əvəzində telefon söhbətində Ermənistanın geosiyasi mövqeyi və Aİİ çərçivəsindəki öhdəliklərinin müzakirə olunduğu qeyd olunub.  Pres-relizə əsasən, Putin vurğulayıb ki, Ermənistan Avropa İttifaqına inteqrasiya yolunu seçmək, yoxsa...
Region

Ermənistan 40 min qarabağlıya vətəndaşlıq verib 

22 İyul 2026

Açıq mənbə

Ermənistan Qarabağdan köçən təxminən 40 min nəfərə vətəndaşlıq verib.  Bu barədə Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan “CivilNet”-ə müsahibəsində deyib. Onun sözlərinə görə, qarabağlı qaçqınların ümumi sayı 115 mindən çoxdur və onların təxminən yarısı vətəndaşlıq üçün müraciət edib. Müraciətlərə baxılmağa davam edilir.  “İki il yarımlıq müddəti nəzərə alsaq, hesab edirəm ki, bu, qaçqın əhalinin Ermənistan vətəndaşlığını almaqda və Ermənistanda tamhüquqlu, perspektivli gələcək qurmaqda maraqlı olduğunu göstərən mühüm göstəricidir”, - A.Sarkisyan deyib. Nazir xatırladıb ki, qaçqınların Ermənistana sosial-iqtisadi inteqrasiyası Ermənistan və Avropa İttifaqı arasında viza rejiminin liberallaşdırılması ilə bağlı görülən işlərin istiqamətlərindən biridir. “Düşünürəm ki, artıq görülmüş işlər avropalı tərəfdaşlar tərəfindən...

Seçilmiş Videolar

Toplum TV loqo