Açıq mənbə
Ermənistan baş naziri Nikol Paşinyan müxalifət lideri və milyarder iş adamı Samvel Karapetyanı məhkəməyə verdiyini deyib.
O, bunu mayın 14-də keçirdiyi mətbuat konfransında bildirib.
Buna səbəb Karapetyanın ötən həftə Paşinyanın Çindən bir ton halüsinogen göbələk gətirdiyini və çıxışlarından əvvəl onu qəbul etdiyini deməsi olub.
Paşinyan daha öncə sosial media hesabından etdiyi paylaşımda bu iddianı təkzib edib.
Baş nazir mətbuat konfransında digər müxalif lider, keçmiş prezident Robert Koçaryan barəsində də hüquqi tədbirlər görülməli olduğunu deyib. O, bunu 2008-ci ildə seçki nəticələrinə etiraz edən nümayişçilərin Koçaryanın rəhbərliyi altında öldürülməsi ilə əsaslandırıb.
"İnsanlar məndən cavab tələb edir və elə təsəvvür yaranır ki, mən pərdəarxasında Robert Koçaryan və Gagik Tsarukyana güzəştlər edirəm. Halbuki mən deyirəm ki, ədalət öz yerini tapmalıdır. Günahkar cəzalanmalıdır. Koçaryan həmin hadisələri təşkil edib və buna görə cavab verməlidir", - o əlavə edib.
2008-ci il fevralın 19-da Ermənistanda Serj Sarkisyanın prezident seçkilərinin qalibi elan olunmasına etiraz olaraq minlərlə insan küçələrə çıxıb. Etirazlar günlərlə davam etdikdən sonra martın 1-də polislə etirazçılar arasında toqquşma baş verib, nəticədə 2-si polis olmaqla 10 nəfər ölüb.
Avropa İnsan Hüquqları Məhkəməsi ötən ilin sentyabrında verdiyi qərarda həmin vaxt dövlətin insanların yaşamaq hüququnu pozduğunu tanıyıb.
Karapetyan və Koçaryan iyunun 7-də baş tutacaq parlament seçkilərində Paşinyana rəqib olacaqlar.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Russian Foreign Ministry
Açıq mənbə
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"
Bayırşəhərdə 133 yaşlı memarlıq abidəsi sökülür
Azər Qasımlının xanımı Samirə Qasımlı da təqsirləndirilən şəxs oldu