Region

Paşinyan: "Dövlətlə vətəndaş arasında gərginliyi azaltmaq üçün yeni konstitusiya lazımdır"

21 Aprel, 2026
178

Açıq mənbə

Ermənistan baş naziri Nikol Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu deyib. 

O, aprelin 21-də sosial media hesabındakı canlı yayımda etdiyi çıxışda bunu "dövlət və vətəndaş arasında gərginliyi azaltmaq məqsədi" ilə izah edib. 

Baş nazir konstitusiya dəyişikliyinin Azərbaycanın tələbi ilə həyata keçəcəyini təkzib edib, bunun Ermənistanın özünə lazım olduğunu bildirib. 

"Yeni konstitusiyanın qəbul olunması bizim üçün niyə vacibdir? Çünki ölkəmizdə dövlətlə vətəndaş arasında davam edən müəyyən gərginlik mövcuddur və bu gərginliyin səbəblərindən biri odur ki, Ermənistan Respublikası vətəndaşları arasında Ermənistanda qurulmuş hüquqi sistemin məhz onların özləri tərəfindən yaradıldığı barədə anlayış yoxdur. Nəinki belə bir anlayış yoxdur, eyni zamanda belə bir reallıq da yoxdur. Çünki Ermənistanda keçirilmiş bütün konstitusiya referendumlarının nəticələri hər zaman şübhə altına alınıb", - o qeyd edib. 

Baş nazir çıxışında əlavə edib ki, konstitusiyada Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır. 

Mövcud konstitusiyada istinad olunan bu bəyannamə 1990-cı ildə, Ermənistan Sovet Sosialist Respublikasının Ali Şurası və "Artsax Milli Şurası" adlı qurum tərəfindən qəbul olunub. Azərbaycan uzun müddətdir iddia edir ki, konstitusiyada bəyannaməyə istinad olması Azərbaycana qarşı ərazi iddiası deməkdir və buna görə də istinad konstitusiyadan çıxarılmalıdır. 

Paşinyan isə əvvəlki çıxışlarında konstitusiyada Azərbaycana qarşı ərazi iddiasının olduğunu təkzib etmişdi. 

"Əgər biz bu gün yeni konstitusiya qəbul etsək və bu konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinad yer alsa, bu o deməkdir ki, biz Qarabağ Hərəkatını davam etdiririk. Əgər Qarabağ Hərəkatını davam etdiririksə, bu o deməkdir ki, biz Azərbaycan ilə münaqişəni yenidən başladırıq. Əgər münaqişəni yenidən başladırıqsa, bu isə o deməkdir ki, sülh mümkün deyil. Əgər biz Müstəqillik Bəyannaməsinə istinad ediriksə, bu o deməkdir ki, biz “Qərbi Ermənistan” diskursunu qəbul edirik, dolayısı ilə “dənizdən dənizə Ermənistan” diskursunu da qəbul etmiş oluruq", - o, yeni çıxışında izah edib. 

Paşinyan ötən ilin noyabrında yeni konstitusiya üçün referendumun bu ilin iyunundakı parlament seçkilərindən sonra keçiriləcəyini demişdi. 

Ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin mətni paraflanıb. Sənəd iki ölkə arasında dövlətlərarası münasibətlərin qurulması və sülhün təmin olunmasını özündə əks etdirir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Region

Paşinyan Putindən Ermənistandan idxal qadağalarını götürməyi xahiş edib

28 İyul 2026

Russian Foreign Ministry

Ermənistan baş naziri Nikol Paşinyan iyulun 27-də Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. "Armenpress" agentliyinin baş nazir aparatına istinadən verdiyi məlumata görə, tərəflər Ermənistan-Rusiya münasibətlərinin gündəliyini, xüsusilə də ikitərəfli iqtisadi əlaqələrlə bağlı məsələləri müzakirə ediblər. Paşinyan Ermənistan mənşəli məhsulların Rusiya bazarına ixracına tətbiq olunan məhdudiyyətlərin Avrasiya İqtisadi İttifaqının (Aİİ) qaydalarına zidd olduğunu bildirib. O, rusiyalı həmkarından bu problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər görməsini xahiş edib. Kremlin rəsmi pres-relizində bu mövzuya yer verilməyib. Əvəzində telefon söhbətində Ermənistanın geosiyasi mövqeyi və Aİİ çərçivəsindəki öhdəliklərinin müzakirə olunduğu qeyd olunub.  Pres-relizə əsasən, Putin vurğulayıb ki, Ermənistan Avropa İttifaqına inteqrasiya yolunu seçmək, yoxsa...
Region

Ermənistan 40 min qarabağlıya vətəndaşlıq verib 

22 İyul 2026

Açıq mənbə

Ermənistan Qarabağdan köçən təxminən 40 min nəfərə vətəndaşlıq verib.  Bu barədə Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan “CivilNet”-ə müsahibəsində deyib. Onun sözlərinə görə, qarabağlı qaçqınların ümumi sayı 115 mindən çoxdur və onların təxminən yarısı vətəndaşlıq üçün müraciət edib. Müraciətlərə baxılmağa davam edilir.  “İki il yarımlıq müddəti nəzərə alsaq, hesab edirəm ki, bu, qaçqın əhalinin Ermənistan vətəndaşlığını almaqda və Ermənistanda tamhüquqlu, perspektivli gələcək qurmaqda maraqlı olduğunu göstərən mühüm göstəricidir”, - A.Sarkisyan deyib. Nazir xatırladıb ki, qaçqınların Ermənistana sosial-iqtisadi inteqrasiyası Ermənistan və Avropa İttifaqı arasında viza rejiminin liberallaşdırılması ilə bağlı görülən işlərin istiqamətlərindən biridir. “Düşünürəm ki, artıq görülmüş işlər avropalı tərəfdaşlar tərəfindən...

Seçilmiş Videolar

Toplum TV loqo