Region

Peskov: “Ermənistanın aldığı güzəştlər Rusiyanın hesabına olub”

27 May, 2026
86

Reuters

“Ermənilər özləri hansı birliyə - Avropa İttifaqına, yoxsa Avrasiya İqtisadi İttifaqına qoşulacaqlarına qərar verməlidirlər”.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Ermənistan qanunvericiliyi Yerevanı Avropa İttifaqına istiqamət götürməyə məcbur edir.

Kreml rəsmisi həmçinin vurğulayıb ki, qaz müqavilələrində güzəştlər həmişə kiminsə hesabına başa gəlir:

“Ermənistanın aldığı güzəştlər göydən düşmür. Bu, Rusiya Federasiyasının hesabınadır. Bu, Ermənistanın inkişafına verdiyimiz töhfədir, çünki erməni xalqı bizim qardaş xalqımızdır. Bu, qardaş ölkədir, qardaş olub və qalacaq, amma bu, bizim hesabımızadır”.

Peskov Ermənistanla qaz müqavilələrinin mümkün ləğvi ilə bağlı sualların “Qazprom”a ünvanlanmasını tövsiyə edib.

Rusiyanın “Kommersant” qəzeti yazır ki, Ermənistan hakimiyyəti Avropa İttifaqına üzvlük prosesini davam etdirəcəyi təqdirdə, Rusiya təbii qaz, neft məhsulları və almazların Ermənistana rüsumsuz tədarükü ilə bağlı sazişi dayandıra və ya birtərəfli qaydada ləğv edə bilər.

Nəşr bu barədə Rusiyanın energetika naziri Sergey Tsivilyovun Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinə göndərdiyi məktuba istinadən məlumat yayıb.

Qeyd olunur ki, 2013-cü ilin dekabrında imzalanmış saziş Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulması yolunda növbəti addım hesab olunurdu.

Məlumata görə, saziş tərəflərdən hər hansı birinin təşəbbüsü ilə dayandırılarsa, Ermənistan Rusiyaya kompensasiya ödəməli və ya ödənilməmiş məbləğləri tam bağlanana qədər Rusiya qarşısında dövlət borcu kimi tanımalıdır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Region

Paşinyan Putindən Ermənistandan idxal qadağalarını götürməyi xahiş edib

28 İyul 2026

Russian Foreign Ministry

Ermənistan baş naziri Nikol Paşinyan iyulun 27-də Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. "Armenpress" agentliyinin baş nazir aparatına istinadən verdiyi məlumata görə, tərəflər Ermənistan-Rusiya münasibətlərinin gündəliyini, xüsusilə də ikitərəfli iqtisadi əlaqələrlə bağlı məsələləri müzakirə ediblər. Paşinyan Ermənistan mənşəli məhsulların Rusiya bazarına ixracına tətbiq olunan məhdudiyyətlərin Avrasiya İqtisadi İttifaqının (Aİİ) qaydalarına zidd olduğunu bildirib. O, rusiyalı həmkarından bu problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər görməsini xahiş edib. Kremlin rəsmi pres-relizində bu mövzuya yer verilməyib. Əvəzində telefon söhbətində Ermənistanın geosiyasi mövqeyi və Aİİ çərçivəsindəki öhdəliklərinin müzakirə olunduğu qeyd olunub.  Pres-relizə əsasən, Putin vurğulayıb ki, Ermənistan Avropa İttifaqına inteqrasiya yolunu seçmək, yoxsa...
Region

Ermənistan 40 min qarabağlıya vətəndaşlıq verib 

22 İyul 2026

Açıq mənbə

Ermənistan Qarabağdan köçən təxminən 40 min nəfərə vətəndaşlıq verib.  Bu barədə Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan “CivilNet”-ə müsahibəsində deyib. Onun sözlərinə görə, qarabağlı qaçqınların ümumi sayı 115 mindən çoxdur və onların təxminən yarısı vətəndaşlıq üçün müraciət edib. Müraciətlərə baxılmağa davam edilir.  “İki il yarımlıq müddəti nəzərə alsaq, hesab edirəm ki, bu, qaçqın əhalinin Ermənistan vətəndaşlığını almaqda və Ermənistanda tamhüquqlu, perspektivli gələcək qurmaqda maraqlı olduğunu göstərən mühüm göstəricidir”, - A.Sarkisyan deyib. Nazir xatırladıb ki, qaçqınların Ermənistana sosial-iqtisadi inteqrasiyası Ermənistan və Avropa İttifaqı arasında viza rejiminin liberallaşdırılması ilə bağlı görülən işlərin istiqamətlərindən biridir. “Düşünürəm ki, artıq görülmüş işlər avropalı tərəfdaşlar tərəfindən...

Seçilmiş Videolar

Toplum TV loqo