Region

Tovuzda 43, Ağsuda isə 14 nəfərin rayon icra hakimiyyətində işdən çıxarıldığı deyilir

24 Fevral, 2026
203

Foto: açıq mənbə

Tovuz Rayon İcra Hakimiyyətində 43 nəfərin işdən çıxarıldığı deyilir 

Tovuz Rayon İcra Hakimiyyətinin 43 əməkdaşının vəzifələrindən azad edildiyi bildirilir. 

"Oxu. az"ın məlumatına görə, icra hakimiyyətində aparılan "struktur dəyişikliyi ilə əlaqədar" həmin şəxslərin dövlət qulluğuna xitam verilib.

İşlərini itirənlərin, əsasən, kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə çalışanlar olduğu bildirilir. 

Bir neçə gün öncə Ağsu Rayon İcra Hakimiyyətində də 14 əməkdaşın vəzifələrindən azad edildiyi xəbəri yayılmışdı. 

Azərbaycanda ötən ilin sonundan müxtəlif qurumlarda kütləvi ixtisarlar aparılır. Prezident İlham Əliyev də bu yaxınlarda 10 dövlət qurumunun ləğvi barədə fərmanlar imzaladı

İxtisarlar nəticəsində Bakı Metropoliteni, Bibiheybət Gəmi Təmiri Zavodu, TƏBİB kimi qurumlarda yüzlərlə insan iş yerini itirib. 

İxtisarlara məruz qalan şəxslər isə yeni iş yerlərinin təklif olunmadığını deyirlər. 

Deputat Fazil Mustafa da Milli Məclisin fevralın 2-də keçirilən plenar iclasında problemə toxunub. 

"Bu insanlara ya alternativ iş yerləri təklif olunmalı, ya da sosial müdafiə mexanizmləri işə salınmalıdır. Təəssüf ki, bəzi hallarda işdən azad edilən şəxslərə başqa qurumlara yönləndirmə ilə bağlı deyilənlər praktikada öz təsdiqini tapmır, insanlar müraciət etdikdə həmin iş yerlərinin mövcud olmadığı ilə üzləşirlər”, - o qeyd edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Region

Paşinyan Putindən Ermənistandan idxal qadağalarını götürməyi xahiş edib

28 İyul 2026

Russian Foreign Ministry

Ermənistan baş naziri Nikol Paşinyan iyulun 27-də Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. "Armenpress" agentliyinin baş nazir aparatına istinadən verdiyi məlumata görə, tərəflər Ermənistan-Rusiya münasibətlərinin gündəliyini, xüsusilə də ikitərəfli iqtisadi əlaqələrlə bağlı məsələləri müzakirə ediblər. Paşinyan Ermənistan mənşəli məhsulların Rusiya bazarına ixracına tətbiq olunan məhdudiyyətlərin Avrasiya İqtisadi İttifaqının (Aİİ) qaydalarına zidd olduğunu bildirib. O, rusiyalı həmkarından bu problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər görməsini xahiş edib. Kremlin rəsmi pres-relizində bu mövzuya yer verilməyib. Əvəzində telefon söhbətində Ermənistanın geosiyasi mövqeyi və Aİİ çərçivəsindəki öhdəliklərinin müzakirə olunduğu qeyd olunub.  Pres-relizə əsasən, Putin vurğulayıb ki, Ermənistan Avropa İttifaqına inteqrasiya yolunu seçmək, yoxsa...
Region

Ermənistan 40 min qarabağlıya vətəndaşlıq verib 

22 İyul 2026

Açıq mənbə

Ermənistan Qarabağdan köçən təxminən 40 min nəfərə vətəndaşlıq verib.  Bu barədə Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan “CivilNet”-ə müsahibəsində deyib. Onun sözlərinə görə, qarabağlı qaçqınların ümumi sayı 115 mindən çoxdur və onların təxminən yarısı vətəndaşlıq üçün müraciət edib. Müraciətlərə baxılmağa davam edilir.  “İki il yarımlıq müddəti nəzərə alsaq, hesab edirəm ki, bu, qaçqın əhalinin Ermənistan vətəndaşlığını almaqda və Ermənistanda tamhüquqlu, perspektivli gələcək qurmaqda maraqlı olduğunu göstərən mühüm göstəricidir”, - A.Sarkisyan deyib. Nazir xatırladıb ki, qaçqınların Ermənistana sosial-iqtisadi inteqrasiyası Ermənistan və Avropa İttifaqı arasında viza rejiminin liberallaşdırılması ilə bağlı görülən işlərin istiqamətlərindən biridir. “Düşünürəm ki, artıq görülmüş işlər avropalı tərəfdaşlar tərəfindən...

Seçilmiş Videolar

Toplum TV loqo