Siyasət

Aqil Abbas: “Bu mənə aid sual deyil”

29 Mart, 2021
3672

Lent.az

“Bu mənə aid sual deyil” – deputat Aqil Abbas şəxsi həyatın toxunulmazlığı qanununun pozulması faktına belə münasibət bildirib. 

Sosial şəbəkədə Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənliyə aid olduğu iddia edilən  intim görüntülər  yayılıb. Bu barədə martın 28-də C.Həsənli şəxsi “Feysbuk” hesabında paylaşım edib.
O bu görüntülərin yayılmasında Azərbaycan hakimiyyətini ittiham edib.

“Toplum TV” sosial mediada ciddi qınağa səbəb olmuş bu hadisəylə bağlı deputat Aqil Abbasın rəyini öyrənmək istəyib. Deputat suala bir cümləlik cavabla kifayətlənib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Gülmirə Aslanova: “Polad Aslanov həbsxana rəisi tərəfindən döyülüb”

30 Oktyabr 2026

sosial media

Həbsdə olan jurnalist Polad Aslanov 15 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi və müəssisə əməkdaşının ona qarşı fiziki zorakılıq tətbiq etdiyini iddia edib. Jurnalistin həyat yoldaşı Gülmirə Aslanova bu barədə oktyabrın 29-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi Sahib Rzayevin qəbulundan sonra məlumat verib. Gülmirə Aslanovanın sözlərinə görə, o, Polad Aslanovla görüşünə şərait yaradılmasını istəyib. Lakin Sahib Rzayev görüşə icazə verilməyəcəyini, yalnız jurnalistin zəng edə biləcəyini deyib. Telefon danışığı zamanı Polad Aslanov oktyabrın 12-də - aclıq aksiyasına başladığı gün 15 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Ramiq Nəsibovun otağında fiziki zorakılığa məruz qaldığını bildirib. Gülmirə Aslanovanın sözlərinə görə, jurnalist hadisəni belə təsvir edib: “Yeni təyin...
Siyasət

Hüquq müdafiəçisi: “Şahid qismində dindirilən polis Dəyanət Çələbini prokurorun ‘israrından’ sonra tanıdı”

29 Oktyabr 2026

sosial media

Həbsdə olan müəllim və hökumət tənqidçisi Dəyanət Çələbinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Oktyabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda polis əməkdaşı şahid qismində dindirilib. Hüquq müdafiəçisi Zəfər Əhmədovun “Toplum TV”yə verdiyi məlumata görə, polis əməkdaşı ifadəsində hadisə yerinə çatanda bir nəfərin yerdə uzandığını və yaxınlıqda bıçaq gördüyünü deyib. “Prokuror ondan məhkəmə zalında təqsirləndirilən şəxsi tanıyıb-tanımadığını soruşduqda, polis əməkdaşı “yox, burada yoxdur” cavabını verdi. Prokuror “yaxşı bax, necə yəni burada yoxdur?” dedi. Nəhayət, prokurorun işarəsindən sonra baxdı və Dəyanət Çələbini göstərdi. Polis əməkdaşı bildirdi ki, onu sadəcə “akvariumda” axtarırdı, sən demə, D.Çələbi vəkillərin...

Seçilmiş Videolar

Toplum TV loqo