Siyasət

AXCP və Musavat Ağdam səfərində iştirak etməyib

17 Mart, 2021
2348

Açıq mənbələrdən götürülüb

Azərbaycanda fəaliyət göstərən partiyaların sədrləri və fəalları işğaldan azad edilmiş Ağdam rayonunda vəziyyətlə tanış olurlar. 

"Turan"ın məlumatına görə, səfər martın 17-də səhər tezdən başlayb.

Heyətə Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev rəhbərlik edir.

"Ümid" partiyasının sədri İqbal Agazadənin telefonla verdiyi xəbərə görə o, digər siyasətçilərlə birlikdə hazırda Ağdamın Uzundərə bölgəsində ermənilərin törətdikləri vəhşilikləri müşahidə edir.

"Heç nə salamat qalmayıb, hər şeyi dağıdıblar", - deyə Ağazadə əlavə edib.

"Azərbaycan iqtidarının yaratdığı, 50 partiya və iqtidarın dialoqunda Müsavat Partiyası iştirakçı deyil, belə formatda təşkil olunan siyasi prosesdən qıraqdayıq. Bu, bizim öz qərarımızdır. Ağdam səfəri məhz bu siyasi oyunun tərkib hissəsidir, buna görə səfərdə iştirak etmirik. Biz Ağdama digər siyasətçilərlə birlikdə getmək təklifindən imtina etdik. Müsavatçıların özlərinin Azərbaycan torpaqlarının istənilən bölgəsinə getmək hüququ var və gedəcəklər", - deyə Müsavat Partiyasının başqanı Arif Hacılı məlumat verib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzinin sözlərinə görə, Xalq Cəbhəsi Partiyası Ağdam səfərinə dəvət  almayıb. Seymur Həzi hesab edir ki, işğaldan azad olunmuş əraziyə xarici siyasətçilər və jurnalistlər getməlidir. Yerli insanların oradakı vəziyyətdən onsuz da xəbəri var. 

"Prezident Administrasiyasının bu tədbiri daxili siyasi auditoriyaya yönəlib. Azərbaycan Xalq Cəbhəsi Partiyası olaraq dəvət almamışıq və buna görə səfərdə iştirakımızı müzakirə etməyin mənası yoxdur", - deyə Seymur Həzi bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Memar: "Tarixi irsin zədələnməsi prosesi Memarlar İttifaqının binasına da çatıb" 

28 Oktyabr 2026

sosial media

Azərbaycan Memarlar İttifaqının yerləşdiyi binanın fasadının zədələndiyi bildirilir.  Bu barədə oktyabrın 27-də memar və ictimai fəal Abdul Hüseynov sosial media hesabında məlumat verib.  "Bu il Azərbaycan Memarlar İttifaqı yaradılmasının 90 illiyini qeyd edir. Tarixi-memarlıq irsinin kütləvi şəkildə sökülməsi, eləcə də Bayırşəhər ərazisini əhatə edən fərdi memarlıq abidələrinin zədələnməsi prosesi Memarlar İttifaqının binasına da təsir edib. Memarlıq abidəsinin yaxınlığında hasar çərçivə və onun çəpəri quraşdırılıb, divarları bərkidilib", - o qeyd edib.  Paytaxtın Bayırşəhər kimi tanınan ərazisində Murtuza Muxtarov küçəsində yerləşən bina 1899-cu ildə inşa edilib və dövlət əhəmiyyətli memarlıq abidələrinin reyestrində yer alır.  Faktın ictimailəşməsindən sonra Memarlar İttifaqı sosial media hesabında...
Siyasət

AXCP üzvünə sosial media paylaşımına görə 10 sutka həbs verilib

28 Oktyabr 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Suraxanı rayon şöbəsinin üzvü Layiq Rəşidov 10 sutka müddətinə inzibati qaydada həbs olunub. AXCP Nərimanov rayon şöbəsinin sədr müavini Gülnarə Rəhimova bu barədə “Meydan TV”yə bildirib. Onun sözlərinə görə, kombi ustası kimi çalışan Layiq Rəşidov oktyabrın 26-da Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yerləşən evlərdən birinə təmir işləri görmək üçün gedib. “Rəşidov evdə işlədiyi vaxt qapı döyülüb. Qapını açan ev sahibinin qarşısına mülki geyimli dörd nəfər çıxıb. Onlar həyətdəki avtomobilin kimə məxsus olduğunu soruşublar. Ev sahibi maşının kombi ustasına aid olduğunu deyib”, - Rəhimova bildirib. Gülnarə Rəhimovanın bildirdiyinə görə, həmin şəxslər avtomobilə zərər dəydiyini və maşının sürtüldüyünü...

Seçilmiş Videolar

Toplum TV loqo