Siyasət

Azərbaycan, Türkiyə və Pakistanın birgə bəyannaməsi nələr vəd edir?

27 İyul, 2021
1937

Açıq mənbələrdən götürülüb


“Bəyannamədə böyük ehtimalla dostluq, qardaşlıq mesajları yer alacaq”.

Siyasi şərhçi Elman Fəttah “Toplum TV”-yə açıqlamasında belə deyib.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun və Pakistan İslam Respublikasının Milli Assambleyasının sədri Əsəd Qeysərin başçılıq etdikləri nümayəndə heyətləri iyulun 26-da Azərbaycana səfərə gəlib.

İyulun 27-də Türkiyə, Azərbaycan və Pakistan parlamentlərinin sədrlərinin iştirakı ilə Üçtərəfli Birinci toplantı başlayır.

Tədbirin yekununda “Bakı bəyannaməsi” imzalanacaq.

E.Fəttah deyir ki, bu bəyannamə deklarativ hadisədir: “Parlament sədrləri protokol üzrə görüşürlər və bir problem yoxdursa, yekunda ortaq bir bəyannamə yayımlayırlar. 

Pakistan, Türkiyə və Azərbaycan münasibətləri hər zaman yaxın və isti olub. Qarabağda hərbi əməliyyatları zamanı Türkiyə ilə yanaşı, Pakistanın da Azərbaycana siyasi dəstəyi göz önündə idi. Bu baxımdan dostluq-qardaşlıq mesajlarını əks etdirən bir bəyannamə mətni ortaya çıxa bilər”.

“Detallı sənədlər dövlət başçılarının və ya xüsusi hökumət nümayəndələrinin görüşləri zamanı ortaya çıxa bilər. Parlament sədrlərinin görüşündəki sənəd daha çox deklarativ mahiyyət daşıyır”,.- deyə ekspert bildirib.

Elman Fəttah - Sosial Media

Siyasi şərhçi hesab edir ki, bu bəyannamənin regional əhəmiyyəti var: “Azərbaycan-Türkiyə münasibətləri Qafqazdakı geopolitikiya ciddi təsir göstərir. Azərbaycan və Ermənistan arasındakı düşmənçilik, eləcə də Ermənistanın Türkiyəyə torpaq iddiaları kontekstində Qafqazın ən böyük ölkəsi Azərbaycanın regionun ən böyük dövlətlərindən biri olan Türkiyə ilə yaxın münasibətləri, əlbəttə ki, regional məsələlərə ciddi təsir edir. Üstəgəl nüvə dövləti olan Pakistanın bu ikili dostluğa əlavə töhfə verməsi beynəlxalq əlaqələlərdə də  Azərbaycanla Türkiyənin əlini gücləndirən instrumentdir”.

Parlamentlərarası münasibətlərin iqtisadi baxımdan əhəmiyyətini E.Fəttah belə şərh edib: “Azərbaycanın ixrac məhsulları, xüsusilə də nefti Pakistanı maraqlandırırsa, bu bizimçün iqtisadi baxımdan yaxşı töhfə ola bilər. Pakistanın irihəcmli silah istehsalı sənayesi var. Ola bilər ki, bu, silah ticarətində də öz əksini tapsın”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Amnesty International” Bəhruz Səmədovun azadlığa buraxılmasına çağırıb

30 Oktyabr 2026

sosial media

“Amnesty International” insan haqları təşkilatı Azərbaycanda həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işgəncə və digər pis rəftar riski ilə üzləşdiyini bildirərək onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb. Təşkilat oktyabrın 26-da yaydığı bəyanatda Səmədovun iki aydır Umbakı həbsxanasında təkadamlıq kamerada saxlanıldığını və zəruri tibbi yardımdan məhrum edildiyini qeyd edib. “Bəhruz Səmədovun həbsdə gördüyü rəftar mümkün işgəncə və digər pis rəftar halları ilə bağlı ciddi narahatlıq doğurur”, - bəyanatda deyilir. Təşkilatın məlumatına görə, Səmədovun görmə qabiliyyəti zəifləsə də, ona bir aydan artıq müddətdə təyin olunmuş dərmanlar verilməyib və oftalmoloji yardım göstərilməyib. Bəyanatda onun qaranlıq, dar kamerada, həbsxana həyətinə...
Siyasət

Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”

30 Oktyabr 2026

sosial media

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağaəli Yahyayevin ailəsi 8 gündür onunla telefon əlaqəsi saxlaya bilmədiyini bildirir. Bu barədə oktyabrın 30-da onun yaxınları sosial mediada məlumat yayıblar. Onların sözlərinə görə, Ağaəli Yəhyayev oktyabrın 22-də zəng edərək hicablı şagird və müəllimələrin məktəblərə buraxılmamasına etirazını ifadə edən müraciətini göndərib. Yaxınları həmin vaxtdan sonra onun telefonla əlaqə saxlamasına imkan verilmədiyini bildirirlər. Yəhyayev müraciətində hicabı “qırmızı xətt” adlandırıb: “Hicab bizim evimizin içinə girmək deməkdir. Bu gün bizim evimizin içinə girənlər sabah nələr etməzlər. Bu, artıq durulmalı və dayanılmalı olan bir nöqtədir. Öz haqqımızdan keçərik, amma hicabdan keçmərik”. O, həmçinin yaxın günlərdə “ciddi addım atılmasa”,...

Seçilmiş Videolar

Toplum TV loqo