Rəsmi səhifə
Şərq Tərəfdaşlığı Proqramına daxil olan ölkələr COVID-19-a qarşı vaksinasiya prosesini sürətləndirmək üçün Avropa Birliyindən vəsait alacaqlar.
Bu barədə avqustun 11-də təşkilatın rəsmi saytında məlumat verilib.
Məlumatda bildirilir ki, Avropa Komissiyası koronavirusla mübarizə məqsədilə Şərq Tərəfdaşlığına daxil olan altı ölkə üçün nəzərdə tutulan yardımı 40 milyon avrodan 75 milyon avroya qaldırıb. Yardımı Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna alacaq.
“AB vaksinasiya prosesinin sürətləndirilməsi üçün şərq qonşularımızı dəstəkləmək niyyətində qətiyyətlidir, çünki bu, pandemiyanın bitməsi və regionun sosial-iqtisadi bərpası üçün həlledici əhəmiyyətə malikdir”, - deyə təşkilatın qonşuluq və genişlənmə üzrə Komissarı Oliver Varheli söyləyib.
40 milyon avro məbləğində yardım altı ölkənin təhlükəsiz və effektiv vaksinasiya hazırlığının artırılması məqsədilə fevral ayında ayrılmışdı. İndi həmin yardım paketinə daha 35 milyon avro əlavə olunub.
AB-nin sözgedən dəstək paketinə vaksinasiyaya cəlb olunan səhiyyə işçilərinə və tibb personalına təlimlərin keçirilməsi, vaksin təchizatı, maddi-texniki dəstək, təhlükəsizlik monitorinqi, ictimaiyyətlə əlaqələrin yaxşılaşdırılması, COVİD-pasportlarının hazırlanmasında dəstək və s. aiddir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Azərbaycanda siyasi məhbus sayılan şəxslərin beynəlxalq “advokasi” fəaliyyəti ilə bağlı müraciəti
jam-news
Məmməd Alpay: “Hökumət legitim vətəndaş cəmiyyəti fəaliyyətini cinayət kimi qələmə verir”
sosial media
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”