Sosial Media
Martın 15-də bir qrup Azərbaycanlı mühacir Berlin şəhərində, Almaniya Xarici İşlər Nazirliynin binası önündə Avropada yaşayan mühacirlərin fiziki təzyiqlərə məruz qalmasına, təqib edilməsinə etiraz məqsədilə və Azərbaycanda siyasi məhbus kimi tanınan şəxlərə azadlıq tələbi ilə aksiya keçirib.
"Turan"ın məlumatında deyilir.
Məlumata görə, etirazçılar daha sonra eyni tələblə Azərbaycanın Berlindəki səfirliyinin binası önündə aksiya keçirib.
Bildirilib ki, çıxışlarda Azərbaycan hökumətinin siyasi fəallara və Avropadakı mühacirlərə qarşı təzyiqləri pislənilib, Almaniya hökumətindən, Avropa İtiifaqına üzv dövlətlərdən Azərbaycanla münasibətdə ölkədəki siyasi məhbusların azadlığının diqqət mərkəzində saxlanılması xahiş edilib.
Aksiya Fransada Azərbaycandan olan siyasi mühacir Məhəmməd Mirzəlinin bıçaqlanmasından bir gün sonraya təsadüf edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”