Siyasət

Cəmil Həsənli: "Qızıma qarşı törədilən video cinayətkarlıq DTX tərəfindən həyata keçirilib"

31 Mart, 2021
3391

Açıq mənbələrdən götürülüb

“Nə mənim, nə də rəhbərlik etdiyim Milli Şuranın istinad edilən dialoq kursuna heç bir aidiyyətimiz yoxdur. Qəti və birmənalı şəkildə bəyan edirəm ki, mənim qızıma qarşı törədilən video cinayətkarlıq bilavasitə prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın birgə göstərişi üzrə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilib”. 

Bu barədə Milli Şuranın sədri Cəmil Həsənli “Feysbuk” hesabında paylaşım edib.

Martın 29-da bir sıra siyasi partiya liderləri, ictimai xadimlər Prezident Administrasiyasına və digər müvafiq dövlət qurumlarına professor Cəmil Həsənliyə və onun ailə üzvünə qarşı törədilən kibercinayətkarlığa aydınlıq gətirilməsi, təşkilatçı və icraçılarının ən tez zamanda tapılıb cəzalandırılması məzmununda müraciət ünvanlayıblar.

Prezident Administrasiyasından müraciətə cavab olaraq bildirilib ki, bu cinayətdə hər hansı dövlət orqanının iştirakından qəti şəkildə söz gedə bilməz, əksinə, bu hadisə dövlətə və iqtidara qarşı, xüsusən müxalifət-iqtidar münasibətlərinin normallaşdırılması və tam əhatəli siyasi dialoq kursunun aparılmasına qarşı genişmiqyaslı təxribatdır: "Bu təxribatın üstünün açılması üçün ən yüksək səviyyədə tapşırıq verilmişdir və ən tez bir zamanda təqsirkarlar aşkarlanıb bu barədə ictimaiyyətə məlumat veriləcəkdir". 

Cəmil Həsənlinin fikrincə, bu açıqlamada törədilmiş cinayət əməlində hansısa dövlət orqanının iştirakını inkar etmək, bunun guya dövlətə və iqtidara qarşı, xüsusən son vaxtlar genişlənən "müxalifət-iqtidar dialoquna qarşı təxribat hesab etmək kimi cəhdlər vardır". 

“Prezident Administrasiyası bununla hakimiyyət orqanlarının ən yüksək səviyyədə hazırlayıb həyata keçirdiyi cinayət hadisəsini fərdiləşdirərək şəxsi müstəviyə yönəltməyə çalışıb”,- deyə C.Həsənli qeyd edib.

Onun sözlərinə görə, təxribatın üstünün açılması üçün ən yüksək səviyyədə tapşırıq verildiyi barədə məlumatlar yalnız iz azdırmaq, məsuliyyəti hakim ailənin, DTX-nın və digər dövlət orqanlarının üzərindən uzaqlaşdırmaq, ona məişət zəminində törədilmiş xırda “cinayət” əməli xarakteri vermək məqsədi daşıyır.

Milli Şursa sədri baş verənlərin onun siyasi fəaliyyəti ilə bağlı olması qənaətindədir:

“Bu, hakim ailə tərəfindən həyata keçirilən qisas xarakterli siyasi şantaj və təqib əməlidir. İstisna olunmur ki,  əməliyyatın icraçısı olan şəxs məsuliyyəti öz üzərinə götürsün və bunun hakimiyyətə aidiyyəti olmaması kimi bir şeylər desin. Onun DTX-nın həyata keçirdiyi əməliyyatın icraçı kimi iştirakının hüququ məsuliyyəti vardır. Lakin əməliyyatın təlimatçısı bilavasitə İlham Əliyev və Mehriban Əliyeva, təşkilatçısı şəxsən Əli Nağıyev başda olmaqla DTX orqanları, icraçısı isə təhlükəsizlik orqanları şəbəkəsidir. Video görüntülər bilavasitə DTX-nın “media” şəbəkəsi vasitəsi ilə yayılıb, bu şəbəkəyə bağlı troll sürüsü tərəfindən körüklənib. Mənim qızımla bağlı baş verən video cinayətkarlıq əməli bu ilin mart ayı ərzində şəxsi həyata müdaxilə ilə bağlı hakimiyyət orqanlarının üçüncü əməliyyatıdır və hər üç hadisə bilavasitə DTX tərəfindən həyata keçirilib”. 

Cəmil Həsənli ailə üzvlərinin əvvəllər də oxşar hallarla qarşılaşdığını deyib:

“Qızım Günel Həsənlinin telefonu, hərəkət traektoriyası, mənim ailəmin yaşadığı mənzil izlənilib, əməliyyat zamanı kirayə maşınlardan, qabaqcadan hazırlanmış və texniki cəhətdən təchiz edilmiş kirayə mənzildən və psixotrop dərman peraparatlarından istifadə edilib”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Amnesty International” Bəhruz Səmədovun azadlığa buraxılmasına çağırıb

30 Oktyabr 2026

sosial media

“Amnesty International” insan haqları təşkilatı Azərbaycanda həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işgəncə və digər pis rəftar riski ilə üzləşdiyini bildirərək onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb. Təşkilat oktyabrın 26-da yaydığı bəyanatda Səmədovun iki aydır Umbakı həbsxanasında təkadamlıq kamerada saxlanıldığını və zəruri tibbi yardımdan məhrum edildiyini qeyd edib. “Bəhruz Səmədovun həbsdə gördüyü rəftar mümkün işgəncə və digər pis rəftar halları ilə bağlı ciddi narahatlıq doğurur”, - bəyanatda deyilir. Təşkilatın məlumatına görə, Səmədovun görmə qabiliyyəti zəifləsə də, ona bir aydan artıq müddətdə təyin olunmuş dərmanlar verilməyib və oftalmoloji yardım göstərilməyib. Bəyanatda onun qaranlıq, dar kamerada, həbsxana həyətinə...
Siyasət

Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”

30 Oktyabr 2026

sosial media

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağaəli Yahyayevin ailəsi 8 gündür onunla telefon əlaqəsi saxlaya bilmədiyini bildirir. Bu barədə oktyabrın 30-da onun yaxınları sosial mediada məlumat yayıblar. Onların sözlərinə görə, Ağaəli Yəhyayev oktyabrın 22-də zəng edərək hicablı şagird və müəllimələrin məktəblərə buraxılmamasına etirazını ifadə edən müraciətini göndərib. Yaxınları həmin vaxtdan sonra onun telefonla əlaqə saxlamasına imkan verilmədiyini bildirirlər. Yəhyayev müraciətində hicabı “qırmızı xətt” adlandırıb: “Hicab bizim evimizin içinə girmək deməkdir. Bu gün bizim evimizin içinə girənlər sabah nələr etməzlər. Bu, artıq durulmalı və dayanılmalı olan bir nöqtədir. Öz haqqımızdan keçərik, amma hicabdan keçmərik”. O, həmçinin yaxın günlərdə “ciddi addım atılmasa”,...

Seçilmiş Videolar

Toplum TV loqo