Siyasət

Ələsgər Məmmədli: “Görüntüləri kimin yaydığı araşdırılmasa, bütün məsuliyyət hökumətin üzərində qalacaq”

29 Mart, 2021
1823

Açıq mənbələrdən götürülüb

“Görüntülər siyasi məqsədlə yayılıbsa, hüquq-mühafizə orqanları, xüsusilə də siyasi hakimiyyət ciddi tədbir görüb bunu ortaya çıxarmalıdır. Əks halda bütün məsuliyyət hökumətin üzərində qalacaq”.

Bunu “Toplum TV”-yə hüquqşünas Ələsgər Məmmədli deyib.

Sosial şəbəkədə Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənliyə aid olduğu iddia edilən  intim görüntülər  yayılıb. Bu barədə martın 28-də C.Həsənli şəxsi “Feysbuk” hesabında paylaşım edib.
O bu görüntülərin yayılmasında Azərbaycan hakimiyyətini ittiham edib.

Ə.Məmmədli şəxsi həyatın toxunulmazlığını hüquqi baxımdan şərh edib: “Konstitusiyanın 32-ci maddəsində şəxsi həyatın qorunması ilə bağlı konkret olaraq dövlətin öhdəlikləri sadalanıb və hər bir insanın şəxsi həyatının təminat altında olduğu vurğulanıb. Yəni bu, dövlətin öhdəliyidir ki, insanların şəxsi həyatına hər hansı müdaxiləyə icazə verməsin və belə bir hadisə baş verdiyi halda buna uyğun tədbir görülsün. 

Bundan başqa, Cinayət Məcəlləsinin 156-cı maddəsinə görə, şəxsi həyata müdaxilə, şəxsi həyata dair görüntülərin çəkilməsi, əldə olunması və yayılması və sairə çox açıq şəkildə cinayət məsuliyyəti yaradır. Əgər bu, hansısa vəzifəli şəxslərin qulluq mövqeyindən istifadə etməsi nəticəsində baş verərsə, o zaman bu məsuliyyətin dərəcəsi artır və 2 ilədək azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırıla bilir. Bunlar məsələnin hüquqi tərəfidir. Əxlaqi və mənəvi qisminə gəldikdə isə, Cəmil Həsənli siyasətlə məşğuldur, onu bu yolla siyasətdən çəkindirmək çox yanlış metoddur və tərs nəticə verir. Bütün cəmiyyət bu tip davranışları qınayır və buna nifrət edir. Əgər görüntülər siyasi məqsədlə yayılıbsa, hüquq-mühafizə orqanları, xüsusilə də siyasi hakimiyyət ciddi tədbir görüb bunu ortaya çıxarmalıdır. Əks halda bütün məsuliyyət hökumətin üzərində qalacaq”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Avstraliya İlham Rəhimova sanksiya tətbiq edib 

3 Sentyabr 2025

Foto: açıq mənbə

Avstraliya hökuməti Rusiya hakimiyyəti ilə yaxınlığı olan şəxslərə maliyyə sanksiyası və səyahət qadağası tətbiq edib.  14 nəfərin yer aldığı siyahıda azərbaycanlı biznesmen İlham Rəhimov da var.  Avstraliya hökuməti şəxslərin sanksiyaya məruz qalmasına səbəb kimi onların Rusiyaya "iqtisadi və ya strateji əhəmiyyəti olan bir fəaliyyətlə məşğul olmaları və ya funksiya yerinə yetirmələrini" əsas gətirib.  Siyahıda, həmçinin, "Ural Dağ-Metallurgiya" şirkətinin həmtəsisçisi Andrey Koziçin, Moskva merinin müavini Maksim Liksutov, Tatarıstanın keçmiş prezidentinin oğlu Radik Şaymiyev, media meneceri Kristina Potupçik var.  Rusiya prezidenti Vladimir Putinin dostu olaraq tanınan Rəhimov 1999-cu ildən Rusiyada daşınmaz əmlak biznesi ilə məşğuldur.  Rəhimov 2005-ci ildə Putin tərəfindən "Azərbaycan və...
Siyasət

Çin "tarixinin ən böyük" hərbi paradını keçirib 

3 Sentyabr 2025

Foto: Reuters

Çin İkinci Dünya Müharibəsində Yaponiya üzərində qələbənin 80 illiyini "tarixində ən böyük" adlandırdığı hərbi paradla qeyd edib.  Pekinin Tiananmen meydanında baş tutan paradı Rusiya prezidenti Vladimir Putin, Şimali Koreya lideri Kim Çen İn, Azərbaycan prezidenti İlham Əliyev də daxil olmaqla 20-dən çox ölkə başçısı izləyib.  Paraddan öncə çıxış edən Çin lideri Sin Cinpin ölkəsinin "yüksəlişinin qarşısıalınmaz" olduğunu və "tarixin düzgün tərəfində" olduqlarını deyib. Saat yarım davam edən paradda bir çoxu ilk dəfə açıq nümayiş etdirilən raketlər, qırıcı təyyarələr və digər hərbi texnikalar  göstərilib.  Tədbirdə Çin əsgərləri ritmlə addımlayaraq yürüş edib. Ardınca Cinpin meydan boyunca qara limuzində qoşunların qarşısından keçib. O,...

Seçilmiş Videolar

Toplum TV loqo