Sosial

Günel Həsənlinin şəxsi həyatına müdaxiləylə bağlı cinayət işi açılıb

29 Aprel, 2021
4149

Açıq mənbələrdən götürülüb

Milli Şuranın sədri, professor Cəmil Həsənlinin qızı Günel Həsənlinin şəxsi həyatına müdaxilə ilə bağlı cinayət işi başlanıb. Bu barədə “Azadlıq” radiosuna hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib. O bildirib ki, cinayət işi fakt üzrə başlanıb, konkret kiməsə qarşı ittiham irəli sürülməyib.

CM-in 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddəsi ilə başlanmış cinayət işinin istintaqının Bakı şəhər Baş Polis İdarəsində aparıldığı bildirilir: "Artıq tərəflərin hər ikisinin iştirakı ilə bir sıra istintaq hərəkətləri həyata keçirilib, üzləşmə olub. İstintaq davam edir".

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov  cinayət işi başlandığını təsdiqləyib: "Cinayət Məcəlləsinin 242-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. İstintaq başa çatandan sonra nəticələr haqda məlumat veriləcək".

Vəkil Zibeydə Sadıqova istintaq sirri olduğunu əsas gətirərək bu barədə danışmaq istəməyib.

Günel Həsənli onun iştirakı ilə müəyyən istintaq hərəkətləri aparıldığını təsdiqləsə də, detalları açıqlamayıb.

Martın 28-də sosial şəbəkələrdə Günel Həsənlinin şəxsi həyatına aid videolar yayılıb. Milli Şuranın sədri Cəmil Həsənli baş verənləri ölkə rəhbərliyinin sifarişi ilə xüsusi xidmət orqanlarının həyata keçirdiyi təxribat kimi qiymətləndirib.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Bu il Azərbaycanda azı 44 hərbçi qeyri-döyüş şəraitində vəfat edib

5 Oktyabr 2026

Şəmkir İH

2026-cı ilin əvvəlindən oktyabrın 4-dək Azərbaycanda azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) son hesabatında deyilir. Məlumata görə, hərbi qulluqçulardan 13-ü müxtəlif xəstəliklərdən, 9-u avtomobil qəzasından, 7-si bədbəxt hadisədən, 5-i intihardan, 1-i isə ehtiyatsızlıqdan ölüb. Hesabatda 9 nəfərin ölüm səbəbinin açıqlanmadığı bildirilir. Bədbəxt hadisələr suda və dəm qazından boğulma, dağda sürüşmə, hündürlükdən yıxılma və paraşütün açılmaması ilə əlaqələndirilir. Monitorinqə əsasən, ölüm hallarının ən çox qeydə alındığı ay iyul olub. Həmin ay 11 hərbçi ölüb. Ölənlərin 30-u Müdafiə Nazirliyinin, 10-u Dövlət Sərhəd Xidmətinin, digər 4-ü isə Daxili Qoşunlar, Prezident Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar...
Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...

Seçilmiş Videolar

Toplum TV loqo