Siyasət

Ərdoğan: "Zəngəzur dəhlizi bütün bölgə üçün vacib fürsət olacaq"

30 Sentyabr, 2021
3440

AA

Türkiyə Prezidenti Ermənistanın öhdəliklərindən danışıb

"Haber Global"-ın sentyabrın 30-da verdiyi məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Soçi şəhərindən ölkəsinə qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. 

"Zəngəzur dəhlizi bütün bölgə üçün vacib fürsət olacaq. Burada reallaşdırılacaq şosse və dəmiryolu xətləri bölgədəki bütün ölkələr üçün ticari və iqtisadi fürsətlər yaradacaq. Azərbaycan bu dəhliz üçün genişmiqyaslı işlər görür. Təbii ki, Ermənistan tərəfi də öhdəliklərini yerinə yetirməlidir", - deyə Ərdoğan vurğulayıb. 

Türkiyə Prezidenti Soçi şəhərinə səfəri çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə Qarabağ məsələsini ətraflı müzakirə etdiyini bildirib. Jurnalistin "3+3 platforması müzakirə olundumu"  - sualına cavabında o bildirib ki, "Buna onsuz da Putin həmişə hazırdır".

Bundan əvvəl Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın bildirmişdi ki, Ərdoğan işğaldan azad olunan Füzuli şəhərində açılan aerportun açılışında iştirak etmək üçün Azərbaycana səfər edəcək. Füzuli aeroportunun rəsmi açılışının qışa qədər ediləcəyi gözlənilir. 
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Azərbaycanda siyasi məhbus sayılan şəxslərin beynəlxalq “advokasi” fəaliyyəti ilə bağlı müraciəti

2 Oktyabr 2026

jam-news

Azərbaycanda həbsdə olan bir qrup siyasi məhbus hesab edilən şəxs beynəlxalq hüquq müdafiəsi fəaliyyətinin (“advokasi”) daha koordinasiyalı, açıq və bütün siyasi motivli təqib halları üzrə aparılması çağırışı ilə müraciət yayıb. Müraciət müəllifləri Azərbaycanın demokratikləşməsi, insan hüquq və azadlıqlarının təmin olunması üçün demokratik ölkələrin və beynəlxalq institutların fəal dəstəyinin zəruri olduğunu bildirirlər. Bakı Araşdırmalar İnstitutunun dərc etdiyi müraciəti olduğu kimi təqdim edirik. Demokratik dünyanın inkişaf təcrübəsi göstərir ki, keçilən uğurlu yoldan faydalanmaq problemlərin həllində mühüm töhfə verir. Bu yanaşmanı, həmçinin Azərbaycanın götürdüyü beynəlxalq öhdəlikləri əsas tutaraq, ölkəmizin demokratikləşməsi, insan hüquq və azadlıqlarının təmininin gerçəkləşməsində demokratik dünyanın da aktiv iştirakı və dəstəyi zəruridir. Buna nail olmaq əsasən...
Siyasət

Məmməd Alpay: “Hökumət legitim vətəndaş cəmiyyəti fəaliyyətini cinayət kimi qələmə verir”

1 Oktyabr 2026

sosial media

“QHT işi” üzrə cinayət işi çərçivəsində həbsdə olan hüquq müdafiəçisi, “Seçki Müşahidə” Alyansının direktoru Məmməd Alpay “Abzas Media”ya müsahibə verib. O, müsahibəsində Bakı İstintaq Təcridxanasındakı saxlanma şəraitindən, tibbi xidmətə çıxış və məhbusların daşınması ilə bağlı problemlərdən, eləcə də ailəsi ilə açıq görüşlərə qoyulan məhdudiyyətlərdən danışıb. Müsahibəni olduğu kimi təqdim edirik. Bakı İstintaq Təcridxanasındakı saxlanma şəraitiniz necədir? Həbs olunduğunuz gündən bu yana qarşılaşdığınız ən böyük çətinliklər nələrdir? Bakı İstintaq Təcridxanası 2009-cu ildə, səhv xatırlamıramsa, 95 milyon dollar (o dövrün məzənnəsi ilə 75 milyon manat) büdcə ilə tikilib. İstər texniki struktur, istərsə də keyfiyyət baxımından standartlara uyğun gəlmir. Ən böyük çətinliklərdən biri...

Seçilmiş Videolar

Toplum TV loqo