Siyasət

Erməni milyarder Qarabağ ermənilərinin başına gətirilir

20 Oktyabr, 2022
2230

Açıq mənbələrdən götürülüb

Ruben Vardanyan noyabrda Qarabağdakı seperatçı quruluşun "dövlət naziri" vəzifəsində fəaliyyətə başlayacaq.

Bu barədə o, oktyabrın 20-də sosial media hesabında məlumat verib. 

Vardanyan bildirib ki, Ermənistan və "Artsax" ətrafında cərəyan edən siyasi hadisələr, erməni dünyasının taleyinin asılı olduğu Qarabağ probleminin həlli ətrafında vəziyyətin gərginləşməsi onu həddindən artıq narahat edir. 

https://toplum.tv/siyaset/ermenistan-hokumeti-separatci-rejime-290-milyon-yardim-gosterecek

“Mən başa düşürəm ki, artıq uzun-uzadı düşünməyə vaxtım yoxdur və bu vəziyyətdə Qarabağ xalqının yanında "Dağlıq Qarabağ Respublikası"nın gələcəyi üçün məsuliyyəti öz üzərimə götürməkdən başqa yolum yoxdur.

Ay yarım ərzində Qarabağın siyasi və ictimai xadimləri, müxtəlif rayonların və müxtəlif sosial qrupların nümayəndələri ilə görüşlər və ünsiyyət məni əmin etdi ki, insanlar mənim Qarabağın dövlət naziri vəzifəsinə namizədliyimi dəstəkləyir və məni məsuliyyətli rəhbər kimi görmək istəyirlər", - Vardanyan "Feysbuk"da yazıb. 

O bildirib ki, noyabrın əvvəlində rəsmi olaraq Qarabağın "dövlət naziri" vəzifəsinin icrasına başlayacaq.  

1968-ci il təvəllüdlü erməni milyarder Ruben Vardanyan Yerevanda anadan olsa da, sərvətini Rusiyada qazanıb. "Forbes" jurnalı onun varidatının təxminən 1 milyard dollar həcmində qiymətləndirir. Vardanyan 2021-ci ildə Ermənistan vətəndaşlığı alıb. O, qərarını II Qarabağ müharibəsindən sonra erməni xalqına dəstək olmaq istəməsiylə əlaqələndirib. Milyarder əvvəlcə hansısa dövlət vəzifəsini tutacağını rədd eləsə də, sonradan Qarabağdakı erməni seperatçılarının rəhbəri Araik Harutunyanın dövlət naziri vəzifəsini tutmaq təklifini qəbul edib. Bəzi ekspertlər Vardanyanın məhz Rusiyanın himayəsi altında Qarabağda yüksək vəzifəyə gətirildiyini iddia edirlər.  
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Azərbaycanda siyasi məhbus sayılan şəxslərin beynəlxalq “advokasi” fəaliyyəti ilə bağlı müraciəti

2 Oktyabr 2026

jam-news

Azərbaycanda həbsdə olan bir qrup siyasi məhbus hesab edilən şəxs beynəlxalq hüquq müdafiəsi fəaliyyətinin (“advokasi”) daha koordinasiyalı, açıq və bütün siyasi motivli təqib halları üzrə aparılması çağırışı ilə müraciət yayıb. Müraciət müəllifləri Azərbaycanın demokratikləşməsi, insan hüquq və azadlıqlarının təmin olunması üçün demokratik ölkələrin və beynəlxalq institutların fəal dəstəyinin zəruri olduğunu bildirirlər. Bakı Araşdırmalar İnstitutunun dərc etdiyi müraciəti olduğu kimi təqdim edirik. Demokratik dünyanın inkişaf təcrübəsi göstərir ki, keçilən uğurlu yoldan faydalanmaq problemlərin həllində mühüm töhfə verir. Bu yanaşmanı, həmçinin Azərbaycanın götürdüyü beynəlxalq öhdəlikləri əsas tutaraq, ölkəmizin demokratikləşməsi, insan hüquq və azadlıqlarının təmininin gerçəkləşməsində demokratik dünyanın da aktiv iştirakı və dəstəyi zəruridir. Buna nail olmaq əsasən...
Siyasət

Məmməd Alpay: “Hökumət legitim vətəndaş cəmiyyəti fəaliyyətini cinayət kimi qələmə verir”

1 Oktyabr 2026

sosial media

“QHT işi” üzrə cinayət işi çərçivəsində həbsdə olan hüquq müdafiəçisi, “Seçki Müşahidə” Alyansının direktoru Məmməd Alpay “Abzas Media”ya müsahibə verib. O, müsahibəsində Bakı İstintaq Təcridxanasındakı saxlanma şəraitindən, tibbi xidmətə çıxış və məhbusların daşınması ilə bağlı problemlərdən, eləcə də ailəsi ilə açıq görüşlərə qoyulan məhdudiyyətlərdən danışıb. Müsahibəni olduğu kimi təqdim edirik. Bakı İstintaq Təcridxanasındakı saxlanma şəraitiniz necədir? Həbs olunduğunuz gündən bu yana qarşılaşdığınız ən böyük çətinliklər nələrdir? Bakı İstintaq Təcridxanası 2009-cu ildə, səhv xatırlamıramsa, 95 milyon dollar (o dövrün məzənnəsi ilə 75 milyon manat) büdcə ilə tikilib. İstər texniki struktur, istərsə də keyfiyyət baxımından standartlara uyğun gəlmir. Ən böyük çətinliklərdən biri...

Seçilmiş Videolar

Toplum TV loqo