Siyasət

Laçın dəhlizi Azərbaycanın nəzarətinə qayıdır

21 İyul, 2022
2702

Açıq mənbələrdən götürülüb

Mayın son günlərindən başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin kolonları Rusiya sülhməramlılarının müşayiətilə Şuşa şəhərindən Laçına doğru və geriyə  hərəkət etməyə başlayıb. 

Bu barədə "Turan" sülhməramlıların Rusiya Müdafiə Nazirliyinin gündəlik bülletenlərində yerləşdirilən hesabatlarına istinadən məlumat verib. 

İkinci Qarabağ Müharibəsi başa çatdıqdan sonra Azərbaycan kolonlarının bu istiqamətdə hərəkəti olmayıb. "Turan"-ın iddiasına görə, bu, Ermənistandan Qarabağa yeni yolun çəkilişilə əlaqədardır və Azərbaycan kolonları nəinki hərbçilər, həm də inşaatçılar və texnika var.

Tədricən bu hərəkətlərin intensivliyi və coğrafiyası genişlənməyə başlayıb. Beləliklə, iyun ayında Azərbaycan kolonları müntəzəm olaraq Zarıslıya və Laçın şəhərinə, həmçinin Kiçik Qaladərəsi kəndinə (Kirov) getməyə başlayıblar.

Həmçinin iyunda Azərbaycan kolonları Laçın rayonunun Pircahan, Qarıkyaxa (Laçın ətrafında), Qızıldaş dağına (Şuşa və Laçın arasında yoldakı yüksəklik), eləcə də həmin yoldakı Zarıslı və Turşsu qəsəbələrinə getməyə başlayıblar.

İyulda Azərbaycan kolonlarının səfərləri, demək olar ki, gündəlik olaraq həyata keçirilib və ermənilərin tərk etməli olduğu Sus və Zabux kəndlərini (Laçın rayonu) əhatə edib. 

Zabux kəndi Ermənistanla sərhədin yaxınlığında Laçın dəhlizinin lap əvvəlində yerləşən yaşayış məntəqəsidir.

Kolonların ən intensiv hərəkəti son iki həftə ərzində baş verir – 3-4 kolon  oraya və geriyə hərəkət edir. Belə ki, iyulun 19-da Şuşa-Zabux və Şuşa-Zarıslı marşrutu ilə dörd, ayın 20-də isə 8 kolon keçib.

Bakıdakı rəsmi şəxslərin məlumatına görə, bu yay yeni yol istifadəyə verilməlidir və o zaman Laçından Şuşaya strateji yol və Laçın şəhərinin özü Azərbaycanın tam nəzarətinə keçəcək. Bununla, Rusiya sülhməramlıları yeni yolun mühafizəsi üçün yenidən dislokasiya olunacaq. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Azərbaycanda siyasi məhbus sayılan şəxslərin beynəlxalq “advokasi” fəaliyyəti ilə bağlı müraciəti

2 Oktyabr 2026

jam-news

Azərbaycanda həbsdə olan bir qrup siyasi məhbus hesab edilən şəxs beynəlxalq hüquq müdafiəsi fəaliyyətinin (“advokasi”) daha koordinasiyalı, açıq və bütün siyasi motivli təqib halları üzrə aparılması çağırışı ilə müraciət yayıb. Müraciət müəllifləri Azərbaycanın demokratikləşməsi, insan hüquq və azadlıqlarının təmin olunması üçün demokratik ölkələrin və beynəlxalq institutların fəal dəstəyinin zəruri olduğunu bildirirlər. Bakı Araşdırmalar İnstitutunun dərc etdiyi müraciəti olduğu kimi təqdim edirik. Demokratik dünyanın inkişaf təcrübəsi göstərir ki, keçilən uğurlu yoldan faydalanmaq problemlərin həllində mühüm töhfə verir. Bu yanaşmanı, həmçinin Azərbaycanın götürdüyü beynəlxalq öhdəlikləri əsas tutaraq, ölkəmizin demokratikləşməsi, insan hüquq və azadlıqlarının təmininin gerçəkləşməsində demokratik dünyanın da aktiv iştirakı və dəstəyi zəruridir. Buna nail olmaq əsasən...
Siyasət

Məmməd Alpay: “Hökumət legitim vətəndaş cəmiyyəti fəaliyyətini cinayət kimi qələmə verir”

1 Oktyabr 2026

sosial media

“QHT işi” üzrə cinayət işi çərçivəsində həbsdə olan hüquq müdafiəçisi, “Seçki Müşahidə” Alyansının direktoru Məmməd Alpay “Abzas Media”ya müsahibə verib. O, müsahibəsində Bakı İstintaq Təcridxanasındakı saxlanma şəraitindən, tibbi xidmətə çıxış və məhbusların daşınması ilə bağlı problemlərdən, eləcə də ailəsi ilə açıq görüşlərə qoyulan məhdudiyyətlərdən danışıb. Müsahibəni olduğu kimi təqdim edirik. Bakı İstintaq Təcridxanasındakı saxlanma şəraitiniz necədir? Həbs olunduğunuz gündən bu yana qarşılaşdığınız ən böyük çətinliklər nələrdir? Bakı İstintaq Təcridxanası 2009-cu ildə, səhv xatırlamıramsa, 95 milyon dollar (o dövrün məzənnəsi ilə 75 milyon manat) büdcə ilə tikilib. İstər texniki struktur, istərsə də keyfiyyət baxımından standartlara uyğun gəlmir. Ən böyük çətinliklərdən biri...

Seçilmiş Videolar

Toplum TV loqo