Siyasət

Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir

14 İyun, 2022
4315

Açıq mənbələrdən götürülüb

Ermənistanın Baş naziri Nikol Paşinyan Qətərə rəsmi səfəri zamanı "Əl-Cəzirə" telekanalına müsahibə verib. 

Jurnalistin Ermənistan ərazisindən keçən və Azərbaycanı Türkiyə ilə birləşdirməli olan “dəhliz”lə bağlı Ermənistanın yanaşmaları və mövqeyi necədir sualına Paşinyan belə cavab verib:

“Bilirsiniz, dəhliz adı verilən formul  bizim üçün qəbuledilməzdir, bu, bizim üçün qırmızı xəttdir, çünki üçtərəfli bəyanata əsasən, yalnız bir dəhliz var, Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizi. Amma üçtərəfli bəyanatda kommunikasiyaların açılması ilə bağlı daha bir müddəa da var. Mən dəmir yollarını, avtomobil yollarını nəzərdə tuturam və biz hazırıq, əslində biz artıq qarşılıqlı suverenlik və sərhədlərin toxunulmazlığına hörmət prinsipi əsasında regional kommunikasiyaların açılması məsələsini müzakirə edirik”.

"Ümid edirəm ki, biz Dağlıq Qarabağ mövzusuna qayıda biləcəyik"

"Əl-Cəzirə"yə müsahibəsində Paşinyan deyib ki, bu gün Ermənistanla Azərbaycan arasında ən aktual və vacib məsələ Dağlıq Qarabağ məsələsidir. 

Baş nazirin sözlərinə görə, hazırda Azərbaycanla Ermənistan arasında təmaslar var, "mən ümid edirəm ki, yaxın müddətdə biz Dağlıq Qarabağ mövzusuna qayıda biləcəyik". 

Paşinyan bu yaxınlarda Ermənistan və Azərbaycan arasında demarkasiya komissiyasının yaradıldığını xatırladıb: "Bu işin davam etdirilməsi çox vacibdir. Cəmi bir görüş olub, amma biz artıq razılaşmışıq ki, ikinci görüş Rusiyanın paytaxtı Moskvada, üçüncü görüş isə Brüsseldə keçirilsin. Ümidvarıq, beynəlxalq tərəfdaşlarımızın köməyi ilə və əlbəttə,davamlı iş nəticəsində biz sərhədlərimizin delimitasiyasına nail olacağıq”.

https://toplum.tv/siyaset/brusselde-mehsuldar-gorus-yoxsa-evvelki-muddealarin-deqiqlesdirilmesi

Jurnalistin komissiya Dağlıq Qarabağın ərazisinin bütünlüklə Azərbaycana keçməsi barədə qərar qəbul edərsə, Ermənistan tərəfinin mövqeyi necə olacaq sualına isə o, belə cavab verib: “Demarkasiya komissiyasının Dağlıq Qarabağ münaqişəsi ilə heç bir əlaqəsi yoxdur, çünki, dediyim kimi, bizim Azərbaycanla müxtəlif təmas formatlarımız var. Onlardan biri demarkasiya işlərinə aiddir. Sərhəd təhlükəsizliyi məsələsi də çox vacibdir, bu komissiyanın mandatına daxildir, biz bütün sərhəd boyu sabitliyi, təhlükəsizliyi qorumalıyıq. İkinci məsələ Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasıdır. Regional, nəqliyyat və iqtisadi kommunikasiyaların açılması ilə bağlı daha bir kommunikasiya platforması var. Amma təbii ki, regional sülh baxımından da Ermənistanla Azərbaycan arasında ən aktual və vacib məsələ Dağlıq Qarabağ məsələsidir”.

Paşinyan burada Rusiyanın üçtərəfli bəyanatın müddəalarının təminatçısı kimi rolunun vacibliyini vurğulayıb, Rusiya Federasiyasının Ermənistanın strateji tərəfdaşı və müttəfiqi olduğunu, eyni zamanda Azərbaycana çox yaxın olduğunu qeyd edib.

Ermənistan-Türkiyə münasibətləri

Baş nazir Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinə toxunaraq, diplomatik münasibətlər qurmağa və Ermənistanla Türkiyə arasında sərhədi açmağa nail olacaqlarına ümid etdiyini bildirib.

https://toplum.tv/siyaset/avropa-birliyi-azerbaycan-da-ermenistan-da-ohdelik-goturub

“Ankara ilə Yerevan arasında münasibətləri necə həll etmək olar” sualına Paşinyan belə cavab verib: “Biz Ermənistan və Türkiyənin xüsusi nümayəndələri vasitəsilə dialoqa başlamışıq. Dialoqun özü artıq müsbət faktdır, amma biz real nəticələr əldə etməyə ümid edirik”.

Türkiyə ilə qarşılıqlı səfərlər barədə söhbətin olub-olmadığı sualına isə Paşinyan cavab verib ki, Ermənistanla Türkiyə arasında dialoq başlayandan sonra birbaşa aviareyslər açılıb, amma bu, əvvəllər də olub. O, diplomatik münasibətlər qurmağa və Ermənistanla Türkiyə arasında 30 ildir bağlı olan sərhədi açmağa nail olacaqlarına ümid etdiyini bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Azərbaycanda siyasi məhbus sayılan şəxslərin beynəlxalq “advokasi” fəaliyyəti ilə bağlı müraciəti

2 Oktyabr 2026

jam-news

Azərbaycanda həbsdə olan bir qrup siyasi məhbus hesab edilən şəxs beynəlxalq hüquq müdafiəsi fəaliyyətinin (“advokasi”) daha koordinasiyalı, açıq və bütün siyasi motivli təqib halları üzrə aparılması çağırışı ilə müraciət yayıb. Müraciət müəllifləri Azərbaycanın demokratikləşməsi, insan hüquq və azadlıqlarının təmin olunması üçün demokratik ölkələrin və beynəlxalq institutların fəal dəstəyinin zəruri olduğunu bildirirlər. Bakı Araşdırmalar İnstitutunun dərc etdiyi müraciəti olduğu kimi təqdim edirik. Demokratik dünyanın inkişaf təcrübəsi göstərir ki, keçilən uğurlu yoldan faydalanmaq problemlərin həllində mühüm töhfə verir. Bu yanaşmanı, həmçinin Azərbaycanın götürdüyü beynəlxalq öhdəlikləri əsas tutaraq, ölkəmizin demokratikləşməsi, insan hüquq və azadlıqlarının təmininin gerçəkləşməsində demokratik dünyanın da aktiv iştirakı və dəstəyi zəruridir. Buna nail olmaq əsasən...
Siyasət

Məmməd Alpay: “Hökumət legitim vətəndaş cəmiyyəti fəaliyyətini cinayət kimi qələmə verir”

1 Oktyabr 2026

sosial media

“QHT işi” üzrə cinayət işi çərçivəsində həbsdə olan hüquq müdafiəçisi, “Seçki Müşahidə” Alyansının direktoru Məmməd Alpay “Abzas Media”ya müsahibə verib. O, müsahibəsində Bakı İstintaq Təcridxanasındakı saxlanma şəraitindən, tibbi xidmətə çıxış və məhbusların daşınması ilə bağlı problemlərdən, eləcə də ailəsi ilə açıq görüşlərə qoyulan məhdudiyyətlərdən danışıb. Müsahibəni olduğu kimi təqdim edirik. Bakı İstintaq Təcridxanasındakı saxlanma şəraitiniz necədir? Həbs olunduğunuz gündən bu yana qarşılaşdığınız ən böyük çətinliklər nələrdir? Bakı İstintaq Təcridxanası 2009-cu ildə, səhv xatırlamıramsa, 95 milyon dollar (o dövrün məzənnəsi ilə 75 milyon manat) büdcə ilə tikilib. İstər texniki struktur, istərsə də keyfiyyət baxımından standartlara uyğun gəlmir. Ən böyük çətinliklərdən biri...

Seçilmiş Videolar

Toplum TV loqo