Siyasət

Feminist: “Polis nə ixtiyarla mənim adresimi hansısa adama verir?”

18 Aprel, 2022
4254

Azadlıq Radiosu

“Gəncədə arvadına işgəncə edən bir nəfər arvadı evdən qaçdığı üçün məni axtarır. Zəng etmişəm özünə, deyir sizlə danışmağa gəlmişəm. Adresimi polisdən alıb. Polis nə ixtiyarla mənim adresimi hansısa adama verir?”

Feminist Nərmin Şahmarzadə aprelin 17-də “Feysbuk” hesabında bu barədə yazıb.

O, Gəncədə qadın və uşaqlarının əri tərəfindən zorakılığa məruz qaldığını, həyatlarının təhlükədə olduğunu bildirib:

“Qadını gətirməyə gedəndə yolboyu uşaqlar soruşur ki, "ana, ata bizi tapa, nəsə edə bilməz ki?". Düşmüşük yemək yeməyə, qadın əsə-əsə mənə təhlükəni izah etməyə çalışır. Sakitləşdirməyə çalışıram ki, həll edəcəyik, heç nə edə bilməyəcək.

Mütəmadi olaraq deyir ki, "birdən sizi qorxudar, məni ona geri verərsiniz, o, məni öldürəcək. Mənə deyib ki, getsən, tapıb 1 ay içində başını bədənindən ayırıb ananın yanına (qadının anası ölüb- red) yollayacam".

Feministin sözlərinə görə, onun adresini axtaran şəxs keçmiş məhkum olub: bıçaqla, beşbarmaqla adam vurub. 5 ay həbsxanada cəza çəkib.

N.Şahmarzadə “Toplum TV” yə açıqlamasında ilk dəfədir belə halla qarşılaşdığını bildirib və əlavə edib ki, daha əvvəl isə başqa polis tərəfindən hədə-qorxu olunub:

“Sosial hesabıma müdaxilə olunanda şəxsi məlumatlarım yayılmışdı. O vaxtlar polis işləyən bir nəfər zəng vurmuş, narahat etməyə çalışmışdı. Sonradan araşdırma aparanda həmin adamın polis olduğu məlum oldu”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyev “Toplum TV”yə açıqlamasında nazirliyin hadisədən xəbərdar olduğunu, məsələnin araşdırılacağını bildirib.

Elşad Hacıyev - sosial media 

Qeyd edək ki, konstitusiyaya əsasən, şəxsi toxunulmazlıq hüququ tanınır. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq, həmçinin hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ var.

Qanunla müəyyən edilən hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.

Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq yalnız qanunla nəzərdə tutulan qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

İran XİN: “Azərbaycan xalqının hicab məsələsində məsləhətə ehtiyacı yoxdur”

21 Oktyabr 2026

sosial media

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Azərbaycanda hicab məsələsinin qarşılıqlı anlayış və dini hüquqlara hörmət əsasında həllinə çağırıb. Bəqai bu mövqeyi Azərbaycanda hakimiyyətə yaxın medianın Türkiyənin məsələyə münasibətini tənqid etdiyi bir vaxtda səsləndirib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mövzu ilə bağlı açıq açıqlama verməsə də, onun baş müşaviri Oktay Saral Azərbaycanda hicablı məktəbli qızlara və müəllimlərə tətbiq olunan məhdudiyyətləri tənqid edib. Son həftələr Azərbaycanda məktəblərdə hicab qadağasına etirazlar keçirilir. Etirazlar xaricdə, xüsusilə Türkiyədə, eləcə də Azərbaycanın səfirlik və konsulluqları qarşısında da təşkil edilib. Oktyabrən 20-də mətbuat konfransında çıxış edən Bəqai Tehranla Bakı arasındakı uzunmüddətli dostluq və qardaşlıq münasibətləri olduğunu...
Siyasət

Vəkil: “Həbsdə saxlanılan bir sıra şəxsin təcili tibbi yardıma ehtiyacı var”

21 Oktyabr 2026

Toplum TV

Vəkil Zibeydə Sadıqova həbsdə saxlanılan bir sıra şəxsin səhhətində ciddi problemlərin olduğunu və onların təcridxana, yaxud cəzaçəkmə müəssisələrində zəruri tibbi yardım ala bilmədiyini deyir. Vəkil bu barədə sosial media hesabında məlumat yayıb. Sadıqova bildirir ki, təcili tibbi yardıma ehtiyacı olan şəxslər arasında “Toplum TV işi” üzrə həbsdə olan media eksperti Ələsgər Məmmədli, “Toplum TV”nin jurnalisti Fərid İsmayılov və ResPlatformanın qurucu heyət üzvü Ruslan İzzətli var. Vəkil siyahıda həmçinin “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş, “Arqument.az” saytının rəhbəri Şəmşad Ağa, “Abzas Media”nın direktoru Ülvi Həsənli, eləcə də sülh fəalı və tədqiqatçı Bəhruz Səmədovun adını çəkir. Sadıqova xatırladır ki, Aynur Elgünəş şiş...

Seçilmiş Videolar

Toplum TV loqo