Siyasət

IDI Azərbaycanda alternativ hərbi xidmətlə bağlı sənəd hazırlayıb

19 Mart, 2021
3266

Açıq mənbələrdən götürülüb

Demokratik Təşəbbüslər İnstitutunun (IDI) Gənc Hüquq Müdafiəçiləri təlimlərinin məzunlarından ibarət araşdırma qrupu Azərbaycanda alternativ hərbi xidmətlə bağlı araşdırma sənədi hazırlayıb.

Demokratik Təşəbbüslər İnstitutundan martın 19-da verilən xəbərə görə, tədqiqatın məqsədi alternativ xidmət haqqında qanunun qəbulunu zəruri edən öhdəlikləri və  ölkədə vicdani rəddə dair praktiki vəziyyəti araşdırmaq, bu sahədə görüləcək işlərlə bağlı tövsiyələr hazırlamaq olub.

Araşdırma zamanı Azərbaycandakı hərbi xidmət praktikası, yerli və beynəlxalq qanunvericilik, analoji tədqiqatlar, ölkə rəsmilərinin məsələyə dair mövqeyi və alternativ xidmətlə bağlı parlament müzakirələri monitorinq edilib. 

Sənəddə Azərbaycan Respublikasının da imzaladığı və ratifikasiya etdiyi Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 18-ci və Avropa İnsan Hüquqları Konvensiyasının 9-cu maddəsinin şərhinə istinad olunaraq tərəf dövlətlərin vicdani rədd haqqını tanımaq öhdəliyi qeyd olunur.  Həmçinin Azərbaycan Avopa İnsan Hüquqları Konvensiyasını ratifikasiya edən zaman qoşulduğu 2 il ərzində Avropa standartlarına uyğun alternativ xidmət haqqında qanun qəbul etməyi  öhdəlik götürüb. 

Bununla yanaşı, alternativ hərbi xidmət haqqında qanun qəbul etmək Azərbaycan Konstitusiyanın 76-cı maddəsinin 2-ci bəndindən irəli gələn öhdəlikdir. Lakin Azərbaycan hökuməti həm də daxili qanunvericilikdən irəli gələn bu öhdəliyi yerinə yetirməyib.

Yehova Şahidləri başda olmaqla, Azərbaycanda bəzi şəxslər əqidələrinə görə hərbi xidmətdən imtina edirlər. Amma sözügedən qanunun olmaması səbəbindən onların ölkə məhkəmələrinə şikayəti təmin olunmur. Əksinə, belələri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 321.1-ci maddəsinə və digər qanunvericilik normalarına əsasən cəzalandırılırlar.

Azərbaycan nəticəsində gəlinən qənaətlər bunlardır:

- problem konstitusional xarakter daşıyır;

- hökumət nümayəndələri problemə laqeyd yanaşır; 

- problemin həlli üçün sözügedən qanunun qəbul edilməsi vacibdir.

Sənəddə aşağıdakı tövsiyələr yer alıb:

- “Alternativ xidmət haqqında” qanun qəbul edilmədir;

- əqidələri səbəbindən hərbi xidmətdən imtina edən şəxslərə alternativ xidmət imkanı yaradılmalıdır;

- qanunvericilikdəki boşluq səbəbindən həbs edilmiş və digər cəzalara məruz qalmış şəxslər əfv edilməli və onlara tətbiq olunan sanksiyalar aradan qaldırılmalıdır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

İran XİN: “Azərbaycan xalqının hicab məsələsində məsləhətə ehtiyacı yoxdur”

21 Oktyabr 2026

sosial media

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Azərbaycanda hicab məsələsinin qarşılıqlı anlayış və dini hüquqlara hörmət əsasında həllinə çağırıb. Bəqai bu mövqeyi Azərbaycanda hakimiyyətə yaxın medianın Türkiyənin məsələyə münasibətini tənqid etdiyi bir vaxtda səsləndirib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mövzu ilə bağlı açıq açıqlama verməsə də, onun baş müşaviri Oktay Saral Azərbaycanda hicablı məktəbli qızlara və müəllimlərə tətbiq olunan məhdudiyyətləri tənqid edib. Son həftələr Azərbaycanda məktəblərdə hicab qadağasına etirazlar keçirilir. Etirazlar xaricdə, xüsusilə Türkiyədə, eləcə də Azərbaycanın səfirlik və konsulluqları qarşısında da təşkil edilib. Oktyabrən 20-də mətbuat konfransında çıxış edən Bəqai Tehranla Bakı arasındakı uzunmüddətli dostluq və qardaşlıq münasibətləri olduğunu...
Siyasət

Vəkil: “Həbsdə saxlanılan bir sıra şəxsin təcili tibbi yardıma ehtiyacı var”

21 Oktyabr 2026

Toplum TV

Vəkil Zibeydə Sadıqova həbsdə saxlanılan bir sıra şəxsin səhhətində ciddi problemlərin olduğunu və onların təcridxana, yaxud cəzaçəkmə müəssisələrində zəruri tibbi yardım ala bilmədiyini deyir. Vəkil bu barədə sosial media hesabında məlumat yayıb. Sadıqova bildirir ki, təcili tibbi yardıma ehtiyacı olan şəxslər arasında “Toplum TV işi” üzrə həbsdə olan media eksperti Ələsgər Məmmədli, “Toplum TV”nin jurnalisti Fərid İsmayılov və ResPlatformanın qurucu heyət üzvü Ruslan İzzətli var. Vəkil siyahıda həmçinin “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş, “Arqument.az” saytının rəhbəri Şəmşad Ağa, “Abzas Media”nın direktoru Ülvi Həsənli, eləcə də sülh fəalı və tədqiqatçı Bəhruz Səmədovun adını çəkir. Sadıqova xatırladır ki, Aynur Elgünəş şiş...

Seçilmiş Videolar

Toplum TV loqo