Siyasət

Vəziyyəti pisləşən Oqtay Gülalıyev təcili klinikaya çatdırılıb

6 Avqust, 2021
1321

Açıq mənbələrdən götürülüb

Bu barədə avqustun 6-da "Turan" informasiya agentliyi məlumat yayıb. 

Qeyd olunub ki, EGE Hospital özəl klinikasında Oqtay Gülalıyevin başının MRT-si çəkilib və baş beyində hər hansı yeni pozuntu aşkar edilməyib. Həkimlər onun vəziyyətinin pisləşməsinin qastronomik borunun düşməsi nəticəsində qarın boşluğunda yaranan problemlərlə əlaqədar olduğu barədə nəticəyə gəliblər. Fəalın müayinəsi davam etdirilir.

Hüquq müdafiəçisi Oqtay Gülalıyevdə qastrostomiya borusu dəyişdirildikdən sonra vəziyyəti kəskin şəkildə pisləşib, belə ki, onun köməyilə qida birbaşa mədəsinə verilirdi.

Dünən, səhər erkən saatlarda xanımı müəyyən edib ki, qastrostomiya borusu  boşluqdan çıxıb. Saat 08.30-ə yaxın  o, Topşubaşov adına klinikaya aparılıb. Orada ona müvəqqəti qastrostomiya borusu yerləşdiriblər.

Sonra o, evə gətirilib, qastrostomiya borusu  ilə yemək verildikdən sonra titrəməyə başlayıb, temperaturu yüksəlib. Hüquq müdafiəçisinin vəziyyəti kritik olaraq qiymətləndirilir. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Əli Kərimli və Məmməd İbrahimə qarşı cinayət işi məhkəməyə göndərilib

23 Oktyabr 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və partiya Ali Məclisinin katibi Məmməd İbrahim barəsində açılan cinayət işi məhkəməyə göndərilib. “Qafqazinfo”nun məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidmətinin topladığı istintaq materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim olunub. İlk məhkəmə iclasının vaxtı hələ açıqlanmayıb. Hər iki şəxsə Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə yekun ittiham irəli sürülüb. Bu maddə hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlərə görə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Əli Kərimli 2025-ci il noyabrın 29-dan həbsdədir. O, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönəlmiş hərəkətlərdə ittiham olunur. AXCP sədri ittihamı...
Siyasət

Məhkəmə Əfqan Sadıqovu ev dustaqlığına buraxmayıb

23 Oktyabr 2026

sosial media

Oktyabrın 23-də LənkəranıAğır Cinayətlər Məhkəməsində “Azel TV” saytının baş redaktoru Əfqan Sadıqovun cinayət işi üzrə ilk məhkəmə iclası keçirilib. Prosesdə tərəflərin anket məlumatları dəqiqləşdirilib, onlara hüquq və vəzifələri izah olunub. Əfqan Sadıqovun vəkili Nemət Kərimli müvəkkilinin ev dustaqlığına buraxılması və məhkəmə iclasları zamanı onun yanında əyləşməsinə icazə verilməsi barədə vəsatət qaldırıb. Məhkəmə vəsatətləri təmin etməyib, işin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edib. Növbəti iclas noyabrın 3-nə təyin olunub. Əfqan Sadıqov 2024-cü il avqustun 4-də Azərbaycan Baş Prokurorluğunun vəsatəti əsasında Gürcüstanda saxlanılıb. Tbilisi Şəhər Məhkəməsi onun həbsinə və Azərbaycana ekstradisiyasına qərar versə də, Avropa İnsan Hüquqları Məhkəməsi ekstradisiyanın icrasını dayandırıb....

Seçilmiş Videolar

Toplum TV loqo