Sosial

Oqtay Gülalıyevin ailəsinə ekspertiza sənədləri verilmir

8 Fevral, 2021
1239

bbc.com

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin həyat yoldaşı Füruzə Gülalıyeva baş prokuror Kamran Əliyevə müraciət edib.

O xatırladır ki, 6 yanvar tarixli əvvəlki müraciətdən sonra baş prokurorun köməkçisi Fazil Həsənəliyev ailə üzvlərini qəbul edib. O, ailəyə məlumat verib ki, yol-nəqliyyat hadisəsindən sonra fəalın vəziyyətinə cavabdeh olan həkimlərin barəsində cinayət icraatına ötən il dekabrın 29-da xitam verilib.

Bununla belə, müstəntiqin qərarının və məhkəmə-tibbi ekspertizanın rəylərinin surətləri  ailə üzvlərinə və vəkillərə verilməyib.

Yanvarın 25-də müstəntiq Asiman Hacıyevlə görüşdə cinayət icraatına xitam verilməsi haqda qərarın surəti ailəyə təqdim edilib. Bununla yanaşı, məhkəmə-tibbi ekspertizanın rəylərinin verilməsi üçün Nəsimi rayon prokurorunun adına ərizə yazmaq təklif olunub.

Belə müraciət yerindəcə yazılıb, amma rəy yenə də verilməyib.

Fevralın 3-də vəkil Fuad Ağayev müstəntiq Hacıyevlə görüşdə bir daha ekspertizanın rəyini istəyib. Ancaq müstəntiq rayon prokurorunun göstərişinə istinad edərək deyib ki, bunu edə bilməz.

F.Gülalıyeva baş prokurora müraciətində qeyd edir ki, müstəntiq və prokurorluq orqanları məhkəmə-tibbi ekspertizanın rəylərinin surətlərini ailəyə və vəkilə verməkdən imtina etməklə qanunu pozurlar.

"Bir daha sizə müraciət edərək istintaqın tam şəffaf aparılmasını təmin etməyi, o cümlədən ekspert rəylərinin surətinin bizə verilməsini xahiş edirəm", - müraciətdə bildirilir.

Oqtay Gülalıyev 2019-cu il oktyabrın 29-da Bakının mərkəzində piyada keçidində avtomobillə vurulub. O, xəstəxanaya aparılıb, lakin əməliyyat oktyabrın 30-da Respublika Neyrocərrahiyyə Xəstəxanasının cərrahları tərəfindən özəl klinikada edilib.

Yanvarın 25-də Nəsimi Rayon Məhkəməsi hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətinə ağır ziyan vuran Kənan Abdullayevi cəzasını məntəqə tipli koloniyada çəkməklə 2 il 3 ay müddətinə azadlıqdan məhrum edib.

Məhkəmə onu Azərbaycan CM-in 263.1-ci maddəsi (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıq səbəbindən zərərçəkmiş şəxsin sağlamlığına ağır ziyan vurduqda) ilə təqsirli bilib. Bundan əlavə, K.Abdullayev üç il müddətinə avtomobil sürmək hüququndan məhrum edilib ("Turan").


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Bu il Azərbaycanda azı 44 hərbçi qeyri-döyüş şəraitində vəfat edib

5 Oktyabr 2026

Şəmkir İH

2026-cı ilin əvvəlindən oktyabrın 4-dək Azərbaycanda azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) son hesabatında deyilir. Məlumata görə, hərbi qulluqçulardan 13-ü müxtəlif xəstəliklərdən, 9-u avtomobil qəzasından, 7-si bədbəxt hadisədən, 5-i intihardan, 1-i isə ehtiyatsızlıqdan ölüb. Hesabatda 9 nəfərin ölüm səbəbinin açıqlanmadığı bildirilir. Bədbəxt hadisələr suda və dəm qazından boğulma, dağda sürüşmə, hündürlükdən yıxılma və paraşütün açılmaması ilə əlaqələndirilir. Monitorinqə əsasən, ölüm hallarının ən çox qeydə alındığı ay iyul olub. Həmin ay 11 hərbçi ölüb. Ölənlərin 30-u Müdafiə Nazirliyinin, 10-u Dövlət Sərhəd Xidmətinin, digər 4-ü isə Daxili Qoşunlar, Prezident Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar...
Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...

Seçilmiş Videolar

Toplum TV loqo